Icma.az
close
up
RU
51 ölkədən 100dən çox nümayəndə

51 ölkədən 100dən çox nümayəndə

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədalət, sülh və barışıq mübarizəsi

Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın açılışı olub

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın açılışı olub. Tədbirdə zamanında indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan dəhşətli deportasiyalar nəticəsində zorla çıxarılmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə tarixi yurd yerlərinə qayıdışı ilə bağlı aktual müzakirələr aparılıb.  Konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş etdirilib.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Konfrans öz işini panel müzakirələrlə davam etdirib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

Soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi üçün vacib platforma

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platforma olduğunu bildirib.

O, Qərbi Azərbaycan İcması olaraq öz doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə apardığını deyib: “Təşkilatımız 1989-cu ildən fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir. Xüsusilə 2022-ci ilin dekabr ayında İcmamızı ziyarət edən Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırıb. Prezident İlham Əliyevin konfrans iştirakçılarına bugünkü (dünənki - red.) müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir”, - deyə Ə.Ələkbərli diqqətə çatdırıb.

Ə.Ələkbərli vurğulayıb ki, Ermənistan öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb.

“Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik”, - deyə QAİ rəsmisi vurğulayıb.

Türkiyə həmişə Azərbaycanın yanındadır

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxışında Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirərək deyib: “Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik. Silah alıb təkrar hazırlıq işləri görməyin, qonşu dövlətin torpaqlarına təkrar göz dikməyin bir faydası olmadığını hər kəs bilməlidir. 30 illik ədalətsizliyin ardından davamlı sülhün qurulmasının çətin olacağını bilirik. Ancaq Türkiyə olaraq, bölgədə sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanındayıq”.

O diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur, bu, torpaq deyil, insan haqları məsələsidir. “Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Həmçinin Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur. Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Azərbaycanlıların geri qayıtmalarının tarixi və hüquqi əsasları

Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış” mövzusunda panel sessiyası keçirilib.

Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə çıxış edən Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt Qərbi azərbaycanlıların öz torpaqlarından didərgin salınmasının açıq-aşkar insan hüquqlarının pozulması olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu məsələlərlə bağlı beynəlxalq komissiya yaradılmalıdır: “Komissiyanın yaradılması insanların kollektiv yaddaşının saxlanılması üçün mühüm rol oynaya bilər. Eyni zamanda, biz deportasiya proqramları da yaratmalıyıq. Bununla da insanlara kömək edilməlidir ki, öz ata-baba yurdlarına qayıda bilsinlər”.

Almaniyanın Frankfurt Universitetinin müəllimi Mixael Raynhard Hess çıxışında müəyyən dövrlərdə minlərlə azərbaycanlının qanunsuz şəkildə öz yurdlarından qovulduğunu deyib. Vurğulayıb ki, Ermənistanın qeyri-rəsmi təşkilatları və rəsmi dövlət strukturları bu prosesdə iştirak ediblər. Azərbaycanlılara qarşı 20-ci əsrdə ciddi şəkildə zorakı deportasiya siyasəti tətbiq olunub.

Paneldə digər çıxış edənlər Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya və ABŞ-ın Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov azərbaycanlıların tarixi Azərbaycan ərazisindən qovulduğunu və yerlərinə ermənilərin yerləşdirildiyini deyiblər.

Barışıq və sülh quruculuğu

Konfrans çərçivəsində “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri” mövzusunda panel sessiyası təşkil edilib. Panel Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə keçirilib.

Paneldə çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının üzvü Ammar Əhməd Xan Leqari, Madrid Muxtar Universitetinin İqtisadi İdarəetmə Məktəbinin Elmi Məsləhət Komitəsinin üzvü Uriarte Sançes Karlos, ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun nümayəndəsi Damyan Krnjeviç-Mişkoviç, Böyük Britaniyada “Sülhpərvər planet” qeyri-hökumət təşkilatının təsisçisi Lord Arnold Dunkan MakNeir və Amerika Dini Azadlıq Mərkəzinin baş direktoru Cannah Skott mövzu ətrafında fikir mübadiləsi aparıb, barışıq və sülh quruculuğu proseslərinin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, azərbaycanlılar və ermənilər sülh şəraitində yaşamalıdırlar. Belə ki, regionda sülhü bərqərar etmək çox mühüm məsələdir. Beynəlxalq ictimaiyyət zorla öz yurdlarından çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmin olunması məsələsinə daha həssas yanaşmalı, regionda davamlı sülhün qurulması üçün bu hüququn həyata keçirilməsinə dəstək verməlidir.

Müzakirələr zamanı sülh quruculuğunun yalnız ədalətin bərpası şəraitində mümkün olduğu, zorla didərgin salınmış insanların hüquqlarının tanınmasının isə bu prosesin əsas komponentlərindən biri olduğu bildirilib. Panel iştirakçıları münaqişələrdən təsirlənən regionlarda davamlı sülhün bərqərar olunması üçün beynəlxalq səylərin gücləndirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıblar.

Çıxışçılar Bakıda keçirilən COP29 konfransına toxunaraq iqlim dəyişikliyi, ətraf mühitin qorunması istiqamətində keçirilən tədbirlər sırasında dünyada insan hüquqları barədə konfransların təşkilinin əhəmiyyətindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, azərbaycanlıların etnik təmizləməyə məruz qalması səbəbindən Ermənistanda yaşayan azərbaycanlıların əmlak hüquqları da müzakirə mövzusudur.

Paneldə çıxışlar zamanı Ermənistanın nüvə elektrik stansiyasından istifadə etdiyini və bununla da nüvə materiallarının sızması təhlükəsi yarandığı qeyd olunub. Bildirilib ki, bu, nəinki Ermənistana, həm də Azərbaycana və qonşu ölkələrə təsir edir. Odur ki, heç kimin havanı çirkləndirmək hüquqi yoxdur.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2024 07:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see336

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see272

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see268

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see261

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see261

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see259

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see242

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see203

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see202

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see174

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see171

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see169

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see167

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see166

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see165

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see154

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see152

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see151

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see147

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri