5 milyon dollara ABŞ vətəndaşlığını satın almaq olar Tramp qızıl kartları bazara çıxarır
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qərarı ilə 5 milyon Amerika dolları müqabilində ABŞ vətəndaşlığını satın almaq imkanı yaradacaq.
Tramp Birləşmiş Ştatların "qızıl kart" proqramını tətbiq edəcəyini bəyan edib. Bu kart sayəsində 5 milyon ABŞ dolları ödəyib ölkədə işləmək və yaşamaqla yanaşı, vətəndaşlıq almaq imkanı da mümkün olacaq.
CNN kanalının verdiyi xəbərə görə, Tramp jurnalistlərlə görüşündə "qızıl kart"ın ənənəvi qrinkartların bahalı analoqu olacağını söyləyib. Onun dəyəri 5 milyon dollar olacaq. Kartı ala bilmək üçün yoxlamadan keçmək zəruri olacaq.
Tramp deyib: "Biz qızıl kart satacağıq. Sizin qrinkartınız var, bu isə qızıl kart olacaq. Onun qiyməti təqribən 5 milyon dollar olacaq. Bu kart da qrinkartın verdiyi imtiyazları verəcək, lakin əlavə olaraq, vətəndaşlıq imkanı da yaradacaq. Bu, imkanlı şəxsləri ABŞ-a cəlb eləməyə şərait yaradacaq".
Hürr Tərcüman
Baxış sayı:73
Bu xəbər 26 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















