5 çağırışçı barəsində cinayət işi açılıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu hərbi xidmətdən yayınmağa cəhd göstərən şəxslərlə bağlı cinayət işləri başladıb.
Bakıvaxtı.az xəbər verir ki, son zamanlar hərbi vəzifələrin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi istiqamətində məsuliyyət tədbirləri sərtləşdirilib. Görülən tədbirlərin korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində şəffaflığın artırılmasına mühüm töhfə verdiyi bildirilir.
Buna baxmayaraq, bəzi çağırışçılar müxtəlif xəstəlikləri, o cümlədən özlərinə xəsarət yetirməklə psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən yayınmağa çalışırlar.
Qeyd olunub ki, Hərbi Prokurorluq tərəfindən cari ilin iyul və oktyabr çağırışları dövründə bu qəbildən olan 5 fakt üzrə cinayət işi başlanılıb.
Belə ki, Xidmətin Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq hazırda istintaq aparılır.
Hərbi Prokurorluq vətəndaşların diqqətinə çatdırıb ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur.
Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, çağırışdan boyun qaçırma dedikdə üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməmək nəzərdə tutulur.
Bu kimi əməllər qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















