Dərman bazarında qıtlıq var Səbəb nədir? VİDEO
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Apteklərdə bəzi dərmanlar tapılmır. Vətəndaşların sözlərinə görə, əsasən ucuz dərman preparatlarının qıtlığı müşahidə edilir. Təklif edilən əvəzedicilər isə qat-qat bahadır.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, apteklərin dərman vasitələri ilə təminatı Nazirliyin səlahiyyətləri daxilində deyil.
Nazirliyinin Analitik Ekspertiza Mərkəzi isə yalnız dərman preparatlarının dövlət qeydiyyatına alınması və keyfiyyətə nəzarəti həyata keçirir.
Dərman vasitələri əsasən Türkiyə, Rusiya, Ukrayna, Hindistan və digər Avropa ölkələrindən idxal olunur. Dövlət Reyestrində 5567 adda dərman preparatı qeydiyyatdan keçib və idxalçı şirkətlərin sayı 80-dən çoxdur.
Sözügedən özəl şirkətlərdən bir neçəsi ilə əlaqə saxladıq. Şirkətlər bəzi dərmanların tapılmaması ilə bağlı ünvanladığımız sualları cavablandırmaqdan boyun qaçırdılar.
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, səhiyyə sahəsi üzrə ekpert Aydın Əliyevin sözlərinə görə, əksər dünya ölkələrində dərman bazarına nəzarət səhiyyə qurumlarına həvalə edilir. Ölkəmizdə isə bu mühüm sahə özəl şirkətlərin öhdəsinə buraxılıb.
Ekspert mövcud problemə səbəb olan amillərə də diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 23 Noyabr 2026 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















