Icma.az
close
up
RU
5 cür pul xərcləyən insan tipi var kimlər necə xərcləyir?

5 cür pul xərcləyən insan tipi var kimlər necə xərcləyir?

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Pul təkcə alış-veriş vasitəsi deyil - o, insanın dünyaya baxışını, ehtiyaclarını və şəxsiyyətini əks etdirən bir güzgüdür. Psixoloqlar və iqtisadçılar uzun illərdir ki, insanların pul xərcləmə vərdişlərinin onların şəxsiyyət tipləri ilə sıx bağlı olduğunu göstərən araşdırmalar aparır. Əgər biri qənaətcildirsə, digəri xərcləməyə meyllidir. Bu fərqliliklərin kökündə isə yalnız maddi vəziyyət deyil, həm də insanın şəxsiyyət xüsusiyyətləri dayanır.

Redaktor.az beş cür pul xərcləyən insan tiplərini təqdim edir:

Xərcçi (Spender) - “Bu gün varıq, sabah bilinməz”

Bu tip insanlar üçün pul bir vasitədir - əylənmək, yaşamaq, sosiallaşmaq və özünü ifadə etmək üçün. Onlar yeni şeylər almağı sevirlər və çox vaxt alış-veriş edərkən plan qurmazlar. Xüsusilə emosional vəziyyətlərdə (xoşbəxtlik, stress, sıxıntı) bu insanlar impulsiv şəkildə pul xərcləyə bilərlər. Onlar üçün “dəyər” maddi əşyalardan çox, o an yaşanan hisslərə bağlıdır.

Qənaətçi (Saver) - “Qəpik qəpik yığ, gün gələr doya-doya xərclə”

Bu insanlar isə pul xərcləməyi deyil, yığmağı üstün tuturlar. Onlar büdcə planlaşdırmasına önəm verir, gələcəkdə ehtiyac ola biləcək hallar üçün ehtiyat yaradırlar. Onların əsas motivasiyası təhlükəsizlik və sabitlikdir. Bəzən isə bu qənaət meyli o qədər güclü ola bilər ki, hətta zəruri ehtiyaclar belə təxirə salınar.

Təhlükəsiz xərcləyən (Security-focused spender) - “Məncə, əvvəl düşünək”

Bu tip insanlar balanslı və planlı xərcləməyi seçir. Hər şeyin əvvəlcədən planlaşdırıldığı, riskin minimuma endirildiyi bir pul idarəçiliyi modelinə sadiq qalırlar. Onlar üçün alış-veriş bir ehtiyac nəticəsində və analiz əsasında baş verir. Emosional təsirlərə çox da açıq deyillər.

Status yönümlü xərcləyən (Status spender) - “Brend mənim dəyərimdir”

Bu şəxsiyyət tipinə sahib olan insanlar üçün pul sosial statusu nümayiş etdirməyin vasitəsidir. Onlar bahalı brendlərə, texnoloji yeniliklərə və sosial mediada paylaşmağa dəyər məhsullara üstünlük verirlər. Bəzən bu xərcləmə davranışı “başqaları nə düşünər?” sualına cavab olaraq formalaşır.

Verici (Generous giver) - “Paylaşmaq rifahdır”

Bu insanlar başqalarına kömək etməyi, hədiyyə almağı və ehtiyacı olanlara yardım etməyi sevərlər. Onların puldan gözləntiləri fərqlidir - şəxsi məmnunluqdan çox, başqalarını sevindirməkdən zövq alırlar. Bu tip insanlar tez-tez sosial məsuliyyət hissi güclü olan və empatiya qabiliyyəti yüksək olanlardır (valyuta.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 May 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see409

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see261

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see252

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see250

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see247

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see236

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see231

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see226

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see225

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see219

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see217

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see214

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see209

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see206

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see206

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see204

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see201

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see192

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see191

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri