Icma.az
close
up
RU
100 ölkədən 500 xarici QHT COP29da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb

100 ölkədən 500 xarici QHT COP29da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün COP29 QHT Koalisiyası “Baku dönüşü” ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“100-dən çox ölkədən 500-ə yaxın vətəndaş cəmiyyəti təsisatını özündə birləşdirən COP29 QHT Koalisiyası COP29-un yüksək səviyyəli təşkilinə görə Azərbaycan dövlətini təbrik edir, Azərbaycanın COP29 Sədrliyi altında yeni iqlim maliyyəsinin müəyyən olunması, Paris Sazişinin 6-cı maddəsinin işə salınmas, İtki və Zərər fondunun işə başlaması kimi vacib əhəmiyyət kəsb edən qərarların qəbul edilməsini mühüm irəliləyiş hesab edir.

COP29 QHT Koalisiyası üzvlərinin 84%-i ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil edir. Təbii ki, yeni iqlim maliyyəsi ilə bağlı sənəddə əksini tapmış məbləğin daha yüksək olmasını istəyərdik. Lakin biz, müxtəlif rəyləri olan 198 tərəfin iştirakı ilə verilən bu ümumi qərarın hansı çətinliklər və gərgin müzakirələr hesabına ərsəyə gəldiyini dərk edirik. Hesab edirik ki, bu razılığın əldə olunması kollektiv səylərin nəticəsidir və Bakı üçün tarixi bir andır. Əminik ki, sənəddə maliyyə artımı ilə bağlı yer alan çağırış COP prosesində gələcək danışıqların mühüm istinad nöqtəsi olacaq.

Biz post-COP29 dövründə də iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində fəal iş aparacaq, COP29 mirasından bəhrələnəcək, bu istiqamətdə strateji xətti davam etdirmək üçün səylərimizi əsirgəməyəcəyik”.

Xatırladaq ki, COP29 QHT Koalisiyası bu ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. COP29 dövründə Koalisiyaya qoşulanların sayı xeyli artıb, onların bir hissəsi COP-da xüsusi müşahidəçiliyi olan təşkilatlardır. Azərbaycan COP29-da iştirak imkanı olan və bu imkana malik olan Qlobal Cənub regionu üzrə QHT-lər üçün bu Koalisiya vasitəsilə inklüziv mühit formalaşdırıb. COP29 QHT Koalisiyası müntəzəm əsasda hibrit görüşlər keçirir. Bəyanatdan da aydın görünür ki, Koalisiya post-COP29 dövründə də fəal olacaq.

Ümumiyyətlə, son vaxtlar Azərbaycan QHT-lərinin təşəbbüslərinə xarici QHT-lər tərəfindən güclü dəstək verilməsi müşahidə edilir. 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb. Qeyd edək ki, dünya ölkələrinin 71%-ni əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasət Qlobal Cənubda böyük rəğbət və hörmətlə qarşılanır və Azərbaycan getdikcə Qlobal Cənubun güclü səsinə çevrilir: “Hesab edirik ki, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see188

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see112

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Sərinkeşin qarşısında yatmaq zərərlidir?

17 İyul 2025 22:06see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri