Icma.az
close
up
RU
50 yaşından sonra valideyn olan MƏŞHURLAR

50 yaşından sonra valideyn olan MƏŞHURLAR

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi məşhurlar ata olmağa tələsmirlər. Kimisi illərlə karyera qurub, kimisi azadlığın dadını çıxarıb, kimisi isə sadəcə "doğru" insanla rastlaşmayıb. Lakin bu aktyorlar sübut etdilər ki, ata olmaq heç vaxt gec deyil.

Milli.Az 50 yaşından sonra ilk dəfə valideyn olan aktyorları təqdim edir.

Corc Kluni

Corc Kluni uzun müddət Hollivudun ən arzuolunan subayı hesab olunub. Amal Kluni ilə tanışlıqdan sonra hər şey dəyişib. 2017-ci ildə, aktyorun 56 yaşı olanda cütlüyün ekizləri - Ella və Aleksandr dünyaya gəlib.

Kluni etiraf edib ki, yalnız uşaqlar doğulduqdan sonra ailənin onun üçün nə qədər vacib olduğunu anlayıb:

"Mənə elə gəlirdi ki, kifayət qədər dolğun həyat yaşayıram. Sonra Amalla tanış oldum və anladım ki, həyatım əslində boş imiş. Bura bu iki uşağı da əlavə edəndə isə birdən-birə həyatının nə dərəcədə boş olduğunu dərk edirsən", - aktyor bir müsahibəsində bildirib.

Hyu Qrant

Hyu Qrant ilk dəfə 51 yaşında ata olub. Onun ilk övladı 2011-ci ildə doğulub. Hazırda aktyorun beş övladı var. Onlardan ikisi Tinqlan Honqla olan münasibətindən, üçü isə Anna Elizabet Eberşteynlə nikahından dünyaya gəlib.

Maraqlıdır ki, uzun müddət "sərt subay" imicinə malik olan Qrantın həyatı övladları doğulduqdan sonra kökündən dəyişib.

Uorren Bitti

Uorren Bitti ilk dəfə 54 yaşında atalıq hissini dadıb. Həyat yoldaşı, aktrisa Annet Beninq onlara "Baqsi" filminin çəkilişlərində tanış olduqdan sonra ilk övladlarını bəxş edib. Cütlüyün ümumilikdə dörd övladı var. Nikaha qədər Hollivudun ən məşhur "ürəkoxşayanı" statusunu daşıyan Bitti üçün ailə həyatının ən mühüm mərhələsinə çevrildi.

"Bu, həm mənim, həm də onların anasının həyatında baş verən ən böyük hadisədir", - o, bildirib.

Stiv Martin

Stiv Martin həmkarlarından daha gec - 67 yaşında ata olub. 2012-ci ildə həyat yoldaşı Enn Strinqfild onun qızını dünyaya gətirib. Aktyor gec ata olduğu üçün qətiyyən peşman deyil. Əksinə, o hesab edir ki, daha gənc yaşda karyerasına həddindən artıq fokuslandığı üçün pis ata ola bilərdi.

"Əgər uşağım daha tez olsaydı, mən pis ata olardım, çünki bütün diqqətimi karyerama yönəldərdim", - Martin 2017-ci ildə AARP-yə müsahibəsində qeyd edib.

Ceff Qoldblum

"Yura dövrünün parkı" ulduzu Ceff Qoldblum ilk dəfə 62 yaşında ata olub. Həyat yoldaşı Emiliya Livinqstonla birlikdə iki oğul böyüdürlər. 2015-ci ildə Çarli Ouşen, 2017-ci ildə isə River Co dünyaya gəlib.

Uzunmüddətli və uğurlu karyeradan sonra atalıq aktyorun həyatında yeni və böyük bir səhifə açıb. /Lent.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 May 2026 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri