Icma.az
close
up
RU
500 xarici QHT COP29da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb

500 xarici QHT COP29da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 28-də COP29 QHT Koalisiyası “Baku dönüşü” ilə əlaqədar bəyanat yayıb. SİA Bəyanatı təqdim edir: “100-dən çox ölkədən 500-ə yaxın vətəndaş cəmiyyəti təsisatını özündə birləşdirən COP29 QHT Koalisiyası COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini təbrik edir, Azərbaycanın COP29 Sədrliyi ilə yeni iqlim maliyyəsinin müəyyənləşdirilməsi, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi vacib əhəmiyyət daşıyan qərarların qəbul olunmasını mühüm irəliləyiş hesab edir.COP29 QHT Koalisiyası üzvlərinin 84 faizi ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil edir. Təbii ki, yeni iqlim maliyyəsi ilə bağlı sənəddə əksini tapmış məbləğin daha yüksək olmasını istəyərdik. Lakin biz müxtəlif rəyləri olan 198 tərəfin iştirakı ilə verilən bu ümumi qərarın hansı çətinliklər və gərgin müzakirələr hesabına ərsəyə gəldiyini dərk edirik. Hesab edirik ki, bu razılığın əldə olunması kollektiv səylərin nəticəsidir və Bakı üçün tarixi bir andır. Əminik ki, sənəddə maliyyə artımı ilə bağlı yer alan çağırış COP prosesində gələcək danışıqların mühüm istinad nöqtəsi olacaq.Biz post-COP29 dövründə də iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində fəal iş aparacaq, COP29 mirasından bəhrələnəcək, bu istiqamətdə strateji xətti davam etdirmək üçün səylərimizi əsirgəməyəcəyik”.Xatırladaq ki, COP29 QHT Koalisiyası bu ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. COP29 dövründə Koalisiyaya qoşulanların sayı xeyli artıb, onların bir hissəsi COP-da xüsusi müşahidəçiliyi olan təşkilatlardır. Azərbaycan COP29-da iştirak imkanı olan və bu imkana malik olmayan Qlobal Cənub regionu üzrə QHT-lər üçün bu Koalisiya vasitəsilə inklüziv mühit formalaşdırıb. COP29 QHT Koalisiyası müntəzəm əsasda hibrid görüşlər keçirir. Bəyanatdan da aydın görünür ki, Koalisiya post-COP29 dövründə də fəal olacaq.Ümumiyyətlə, son vaxtlar Azərbaycan QHT-lərinin təşəbbüslərinə xarici QHT-lər tərəfindən güclü dəstəyin verilməsi müşahidə edilir. 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb. Qeyd edək ki, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkənin QHT tarixində ilk dəfə baş verib”.Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasət Qlobal Cənubda böyük rəğbət və hörmətlə qarşılanır, ölkəmiz getdikcə Qlobal Cənubun güclü səsinə çevrilir. Hesab edirik ki, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtı çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see194

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see113

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri