Icma.az
close
up
RU
30 ölkədən 150 dən çox nümayəndə...

30 ölkədən 150 dən çox nümayəndə...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bakıda mühüm forum keçirildi

Mayın 13-də paytaxtımızda ilk dəfə Avropa və MDB ölkələrinin “Poçt Liderləri forumu” öz işinə başlayıb. Ümumdünya Poçt İttifaqı (ÜPİ), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edilən forum bu gün yekunlaşacaq.

Forumda regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji platformanın yaradılması fikri irəli sürülüb. Həmçinin tədbirdə qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına dair fikir mübadiləsi aparılıb.

Yeni poçt markası buraxıldı

Poçt sektorunun inkişafında növbəti mərhələyə keçidi təmin etdiyinə, eləcə də regional əhəmiyyətinə görə tədbirə marka həsr olunması təşkilatçılar tərəfindən qərara alınıb. Bu xatirə poçt markasında əks olunan bütün təsvirlər Bakı şəhərini xarakterizə edən elementlərin fonunda təqdim olunub. Bununla da markada Bakının poçt tarixində keçid rolu oynayan tədbirə ev sahibliyi etdiyi göstərilir.

Rəqəmsal nişanlar, axan oxlar və etiketli yollar e-ticarət və rəqəmsal həllər arasındakı əlaqəni, infrastrukturu və sürəti vurğulayır. “Baku eye” çarxının fonda olması isə bu futuristik mövzunun daima dönən bir prosesdə olmasını izah edir.

Marka Azərbaycanın milli poçt mövqeyini qlobal müasirliklə birləşdirərək rəqəmsal ticarət və “ağıllı”logistika üçün regional mərkəz olmaq arzusunu əks etdirir. Markalar 4000 tirajla, Belçikanın “Bpost StampsProduction” şirkəti tərəfindən çap edilib.

Rəqəmsal dövrə beynəlxalq əməkdaşlıqla keçid edilə bilər

Forumda çıxış edən Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnkişaf və Əməkdaşlıq üzrə direktoru Mutua Muthusi bildirib ki, inkişaf etməkdə olan ölkələrin poçt təşkilatlarının rəqəmsal dövrə keçid etməsi üçün beynəlxalq əməkdaşlıq əsas rola malikdir: “Əsas məqsədimiz zəif işləyən poçt şəbəkələrinin optimal fəaliyyət səviyyəsinə çatmasını təmin etməkdir ki, nəticədə güclü beynəlxalq poçt şəbəkəsi yaradılsın”.

Dünyada məktub dövriyyəsi yoxa çıxıb

ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktor müavini Marjan Osvaldın sözlərinə görə, poçt təşkilatlarının davamlılığının təmin olunması üçün hökumətlərin dəstəyi olduqca vacibdir. O, bildirib ki, dünyada məktub dövriyyəsi demək olar ki, yoxa çıxıb: “Poçt xidmətlərinin davamlılığını təmin etmək üçün hökumətlərin fəal dəstəyi lazımdır. Gələcək üçün sehrli alət və ya xidmət yoxdur. Ən böyük fürsət elektron ticarətdir. Amma bu, təkcə çatdırılma xidməti kimi deyil, həm də ixrac fəaliyyəti kimi dəyərləndirilməlidir. Bu isə ölkənin ÜDM-inə əlavə dəyər qatır”.

Azərbaycan öz namizədliyini irəli sürüb

“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri İsi Mustafayevin sözlərinə görə, Azərbaycanın poçt rabitəsinin inkişafı beynəlxalq platformalarda geniş təbliğ olunur.: “Bu artq Beynəlxalq Poçt İttifaqı tərəfindən bu il Azərbaycanda keçirilən ikinci beynəlxalq tətbiqdir. İlk beynəlxalq tədbiri yanvar ayında keçirmişdik. Bu günkü forumda 150-ə yaxın müxtəlif ölkələrin nümayəndələri iştirak edir. Onlar arasında poçt sektorunun tənzimləyiciləri, nazirlik səviyyəsində nümayəndələr, milli poçt operatorlarının rəhbərləri var. Forumun ən böyük əhəmiyyəti Azərbaycanın tanıdılmasıdır. Onun beynəlxalq arenada nüfuzunun artırılması məqsədi daşıyır. Bir məqama da da xüsusi diqqət cəlb etmək istəyirəm. Dubayda keçiriləcək növbəti Beynəlxalq Poçt İttifaqı seçkilərində Azərbaycan dövlət olaraq öz namizədliyini irəli sürüb. Məhz bu platformada bizim üçün imkanlar yaranır ki, Azərbaycanı dünya ölkələri arasında daha da tanıdaq, Azərbaycanda poçt rabitəsinin inkişafı barədə ətraflı məlumat verək”.

Müştəri kanallarının rəqəmsallaşdırılması

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, “Azərpoçt”un əsas biznesinin genişləndirilməsi - kuryer, ekspress və bağlama xidmətlərinin inkişafı, eləcə də yeni maliyyə və logistika xidmətlərinin tətbiqi növbəti mərhələdə nəzərdə tutulur. O, qeyd edib ki, digər əsas istiqamət isə innovasiyadır: “Bu, innovativ həllərin tətbiqi, müştəri kanallarının rəqəmsallaşdırılması, yeni məhsul və gəlir mənbələrinin inkişafını əhatə edir”.

Nazir müavini bildirib ki, Azərbaycan poçt sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir və bu istiqamətdə ikitərəfli və çoxtərəfli təşəbbüslərdə fəal iştirak edir: “Azərbaycan cari ilin 7-19 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək 28-ci Ümumdünya Poçt İttifaqı Konqresində təşkilatın İdarəetmə Şurası və Poçt Əməliyyatları Şurasına namizədliyini irəli sürüb”.

Yeganə BAYRAMOVA

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see347

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see283

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see281

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see272

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see246

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see204

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see197

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see184

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see177

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see177

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see169

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see169

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see168

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see167

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see158

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see158

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see155

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see154

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri