Icma.az
close
up
RU
50 ildən sonra yenidən: Qarabağın qədim sakinlərinin SİRRİ AÇILIR

50 ildən sonra yenidən: Qarabağın qədim sakinlərinin SİRRİ AÇILIR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2023-cü ildə Qarabağ paleolitinin nadir və möhtəşəm arxeoloji abidələri sayılan Azıx və Tağlar mağaralarında institut tərəfindən elmi tədqiqat işləri yenidən bərpa olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Məlumatda deyilir ki, hazırda Azıx mağarasında Azərbaycan-Danimarka-Almaniya, Tağlar mağarasında isə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyaları fəaliyyət göstərir.

"Avqust ayının ikinci yarısından etibarən hər iki mağarada çöl tədqiqat işlərinə start veriləcək. Qeyd olunur ki, bu məqsədlə bütün beynəlxalq elmi heyət artıq Azərbaycana gəlib", - açıqlamada qeyd olunub.

İnstitutdan bildirilib ki, 1960-cı illərdə azərbaycanlı alim Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azıx və Tağlar mağaralarının elmi baxımdan kəşfi Qarabağı dünya elmi ictimaiyyətinə ilkin insan məskəni kimi tanıdıb. Hazırda isə bu tədqiqatlar müasir elmi metodların tətbiqi ilə yeni mərhələyə qədəm qoyur.

Belə ki, Azıx və Tağlar mağaralarının çöküntülərindən götürülən arxeoloji nümunələrin yaşı lüminessent və kosmogen metodlarla dəqiq laborator analizlər vasitəsilə müəyyən ediləcək. Eyni zamanda, 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən aşkarlanaraq Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan qədim alt çənə sümüyündən DNT analizləri aparmaq üçün xüsusi nümunə götürülüb.

İnstitut vurğulayıb ki, bu müasir tədqiqatlar Qarabağ paleolit abidələri ilə bağlı yaxın illərdə tamamilə yeni, əhatəli və elmi əsaslandırılmış məlumatların əldə olunmasına imkan verəcək.

Bundan əlavə, cari ilin may ayında AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən “Azıx mağarasının tədqiqində yeni mərhələ: bəşəriyyətin qədim tarixinin rekonstruksiyası üçün müasir geoarxeoloji üsullar” adlı beynəlxalq elmi seminar keçirilib. Seminar çərçivəsində Azərbaycan və xarici mütəxəssislər Azıx mağarası ilə bağlı xronologiya, biomarkerlər, geoarxeologiya və digər müasir elmi istiqamətlər üzrə məruzələrlə çıxış ediblər.

İnstitutdan o da bildirilib ki, bu cür elmi seminarların növbəti mərhələdə Almaniyada və Yaponiyada keçirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Avqust 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri