Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Fransanın Nitsa şəhərinin rəhbərliyi Azərbaycana qarşı hərbi cinayətlərə görə Bakıda həbs cəzası çəkən erməni əsilli şəxslərə "fəxri vətəndaşlıq” verib.
AZXEBER.COM Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Yaşamaq Ölkəsi Partiyasının həmtəsisçisi Mane Tandilyan məlumat yayıb.
Tandilyan bildirib ki, bu qərar şəhər meri Erik Siottinin istəyi çərçivəsində qəbul olunub:
"Mer erməni məhbusların fotolarının onların taleyinə beynəlxalq diqqəti qorumaq məqsədilə bələdiyyə binasının barmaqlıqlarında saxlanılacağını da bildirib”.
Tandilyan bu addımı "humanizm və prinsipiallıq nümunəsi” kimi dəyərləndirib. Bununla yanaşı, o, Nitsanın mövqeyini rəsmi İrəvanın siyasəti ilə müqayisə edərək Ermənistan hakimiyyətini tənqid edib.
Qeyd edək ki, Fransa hakimiyyəti, eləcə də bu ölkədəki müxtəlif dairələr son vaxtlar Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Rəsmi Bakı bu vəziyyətin qəbuledilməz olduğunu bildirir.
Xatırladaq ki, "Bakıda saxlanılan erməni məhbuslar” dedikdə, hərbi cinayətlərə görə həbs yatan Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər terrorçuları nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 Noyabr 2026 01:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















