“5 min manat cərimə olunsaq da, xal qüvvədə qalmalıydı” “İmişli” qalmaqalı Lozannaya daşıdı
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Bildiyiniz kimi, Misli premyer-liqasının 4-cü turunda “İmişli” Qubada “Sumqayıt”ı 1:0 hesabıyla məğlub etsə də, protokola adı salınmayan İbrahim Əliyev 67-ci dəqiqədə meydana çıxdığına görə komandanın 3 xalı silindi.
Cəza bəlli olan gündən Aran təmsilçisinin rəhbərliyi narazılığını gizlətmir. Xatırladaq ki, “İmişli” AFFA İntizam Komitəsinin qərarından əvvəlcə Apellyasiya Arbitraj Tribunalına (AAT) şikayət etdi. Lakin oktyabrın 31-də AAT da İntizam Komitəsinin qərarını qüvvədə saxladı. Belədə klub yeganə çıxış yolunu İsveçrədə, daha dəqiqi, Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutmaqda görüb. Bu məsələni dəqiqləşdirmək üçün klubun icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxladıq: “AFFA-ya müraciət etdik, qəbul etmədilər, dedilər ki, CAS-a müraciət edin. Müraciət edən öz hüquqşunasımızdı, klubun sponsoru olan RDC-nin deyil. Bütün müqavilələri o yazır. Elə o müraciət edib, ərizə göndərib. Düşünürük ki, xal silinməli deyildi. 5 min manat cərimə olunsaq da, xal qüvvədə qalmalıydı. UEFA, FİFA təcrübəsi nədisə, görünəcək. Milli federasiyaların qayda-qanunları UEFA-nın qaydaları əsasında tənzimlənir”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 Dekabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















