525 ci qəzet ABŞ də NNSA nın yüzlərlə əməkdaşının işdən çıxarılması ilə bağlı qərar ləğv edilib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) yüzlərlə əməkdaşının işdən çıxarılması ilə bağlı qərarı ləğv edib ki, bu da Energetika Nazirliyinin əməkdaşlarının kütləvi ixtisarından sonra gözlənilməz dönüş olub.
525.az bu barədə “Report” a istinadən xəbər verir.
"Tramp administrasiyası nüvə silahı proqramlarına cəlb olunmuş yüzlərlə federal əməkdaşın işdən çıxarılmasını dayandırıb. Bu kəskin dönüş işçiləri çaşqınlıq içində qoyub və ekspertlərdə DOGE-nin kor-koranə qənaətinin bütöv icmaların təhlükəsizliyinə təhdid ola biləcəyi ilə bağlı narahatlıq yaradıb", - agentlik qeyd edib.
Bildirilir ki, işdən çıxarılan bəzi əməkdaşlar bunu yalnız cümə günü səhər xidməti hesablarının bloklandığını və ofisə girişin bağlandığını gördükdə öyrəniblər. Lakin şənbə gününə keçən gecə NNSA direktorunun vəzifəsini icra edən Tereza Robbins 28 nəfər istisna olmaqla, işçilərə işdən çıxarılma ilə bağlı qərarın ləğv edilməsi barədə rəsmi bildiriş göndərib.
Daha əvvəl CNN telekanalı Tramp administrasiyasının NNSA-nın 300-dən çox əməkdaşını işdən çıxardığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 17 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















