Icma.az
close
up
RU
Azərbaycan vətəndaşlıq dövlətidir

Azərbaycan vətəndaşlıq dövlətidir

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi. Respublikamızın sərhədləri daxilində düşmən qüvvələrin silahlıları qalmadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suvürenlik İli” elan edildi. Bu sərəncam Azərbaycan dövlətçiliyinə böyük ehtiramın, dünyəvi münasibətlər sistemində Vətənə sevginin, dövlətə, dövlətçiliyə sədaqətin təsdiqi kimi tarixləşdi. Tarixi Zəfərə görə verilən bu sərəncam, bu sərəncamın mahiyyətinin mənəvi davamı kimi Aərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi də həmin ehtiramın davamıdır.
Müasir Azərbaycan dövlətinin dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri də humanizmdir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Suverenliyimizin bərpa olunması ilə Konstitusiyamızın dövlətimizin bütün ərazilərində tamlıqla qüvvədədir və bu qüruru cəmiyyətimizə Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusu yaşatdı.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması xalqımızın ən böyük tarixi qələbəsidir. Humanizm və mərhəmət ənənələrinə sadiqlik müasir Azərbaycanda həmişə mövcud olub, indi daha bəşəri bir səviyyədədir. Belə bir dövlətin siyasi konturları cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini də əhatələyir. Dövlət cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafında əsl vətəndaş məsuliyyəti ilə iştirak edəcəklərinə inanır. Buna görə də Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il dekabrın 15-də amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Bu amnistiya azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü olub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin bəşəriliyinin, dövlət başçısının humanizminin, insansevərliyinin, azərbaycançılığının təsdiqidir. Dünya ictimaiyyəti bir daha əmin olacaq ki, Azərbaycan dövləti suverenliyini bütün çalarları ilə qoruyur, qoruyacaqdır!..
Azərbaycan vətəndaşlıq dövlətidir
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Dekabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri