5 minə yaxın abonentin qazı kəsiləcək
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Cəlilabad rayonunda 5 minə yaxın abonentin qaz təchizatında fasilə olacaq.
Sfera.az-ın Report-a istinadən məlumatına görə, sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 4 800 abonentin (Heydər Əliyev prospekti, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

5 minə yaxın abonentin qazı kəsiləcək
10 Dekabr 2024 18:49

