5 insanın ortalaması ... “Yanındakı insanlar pis vərdişlərə sahibdirsə, sən də gec tez onlara bənzəyə bilərsən”
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, insan 18 yaşına qədər kimlərlə ünsiyyətdədirsə, onun xarakteri də tədricən ətrafındakı şəxslərin davranışlarına bənzəməyə başlayır.
Aynur İsmayılova
“Biz daha çox nə haqqında düşünürüksə, zamanla o düşüncələrə uyğun bir insana çevrilirik. Həmçinin ən çox vaxt keçirdiyimiz insanların davranışları və vərdişləri istər-istəməz bizə də təsir edir. Xüsusilə də insan 18 yaşına qədər kimlərlə ünsiyyətdədirsə, kiminlə mövzu ətrafında danışırsa, onun xarakteri də tədricən ətrafındakı şəxslərin davranışlarına bənzəməyə başlayır.
Yaş artdıqca, məsələn, 30-dan sonra bu təsir bir qədər zəifləyə bilər, lakin tamamilə yox olmur. Əgər biz daim dəyər verdiyimiz insanlarla birgə davranır, onlarla vaxt keçiririksə, istər-istəməz onların davranışlarını mənimsəməyə başlayırıq və bu davranışlar həyat tərzimizə çevrilir.
Məşhur bir deyim var: “Əgər ətrafında 5 uğurlu insan varsa, altıncısı sən olacaqsan, axud yanında pis vərdişlərlə məşğul olan 3 nəfər varsa, dördüncüsü artıq sənə istiqamətlidir”. Əgər yanındakı insanlar pis vərdişlərə sahibdirsə, sən də gec-tez onlara bənzəyə bilərsən.
Ona görə də dostlarımızın, yaxınlarımızın və ətrafımızda olan insanların həyat tərzinə və davranışlarına diqqət etməliyik. Çünki bəzən fərqinə varmadan onların davranış modellərini təkrarlamağa başlayırıq”-deyə Aynur İsmayılova qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 Yanvar 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















