Icma.az
close
up
RU
50 il öncə... Elçibəy necə həbs olunmuşdu Tələbəsinin YAZISI

50 il öncə... Elçibəy necə həbs olunmuşdu Tələbəsinin YAZISI

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ələsgər SİYABLI

Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy 50 il öncə - 1975-ci ildə "KQB" tərəfindən həbs olunmuşdu

Elçbəysevənlərin marağını nəzərə alıb onun həbsi və məhkəməsinin şahidi kimi xatirələrimi sizinlə bölüşürəm.

Azərbaycan Dövlət Universitetinin Tarix və Sərqsünaslıq fakultələrində və başqa institutlarda yüzlərlə tələbəyə dərs dəyən Elçibəyin fəaliyyəti artıq 1970-ci ilin əvvəllərindən sovet rejim üçün təhlükə təşkil edirdi. Fakultənin rəhbərliyi, müxtəlif dost və tanısları və ən sonda da KQB Bəyə dəfələrlə xəbərdarlıq etmis, öz təhlükəli fəaliyyətindən el cəkməyi təklif etmisdi. Lakin, Bəyi bütün təhlükələrə rağmən yolundan döndərmək olmurdu. O, bütün təhlükələri göz önünə alaraq mübarizəsini üc istiqamətdə aparırdı. Onlardan birincisi xalqın etnik özünüdərkinə nail olmaq üçün türkcülüyün təbliği, ikincisi Güney Azərbaycanın istiqlaliyyətinə qovuşması və Bütöv Azərbaycan idealı, üçüncüsü Sovet rejiminin milli və sosial ədalətizliyinə qarşı, azad Azərbaycan uğrunda mübarizə.

Uzun zamandır KQB tərəfindən izlənən və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz fəaliyyətini davam etdirən Əbülfəz müəllimin ətrafındakı çəmbər artıq xeyli daralmışdı. Əbülfəz müəllimin tələbələr içərisində apardığı milliyətçilik təbliğatı və yaratdığı gizli qruplar haqqındaki məlumat KQB-yə tarix fakultəsinin tələbəsi Fəzail Ağamalıyevin ehtiyatsızlığı üzündən məlum olmusdu. O tələbələrin iştirak etdikləri iki aylıq hərbi təlim zamanı ehtiyatsızlıq edərək Dövlət Təhlükəsizliyi Komitəsi Kəşfiyyat İdarəsinin rəisi İlhüseyn Hüseynovun oğlu olan tələbə yoldaşına Əbülfəz müəllimin rəhbərliyi altında bir gizli tələbə qrupunda fəaliyyət göstərdiyini söyləyərək onu da bu qrupa cəlb etmək istəmişdi. O tələbənin bu haqda atasına məlumat verməsilə KQB Əbülfəz müəllimi ciddi surətdə nəzarətə götürür.

1975- ci il yanvarın 17-də Azərbaycan Dövlət Universiteti Tarix fakultəsinin müəllimi Əbülfəz Əliyev – gələcəyin Azərbaycan Milli Azadlıq Hərəkatının lideri və prezidenti - Əbülfəz Elçibəy antisovet və türkçülük –milliyətçilik ittihamı ilə həbs olundu.Qış imtahan sessiyası zamanı Yanvarın 15-də Əbülfəz müəllimin başqa bir qrupda imtahanı vardı, saat 14-də bizə imtahan qabağı məsləhət saatı təyin etmişdi. Kafedraya gəldiyimiz zaman laborant qadın bildirdi ki, içəriyə girmək olmaz, KGB-dən iki nəfər gəlib Əbülfəz müəllimlə söhbət edir.

Artıq hər cür xəbərdarlığın və dindirmələrdəki hədə-qorxunun təsirsiz olduğunu görən DTK 17 Yanvar 1975'də Əbülfəz bəyi həbs etdi. O zaman DTK və onun həbsxanası keçmiş Şaumyan küçəsində (indiki Zərifə Əliyeva) küçəsi 30 nömrəli binada, keçmişdə NKVD, indiki Dövlət Sərhəd Xidmətinin binasında yerləşirdi.

Əbülfəz müəllim 5 ay müddətində Milli Təlükəsizlik Komitəsinin Nizami küçəsindəki əsas binasının zirzəmisində yerləşən və vaxtı ilə yüzlərlə Azərbaycan milli ziyalısının və siyasi xadimlərinin repressyaya uğrayıb işgəncə gördükləri və qətlə yetirildikləri məhşur həbsxanasında saxlandı.

Əbülfəz bəyin həbsinin ilk gününü onun öz dilindən nəql etdiyi şəkildə belə təsvir edir:“Məni universitetdən çağırıb gətirdikdən sonra sən bu məsələlərə görə həbs olunursan dedilər. Üst-başımı axtarmaq istəyəndə kənara çəkilib ciblərimi çevirib cib dəsmalımı, 3 rubl pulu kağız pulu, bir neçə də metal qəpikləri stolun üstünə qoydum. Bir paçka da papiros. Sonra da dedim ki, gəlin hər yerimi, paltarımı, ciblərimi axtarın.Yenə də hər tərəfimi yoxladılar. Qayışı açıb DTK-nın padvalında mənim üçün ayrılmış kameraya saldılar. Həmin kamerada vaxtilə Azərbaycan KP MK-nın 1-ci katibi Mir Cəfər Bağırov da yatmışdı. Bunu mənə oranın komendantı demişdi.“

DTK-nın zindanında yatdığı ilk gündən də “müqəssir”in dindirilməsi başlandı .Bu dindirmələrdə Əbülfəz bəy yenə də onu qarşıda nələr gözləməsindən qətiyyən çəkinməyərək siyasi görüşlərini və tələbələr arasında apardığı təbliğatın başlıca xətlərini açıqlayıb. 22 Yanvardakı dindirmədə o, bunları bildirib: “Mən tələbələrə həmişə tövsiyə etmişəm ki, öz xalqımızın tarixini vətənpərvərlik hissi ilə dərindən öyrənməli və öyrətməlisiniz. Hər bir tarixçi öz xalqının keçdiyi tarixi inkişaf yollarını, onun dünya tarixində yerini, rolunu düzgün müəyyənləşdirməli, qiymətləndirməlidir. Tələbələrdə vətənpərvərlik, öz xalqına inam hissini qüvvətləndirmək üçün onlara çatdırırdım ki, 1000 ilə yaxın bir dövrdə İran dövlətini azərbaycanlılar idarə etmiş, Azərbaycan xalqı bütün İranın hərəkətverici qüvvəsi rolunu oynamışdır. XIX əsrə qədər azərbaycanlılar Zaqafqaziya, İran, Orta Asiya, Əfqanıstan və s. ölkələrin ictimai-siyasi tarixində bu və ya digər mərhələlərdə əsas rol oynamışlar”.

O zaman Azərbaycan DTK-sının sədri olan general V.Krasilnikov özü şəxsən Əbülfəz müəllimin istintaqında iştirak etmişdi.

Beləliklə, 19 Martda ona Azərbaycan SSR Cinayət Məcəlləsinin 67 (“Milli və irqi hüquq bərabərliyini pozma”) və 188-1 (“Bilə-bilə Sovet dövləti və ictimai quruluşunu ləkələyən yalan uydurmalar yayma”) maddələri üzrə rəsmən müqəssirlik elan edildi.

Ertəsi günsə “müqəssir”ə ibtidai istintaqın qurtarması rəsmən elan edildi. Bu zaman Əbülfəz bəy heç bir vəsatəti olmadığını və indi müdafiəçinin iştirakını istəmədiyini bildirdi.

14 Aprel 1975-ildə çıxarılan qərar üzrə cinayət işi məhkəməyə verildi və məhkəmə 1975-ci ilin 22 Aprelinə -Sovet dövlətinin banisi və onun düşmənlərini görünməmiş rəhmsizliklə kütləvi şəkildə qırdırmaq ənənəsini qoymuş Vladimir Leninin doğum gününə təyin edildi. Görünür, “dahi rəhbər”in ad günündə “qanqaralığı salmamaq” xatirinə belə bir bəhanə tapıldı ki, hakim xəstələnib və məhkəmə 11 Mayadək təxirə salındı.

Əbülfəz bəyin məhkəməsi - Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının iclası 11 May 1975'də Ali Məhkəmənin iclas zalında başlandı. Sədr Ali Məhkəmə sədrinin müavini Həsən Əliyev,prokuror Yəmən Yusifov, müdafiəçi Tanrıverdiyev, ictimai ittihamçı ADU'nun professoru şair Aslan Aslanov idilər. 24 şahiddən 5'i iştirak edirdi.

