5 həftədə 31 nəfər öldü Lassa qızdırması ilə bağlı son vəziyyət
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nigeriyada, heyvandan insana keçən "Lassa" qızdırması ilə bağlı son vəziyyət açıqlanıb.
Milli.Az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən verilən açıqlamada, yanvardan bəri "Lassa" qızdırmasının ölkənin 9 ştatına yayıldığı bildirilib.
Açıqlamada, ölkədə 5 həftə ərzində 165 "Lassa" qızdırmasının qeydə alındığı və epidemiyadan 31 nəfərin həyatını itirdiyi qeyd olunub.
"Lassa" qızdırması səbəbindən Nigeriyada keçən il 215 nəfər həyatını itirib.
Mali, Togo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkələrində görülən "Lassa" qızdırmasına Nigeriyada ilk dəfə 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno ştatında rast gəlinib.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə "Lassa" səbəbindən fövqəladə vəziyyət elan edib.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 Fevral 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















