50 milyondan çox azərbaycanlını birləşdirən başlıca dəyər müstəqil və suveren Azərbaycan dövlətidir
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sabah 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu əlamətdar gün milli azadlıq mübarizəmizin məntiqi nəticəsi kimi formalaşıb, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların vahid amal ətrafında birləşməsinin rəmzinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini təcəssüm etdirən inam və ümid anıdır.
Məhz ulu öndərin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi tarixi uzaqgörənliyin və milli dövlətçilik düşüncəsinin parlaq nümunəsi kimi tarixə düşüb".
Redaktor.az xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentin bu gün keçirilən plenar iclasında dedi.
"Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və təbliğatçısı kimi diaspor quruculuğunu dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2020-ci ilin Vətən müharibəsi zamanı hər bir Azərbaycan vətəndaşı və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı misli görünməmiş bir milli həmrəylik nümayiş etdirdi. Azərbaycanda və dünyanın dörd bir tərəfində yaşayan bütün azərbaycanlıları vahid bir yumruq ətrafında daha sıx birləşdirən Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz qətiyyəti, polad iradəsi, vətənpərvərliyi və onun ilk gündən nümayiş etdirdiyi möhkəm hərbi-siyasi əzmi oldu.
Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi misilsiz birlik milli həmrəyliyin real gücə çevrildiyini açıq şəkildə göstərdi. Bu həmrəylik böyük tarixi zəfəri qazanmağımızda mühüm rol oynadı.
2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı milli birlik və qələbə ruhunun ən yüksək təcəssümü oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq” artıq təkcə hərbi gücümüzün, zəfər salnaməmizin deyil, dünya azərbaycanlılarının sarsılmaz birliyinin rəmzinə çevrilib.
Bu gün dünyanın 70-dən artıq ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlını birləşdirən başlıca dəyər müstəqil və suveren Azərbaycan dövlətidir. Harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən Vətənimizin Azərbaycan, dilimizin Azərbaycan dili, ümumxalq ideologiyamızın isə azərbaycançılıq məfkurəsi olduğu bir daha təsdiqlənib. Bu məfkurə dünya azərbaycanlılarının milli-mənəvi varlığının qorunmasının əsas dayağına çevrilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir daha göstərir ki, milli birlik, Vətənə bağlılıq və dövlətə sədaqət Azərbaycan xalqının ən böyük sərvətidir. Bu əlamətdar bayram münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, sarsılmaz milli birlik, milli qürur və Azərbaycanla qırılmaz bağlar arzulayıram", - deyə o yekunlaşdırdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 30 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