Əbülfəz müəllimin məhkəməsi 1975-ci ilin 11 mayında başladı. Məhkəmə, Ali Məhkəmənin binasının 2-ci mərtəbəsində, nisbətən böyük bir zalda keçirilirdi. Onun həbsi və məhkəməsi haqqında heç bir məlumat verilmədiyindən, insanlar bu məhkəmədən xəbərsiz idilər. Biz Əbülfəz müəllimin bir qrup tələbəsi olaraq müəllimimizi müdafiə məqsədi ilə və insanların diqqətini məhkəməyə cəlb etmək üçün Bakı Soveti metrosunun yanından başlayaraq Ali məhkəmənin binasına qədər olan şəhər mərkəzində etiraz nümayişi keçirməyi qərara almışdıq. Mən bu qərarımız haqqında Bəyin yaxın qohumu, Aydın Qasımova bildirdim .O, bu işin Əbülfəz müəllimə və bizə böyük ziyan verəcəyini qeyd edərək qətiyyətlə əleyhinə çıxdı.. Lakin mən yenə də bu məsələ ilə əlaqədar Əbülfəz müəllimin böyük qardaşı Almurad ağaya müraciət etdim.O dedi ki,”mən bu işdə qərar verə bilmərəm ən yaxşısı səni Əbülfəzin vəkili ilə görüşdürüm o nə desə elə də edin”.Əbülfəz müəllimin vəkili Tanrıverdiyev adlı orta yaşlı bir kişi idi. O bizi dinlədi və dedi ki,Dövlət Təhlükəsizlik Komitəsi Əbülfəz müəllimə 3 ildən çox həbs verilməsini tələb edir ki məhkəmədən sonra onu Rusiyanın həbsxanalarının birinə göndərsinlər.Bu Əbülfəz müəllim üçün çox qorxulu bir qərar olar.Biz istəyirik ona daha az iş verilsin və cəzasını Azərbaycanda çəksin.Əgər siz belə bir etiraz tədbiri keçirsəniz müəllimin vəziyyəti daha da ağırlaşar və ona daha çox iş verib Rusiyaya göndərərlər.Əgər müəlliminizə kömək etmək istəyirsinizsə onun müdafiəsi üçün tələbələr arasında imza toplayıb məhkəməyə təqdim edin.Biz vəkilin dediyi kimi də etdik.Əbülfəz müəllimi müdafiə məqsədi ilə qrupumuzun tələbələrinin imzasi ilə məhkəməyə iki nüsxədən ibarət “Müraciət” tərtib etdim. Müraciəti qrupumuzun bir neçə qeyri- türk kökənli tələbəsi qorxaraq imzalamaqdan imtina etdilər. Həmin müraciəti məhkəmənin katibliyinə təqdim etdim. Hüquq fakultəsinin tələbəsi olan növbətçi katib əvvəlcə “ Müraciət“i qəbul etmək istəmədi, lakin mən vəkillə birlikdə xahiş edərək onu inandırdım və o, bu “Müraciət“i Əbülfəz müəllimin işinə əlavə etdi. Bu kobud siyasi səhvinə görə KQB-nin təzyiqi ilə o yazığı işdən qovdular.Bizdən sonra da bir neçə qrup Əbülfəz müəllimin müdafiəsi üçün “Müraciət“lər təqdim etsələr də onların heç birini qəbul etmədilər.O müdafiə mətnini sizə təqdim edirəm.

Mən Yadigar Babayev, Ələsgər Quliyev, gədəbəyli Zirəddin (soyadı yadımdan çıxıb-Müəllif), Kələkili, Əbülfəz bəyin qohumları Aydın bəy Qasımov və Abuzər bəy Rüstəmov, Əbülfəz müəllimin tələbələri, yaxınları olaraq daha cox insanın məhkəməyə gəlməsini təmin etmək üçün öz dost- tanışlarımıza xəbər verir, məhkəmə haqqında kiçik bildirişlər və şüarlar yazaraq ali məktəblərdə yayırdıq. Bunun nəticəsində məhkəmənin qarşısında insanların sayı günbəgün coxalırdı.

Məhkəmə zalında Əbülfəz müəllimin qohumları ön sıralarda, tələbələr arxa sıralarda, müəllimlər isə orta sıralarda otururdular. Hər kəs dərin bir səbirsizlik və intizarla Əbülfəz müəllimin məhkəmə zalına gətirilməsini gözləyirdi. Nəhayət Bəy milislərin müşaiyəti ilə zala daxil oldu. Onun üçün müəyyən olunmuş yerdə oturdu. Zala bir nəzər salıb başı ilə hamını salamladı. Üzündə heç bir həyacan əlaməti yox idi. Xoş bir təbəssümlə zala xeyli baxdı. Hərəkətləri sərbəst, davranışı və ümumi görünüşü qürurlu və sakit idi.Yalnız uzun müddət həbsxanada qapalı şəraitdə saxlandığı üçün bənizi solğun idi. O, məhkəmədə özünü mətanətli aparır, məhkəmə sədrinin və prokrorun suallarına sakit, həyacansız, məntiqli cavablar verirdi.

Qeyd etdiyim kimi tələbələrin çox cüzi hissəsi məhkəmə zalına daxil ola bilirdi. Artıq məhkəmə binasının qarşısında böyük bir izdiham toplanmışdı və zaman - zaman onların “Əbülfəz, Azadlıq“ hayqırtıları məhkəmə zalının açıq pəncərələrindən aydınca eşidilirdi və Bəy də bu səsləri duyurdu. Bu hayqrışlarda əsas məqsəd o idi ki, Əbülfəz müəllim tələbələrinin onu unutmadığını, onu müdafiə etdiklərini bilsin. İçəridə olan tələbələr də məhkəmənin gedişində sakit oturmur, Bəyin üzünə duran tələbə və müəllimlərə replikalar atır, onlara qarşı təhqiramiz sözlər işlədir, səs-küy salırdılar. Məhkəmə sədri dəfələrlə tələbələri sakitliyə dəvət edərək onları zaldan çıxaracağı ilə hədələyirdi, lakin qısa sakitlikdən sonra hay - küy yenidən davam edirdi. Məhkəmənin təxminən 3-cü günü, yəni tələbələrin zalda hay-küylü etirazı zamanı bizim arxamızda oturan Şərqşünaslıq fakultəsinin qocaman müəllimlərindən Yusif Şirvanın əsəbləri dözmədi, ayağa qalxıb üzünü tələbələrə tutaraq yüksək səslə “Sovet dövlətinin çörəyi sizə haram olsun, burda da sakit durmursunuz, o Əbülfəz sizin başınızı xarab edib, özü də indi oturub müttəhim kürsüsündə”- dedi, sonra o, məhkəmə sədrinə müraciətlə tələbələri içəri buraxmamağı xahiş etdi.

Səhərisi gün məhkəmənin qarşısına gələndə məhkəmə zalına daxil olmaq üçün xüsusi buraxılış vərəqələrinin tətbiq olunduğunu gördük. Məhkəmənin qarşısındakı izdiham kiçik bir mitinqi xatırladırdı.Tələbələrdən heç kəs içəri buraxılmadı və məhkəmənin mühafizəsi daxili qoşunlardan gətirilən əlavə dəstə ilə möhkəmləndirildi. Bütün bunlar tələbələrin həyəcanının və narazılığının artmasına səbəb olurdu. Tələbələr acıqlarını Bəyin üzünə duran tələbələrdən çıxırdılar. Onlardan bir neçəsi ifadə verib çıxdıqdan sonra həyətdə döyüldülər. Tələbələr içəri girə bilmədiklərindən məhkəmə prosesinin gedişindən xəbərsiz qalırdılar. Milliyətcə azərbaycanlı olmayan daxili qoşunların əsgərləri ilə tələbələr arasında gərginlik daima artmaqda davam edirdi.

Məhkəmə zalının pəncərələri açıq olduğundan bayırdakı səs-küyü içəridə Əbülfəz müəllim də eşidirdi.

Əbülfəz bəy sonralar deyirdi ki, məhkəmə binası qarşındakı səs-küyü və qarışıqlığı eşidirdim. Ona görə də şahidlərin mənim haqqımda dediklərini təsdiq edirdim. Onlarla mübahisə etmirdim ki, məhkəmə tez qurtarsın. Qorxurdum ki, qarşıdurma şiddətlənər, çoxlu tələbə həbs olunar və tələbələrin gözü qorxar.

Günlərin birində məhkəmə binasını mühafizə edən əsgərlərdən birinin içəri girmək istəyən tələbə qıza kobudluq etməsi onsuz da gərginlik içərisində olan tələbələrin səbr kasasını daşdırdı. Tələbələr əsgərlərin müqavimətinə baxmayaraq məhkəmə binasına daxil olub məhkəmədə iştirak etməyə qərar verdilər. Əsgərlər və tələbələr arasında qarşıdurma şiddətləndi və əlbəyaxa savaşa çevrildi. Həmin gün stadionda "Neftçi" komandası ilə Ermənistanın "Ararat" komandası arasında futbol görüşü olduğundan, məhkəməni mühafizə edən əsgərlərin bir hissəsi ora göndərilmişdi. Əsgərlərlə tələbələr arasında qarşıdurma zamanı qəzəblənmiş tələbələr məhkəmənin 1-ci mərtəbəsindəki pəncərələrin şüşələrini sındırdılar. Əsgərlərin müqavimətini qıraraq giriş qapısını sındırıb içəri daxil oldular. Qarşıdurma yuxarı mərtəbələrə qalxan pilləkənlərdə davam etdi. Pilləkənin məhəccərləri tələbələrin təzyiqinə dönməyib sındı. Qarşılıqlı müqavimət xeyli davam etdi. Tələbələrdən və əsgərlərdən bir neçəsi yüngül xəsarət aldı. O zaman hələ dubinka olmadığından işlər belə asan və xəsarətlər yüngül olurdu. Həmin gün məhkəmə prosesi təxirə salındı.

Əbülfəz bəyin məhkəməsində Dövlət ittihamçısı kimi çıxış edən prokuror Yamən Yusifov sonralar tələbələrin məhkəmə zamanı etiraz aksiyasını belə xatırlayırdı:"Əbülfəz Əliyevin məhkəməsi başlanan gün aləm bir-birinə qarışmışdı. Universitetin tələbələri Ali Məhkəməni mühasirəyə almışdılar. Çox gərgin vəziyyət yaranmışdı.Tələbələr məhkəmənin açıq keçirilməsini tələb edirdilər. Ali Məhkəmənin sədri Abdulla İbrahimov mənə zəng vurub bildirdi ki, Yamən müəllim, tələbələr binanı mühasirəyə alıblar. Bura gəlin. Mən dərhal Ali Məhkəməyə gəldim. Binanın qabağında xeyli adam var idi. Güc bəla ilə içəri keçdim. DTK işçilərinin hamısı Abdulla İbrahimovun kabinetində oturmuşdu. Əsəbi içəri keçdim. Qərara aldıq ki, Ali Məhkəmənin qabağına yığışan tələbələrlə söhbət edək. Mən kabinetdən çıxıb Ali Məhkəmənin həyətinə düşdüm.Ümumi hay-küy...Etiraz səsləri...Zallar çox kiçik idi. İkinci mərtəbədə prezidiumun zalı böyük idi... Məhkəmə prosesi bu zalda başladı...Prosesin gedişi zamanı həddən artıq tələbə zala gəlirdi. Onlar etiraz edirdilər, divarlara şüarlar yazırdılar."

Yəmən Yusifovun da yazdığı kimi səhərisi gün yenə də tələbələrin böyük izdihamı ilə Ali Məhkəmənin qarşısına gəldik.Məhkəmə iclası başlamadan öncə prokuror Yəmən Yusifov və Ali Məhkəmənin o zamanki sədri Abdulla İbrahimov bir neçə milislə bizim yanımıza gəldilər və bizi sakitliyə dəvət etdilər ki məhkəmənin gedişinə mane olmayaq,binanı dağıtmayaq.Ali Məhkəmənin sədrinə bildirdik ki bizi müəllimimizin məhkəməsinə buraxmasanız zorla girəcəyik.Abdulla İbrahimov gərginliyi artırmamaq üçün binanın birinci mərtəbəsindəki böyük iclas zalını Əbülfəz müəllimin məhkəməsi üçün ayırdı.

Bu hadisədən sonra hamı güman edirdi ki, Əbülfəz müəllimin məhkəməsi son dərəcə qapalı, ciddi mühafizə şəraitində davam etdriləcək. Lakin gözlədiyimizin tərsinə oldu, görünür hakimiyyət dairələri tələbələrin həyəcanın daha da artacağından narahat olaraq güzəştə getməyi qərara almışdılar. Növbəti məhkəmə iclasına gəldikdə gördük ki, məhkəmə prosesi binanın birinci mərtəbəsində daha geniş bir zala təyin olunub. Zala daxil olmaq sərbəst idi, yay vaxtı olduğundan zala daxil ola bilməyənlər açıq pəncərələrin qarşısında duraraq məhkəmənin gedişini izləyirdilər.

14 Mayda da məhkəmə istintaqı bitmiş elan edildi. Prokuror ittiham nitqi söyləyərək müttəhimə 3 il iş verilməsini tələb etdi.Uzaqbaşı 15 dəqiqə çəkmiş və əksər hallarda ölüm hökmü çıxarmış məhkəmələrlə yadda qalan 1937-49 repressiyalarından sonra siyasi dissident üzərində qurulmuş bu ilk məhkəmə öz sələflərindən xeyli “humanist” oldu - düz beş gün çəkdi!Mayın 15'də saat 17'də hakim hökmü oxudu. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin baş müəllimi, tarix elmləri namizədi Əbülfəz Qədirqulu oğlu Əliyevə siyasi görüşlərinə görə Azərbaycan SSR CM'nin 67 (“Milli və irqi hüquq bərabərliyini pozma”) və 188-1 (“Bilə-bilə Sovet dövləti və ictimai quruluşunu ləkələyən yalan uydurmalar yayma”) maddələri üzrə 1 iL 6 AY həbs cəzası kəsildi.

Əbülfəz müəllimi məhkəməsi zamanı binanın qarşısında qorxub çəkinmədən "Əbülfəz müəllimə azadlıq" şüarı hayqıraraq müdafiə edən,daxili qoşunların əsgərləri ilə cəsarətlə əlbəyaxa olan,məhkəmə binasının pəncərələrini və məhəccəri sındıran tarix fakultəsinin həmin tələbələrinin çoxsu Azərbaycanın tarix elmini inkişaf etdirən bilim adamları,professorlardır.

Dustaq Əbülfəz Əliyevi ümumi rejimli olsa da ən ağır iş görülən yerə - Qaradağdakı daş karxanasına yolladılar. O, gündə vaqonlara hər biri 35-40 kiloluq 900-950 mişar daşı yükləməliydi. Bu, arıq bədənli, çəlimsiz gənc üçün əslində cismani tükənmə deməkdi. Ancaq dustaq yoldaşları onun köməyinə yetdilər. Elə bu səbəbdən də 2 aydan sonra onun daş daşımamasını rəhbərlikdən tələb etdilər və buna nail oldular. Əbülıfəz bəyə böyük hörmətlə yanaşan dustaqlar ona bildirdilər ki, sənin də payını biz daşıyacağıq (həqiqətən belə də etdilər), ancaq sən bir alim kimi dünyanın gəliş-gedişini bizə başa sal.

17 iyul 1976'da - düz bir il yarımdan sonra zindandan buraxılan Bəyin psixoloji özünəqayıdışa ehtiyacı vardı. Ona görə də, Əbülfəz bəy Bakıda bir neçə gün qaldıqdan sonra psixoloji gərginliyini aradan qaldırmaq üçün doğma kəndi Kələkiyə, anasının, qohum-qardaşın yanına gedir və avqustun ortalarına qədər orda dincəldikdən sonra yenidən Bakıya geri dönür...

Tanrı əziz müəllimimin və liderimin ruhunu şad eləsin!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 May 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10 May 2025 18:53see190

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see155

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see150

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see149

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see144

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see143

Sakitlik uzun çəkmədi Kəşmirdə partlayış səsləri eşidilir

10 May 2025 19:50see141

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı KONKRET

10 May 2025 20:26see140

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see140

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see139

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see138

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

10 May 2025 22:11see136

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see134

Bakıdan Pakistan Hindistan atəşkəsinə reaksiya

10 May 2025 20:15see132

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see131

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see127

Ukraynanın “MiQ 29” təyyarəsi rusların bazasını məhv edib

10 May 2025 19:23see126

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see122

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see121

Makron Ukrayna planlarından danışıb

11 May 2025 18:45see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri