Əraqçi: Sanksiyaların səmərəsizliyini sübut etmək danışıqlardan daha vacibdir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İrana qarşı tətbiq olunan sanksiyaların və təzyiqlərin səmərəsizliyini sübut etmək danışıqlardan daha vacibdir. Bununla belə, Tehran danışıqları unutmayıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət teleradio şirkətinə açıqlamasında bildirib.
“Danışıqlar fəaliyyətimizin bir hissəsidir. Biz onları unutmamışıq və bu istiqamətdə işimizi davam etdiririk. Lakin hazırkı şəraitdə daha vacib vəzifəmiz var – düşmənlərimizə ölkəmizə qarşı tətbiq etdikləri sanksiyaların və təzyiqlərin nəticəsiz olduğunu göstərmək. Danışıqlar prosesinin öz mexanizmi var və bu proses Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında aparılır”, – deyə nazir qeyd edib.
Əraqçinin sözlərinə görə, İran diplomatları, xüsusilə qonşu ölkələrdə, ölkənin ehtiyaclarını təmin etmək və ticarət marşrutlarını açıq saxlamaq üçün gecə-gündüz çalışırlar.
“Məqsəd düşmənlərimizin İranı blokadaya almağın mümkün olmadığını anlamasıdır”, – deyə o vurğulayıb.
İran XİN rəhbəri həmçinin Qətər və Pakistanın vasitəçilərinin Tehrana müxtəlif ideya və təkliflər çatdırmaqda davam etdiklərini, həmin təkliflərin nəzərdən keçirildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Noyabr 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















