Icma.az
close
up
RU
500 manatlıq əsginaslara dair suallara Mərkəzi Bankdan RƏSMİ CAVAB

500 manatlıq əsginaslara dair suallara Mərkəzi Bankdan RƏSMİ CAVAB

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərkəzi Bank tərəfindən bir sıra mövzularda qiymətli metallardan hazırlanmış nominal dəyərə malik məhdud sayda yubiley, xatirə və investisiya pul nişanları, eləcə də 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun Zəfərinə həsr olunmuş 500 manat nominalında xatirə kağız pul nişanı tədavülə buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən nağd pul dövriyyəsinin təşkili məqsədilə müxtəlif nominal strukturlarda kağız və metal pul nişanları tədavülə buraxılıb. Bu məqsədlə Mərkəzi Bank 7 nominalda (1, 5, 10, 20, 50, 100 və 200 manat) kağız pul nişanları və 6 nominalda (1, 3, 5, 10, 20 və 50 qəpik) metal pul nişanları buraxıb. Onlar ödəniş vasitəsi kimi geniş şəkildə tədavüldedir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu nişanlarla bağlı məlumatlar təqdim olunub: cbar.az/moneymarks/banknotes?category=1" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes?category=1

500 manat nominallı pul nişanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfəri münasibəti ilə Mərkəzi Bank tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.

Xatirə banknotunun ön tərəfində "Qarabağ Azərbaycandır!" şüarı, "8 Noyabr Zəfər Günü" ifadəsi, Qarabağın təbii və tarixi abidələri olan Cıdır Düzü, Xudafərin körpüsü, Azərbaycan əsgərinin təsviri, üçrəngli bayraq və Xarıbülbül əks olunub. Arxa tərəfdə isə Molla Pənah Vaqifin məqbərəsi, Əsgəran qalası, Murovdağ və Azərbaycanın xəritəsi təsvir edilib: cbar.az/moneymarks/banknotes/detail/147" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes/detail/147

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bank tərəfindən buraxılmış bütün pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları ölkənin bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələrinin aparılması zamanı qəbul edilməlidir.500 manatlıq xatirə pul nişanı Azərbaycan ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsi kimi qəbul olunur və tədavüldədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri