COP31 də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədr müavini Aqil Əzizov Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Türkiyə Pavilyonunda Ankara Sənaye Palatası (ASO) və Türkiyə Texnologiyanın İnkişafı Fondu (TTGV) tərəfindən birgə təşkil olunan panel müzakirəsində iştirak edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “İnkişaf etməkdə olan iqtisadiyyatlarda sənayenin yaşıllaşdırılması: sənaye diaqnostikasından və iqlim texnologiyalarından maliyyələşməyə hazır layihələrə və genişmiqyaslı icraya qədər ikili transformasiya modeli” mövzusuna həsr olunan paneldə Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi tədbirlər və əldə olunan təcrübə barədə məlumat verilib.
Sənaye zonalarının yaşıl transformasiyada rolu, sənaye müəssisələrində rəqəmsallaşma və enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Həmçinin yaşıl sənaye layihələrinin reallaşdırılmasında dövlət siyasətinin, institusional koordinasiyanın və maliyyə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 19 Noyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















