498 günə 195 ölkə: amerikalı səyyah dünya rekorduna imza atdı
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Amerikalı səyyah Maykl Zervos dünyanın 195 ölkəsinin hamısını 498 günə ziyarət edərək Ginnesin Rekordlar Kitabına düşüb.
Banco.az xəbər verir ki, Zervos dünya səyahətinə 2024-cü ilin yanvarında başlayıb və macərasını 2025-ci ilin mayında başa vurub. Beləliklə, o, təxminən 1 il 4 ay ərzində dünyanın bütün ölkələrini gəzməyi bacarıb.
Səyahətin ən diqqətçəkən tərəfi isə tempidir: Zervos hər ölkədə orta hesabla 3 gündən az vaxt keçirib. Bu isə təxminən hər üç gündə bir yeni ölkə deməkdir.
Belə genişmiqyaslı səyahət üçün yalnız maliyyə imkanları deyil, həm də viza prosedurları, saysız-hesabsız uçuşlar, sərhəd keçidləri və dəqiq logistika tələb olunub.
Maykl Zervosun 498 günlük səyahəti dünyanın 195 ölkəsinin hamısını ən qısa müddətdə ziyarət etmək üzrə rekord kimi qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Avqust 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















