Yerdə su necə yaranıb? Maraqlı FİKİRLƏR
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alimlər Yer kürəsində suyun necə yarandığına dair yeni nəzəriyyə irəli sürüblər. Araşdırmaya görə, planetimizdəki suyun böyük hissəsi kosmosdan gəlməyib, təxminən 4,5 milyard il əvvəl Yerin formalaşması zamanı yaranmış ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Nature Geoscience” elmi jurnalında dərc olunub.
İndiyədək geniş yayılmış nəzəriyyələrdən birinə əsasən, Yerə su Günəş sisteminin uzaq bölgələrindən gələn kometlər və meteoritlər vasitəsilə çatdırılıb. Lakin yeni araşdırmanın müəllifləri bu qədər böyük həcmdə suyun yalnız kosmik cisimlər hesabına toplanmasını az ehtimallı sayırlar.
Alimlərin fikrincə, Yer formalaşarkən planetin ətrafında hidrogenlə zəngin sıx və isti atmosfer mövcud olub. Planetə düşən qayalıq materialların tərkibindəki dəmir oksidi hidrogenlə reaksiyaya girərək saf dəmir və su buxarı əmələ gətirib.
Bu nəzəriyyəni yoxlamaq üçün tədqiqatçılar süxur nümunələrini hidrogen mühitində 1200–1400 dərəcəyədək qızdırıblar. Təcrübə zamanı cəmi bir neçə dəqiqə ərzində su buxarı yaranıb, nümunələrdəki dəmir oksidinin təxminən 80 faizi isə saf dəmirə çevrilib.
Alimlər hesab edirlər ki, oxşar proseslər digər ulduz sistemlərindəki qayalıq planetlərdə də baş verə bilər. Bu isə kainatda suyun və potensial olaraq həyat üçün əlverişli şəraitin düşünüldüyündən daha geniş yayıla biləcəyini göstərir.
Bununla belə, araşdırma Yerdəki bütün suyun məhz bu yolla yarandığını qəti şəkildə sübut etmir. Yeni nəticələr planetimizdə suyun mənşəyini izah edən mühüm ehtimallardan birini gücləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 02 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















