Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

525 ci qəzet Alqış və qarğışlar linqvokulturologiya müstəvisində

525 ci qəzet Alqış və qarğışlar linqvokulturologiya müstəvisində

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Vəfa İBRAHİM
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Keçən ilin sonlarında "Mütərcim" nəşriyyatı filologiya elmləri doktoru, professor Nərgiz Seyidovanın "Hind-Avropa dillərində alqış və qarğışların linqvokulturoloji xüsusiyyətləri" adlı monoqrafiyasını çap edib. Məlumdur ki, alqış və qarğışlar xalq məişətinin və mədəniyyətinin tərkib hissəsidir və əsas etibarilə folklorşünaslığın öyrəndiyi problemlərdəndir. Bu monoqrafiyada isə alqış və qarğışlar daha çox dilçilik və kulturalogiya müstəvisində araşdırılır. N.Seyidova, hər şeydən əvvəl, alqış və qarğışların linqvokulturoloji statusuna diqqət yetirir. Çünki alqış və qarğışların etnokulturoloji mövqeyi mühüm faktor olaraq özünü göstərir. Əgər alqış və qarğışların etnik-mədəni xarakteri, inanclarla bağlılığı və ictimai əhəmiyyəti öyrənilməsə, mövzunu aydınlıqla diqqətə çatdırmaq mümkün olmaz. Buna görə də N.Seyidova öncə müxtəlif mənbələr əsasında alqış və qarğışların statusunu araşdırmalı olur. Bu istiqamətdə araşdırma alqış və qarğış anlayışlarını bildirən sözlərin müxtəlif dillərdəki semantik mənasını nəzərə almaqdan başlayır. Məsələn, fransız dilində alqış anlayışını bildirən "b?n?diction" sözünün "göydən gələn xeyir-dua", "xeyirxahlığın qarşılığında təşəkkür", "müqəddəs sirr daşıyan xoşbəxtliyin təntənəsi", "sakrallıq gətirən hər hansı bir hadisənin təntənəli ayini" kimi semantik mənaları üzərində dayanmaqla müəllif alqışların linqvistik-mifoloji statusunu müəyyənləşdirməyə çalışır. Müəllif belə hesab edir ki, alqışlar müxtəlif xalqlarda uğura səsləyən dil ritualı kimi təzahür edir. Ritualla bağlılıq kitabda qarğışların da statusuna aid edilir. Fərq ondan ibarət olur ki, ritual semantikası qarğışlarda uğura yox, uğursuzluğa yönəltməklə əlaqələndirilir. Alqışlar kimi qarğışlar da dildə özünə o qədər geniş yer tutur ki, frazeoloji söz birləşmələrində, idiomatik ifadələrdə bu nümunələrin izlərini müşahidə etmək mümkün olur. Məsələn, "gözü kəlləsinə çıxdı", "papağın boş qalsın" kimi cümlələrdə qarşılaşdığımız "gözü kəlləsinə çıxmaq", "papağı boş qalmaq" frazeoloji birləşmələri məhz qarğış mahiyyətlidir. Bu mahiyyəti diqqətə çatdıran N.Seyidova qarğışların and forması üzərində dayanır: gözlərim kor olsun, qolum qurusun, özüm ölüm, tikə-tikə doğranım, işığa kor baxım və s. Qarğışların semantikasına diqqət etmək tədqiqatçıya imkan verir ki, qarğışların məna qruplarını müəyyənləşdirsin: a) ritual qarğışları (üzünü mürdəşir yusun; adın daşlara yazılsın; qulağına pambıq tıxayım; boyuna qamış ölçüm və s.); b) dini-mifoloji təsəvvürlərlə bağlı qarğışlar (qapında bayquş ulasın; Quran sənə qənim olsun və s.); c) məişət qarğışları (qanın daşlara dağılsın; anan ağlar qalsın; naqafil gülləyə gələsən və s.).

Tədqiqatçı alqış və qarğışların statusunu müəyyən etdikdən sonra, bu örnəkləri dünya xalqlarının mədəniyyəti kontekstində nəzərdən keçirir. Belə bir kontekst müəllifə imkan verir ki, Azərbaycan ədəbi abidələrinə də müraciət etsin. "Kitabi-Dədə Qorqud" belə abidələrdən biridir. N.Seyidova "Kitabi-Dədə Qorqud"dakı alqış nümunələrini araşdırarkən doğru olaraq qeyd edir ki, alqışlar daha çox Allahın adıyla bağlıdır. İnsanlar Uca Yaradana müraciətlə bir-birlərinə arzuların çin olmasını diləyirlər:

Yerli böyük dağların yıxılmasın!

Kölgəlicə uca ağacın kəsilməsin!

Coşqun axan gözəl suyun qurumasın!

Çaparkən ağ-boz atın büdrəməsin!

Ağ birçəkli anan yeri behişt olsun!

Ağ saqqallı atan yeri cənnət olsun!

Haqq yandıran çırağın sönməsin!

Qadir Tanrı səni namərdə möhtac eləməsin!

Göründüyü kimi, "Kitabi-Dədə Qorqud" dastanından götürülmüş bu alqış nümunələri sonda Tanrının adı ilə əlaqələndirilir. Alqışı söyləyən ozan arzu olunanların gerçəyə çevrilməsini məhz Tanrının qüdrətində axtarır. Belə bir cəhəti tədqiqatçı Hind-Avropa alqışlarında da müşahidə edir: "Allah subay kişilərə kömək olsun, evli kişilərə qadınları kömək olacaq! Mənə kömək ol, Allah, amma mənə tənbəllik də qismət eləmə! Köməyim ol, Allah, elə elə ki, böyrümü yerə verib yatmayım! Allah sizi qorusun, səfərdən sağ-salamat qayıdasınız!" Göstərilən nümunələrdən aydın olur ki, Hind-Avropa xalqları üçün səciyyəvi olan alqışlarda da ilahi qüdrətə tapınmaq və alqışları həmin tapınma üzərində qurmaq mədəniyyətlərarası tipoloji yaxınlıqdan danışmağa əsas verir. Yeri gəlmişkən qeyd edək ki, alqış və qarğışların müxtəlif dillərdə məzmun eyniliyi tədqiqatçını xüsusi olaraq maraqlandırır. Müəllif din xadimlərinin dilindəki alqış nümunələrinin müxtəlif ölkələrdə eyni anlamda təqdim edilməsini səciyyəvi hallardan biri sayır.

Kitabda Fransa, İtaliya, Hindistan mədəniyyətlərində alqış və qarğışların spesifik formalarına diqqət yetirilir. Tədqiqatçı qarğışların yaranmasını dini-mifoloji və  ictimai-sosial zəmində dəyərləndirərək bu nümunələrin təsnifatını verir. Xalqın mifoloji təsəvvürləri və müxtəlif ritualları, xəstəliklər, yaxınların itkisi, doğmaların bədbəxtliyi, yoxsulluq və rifahın pozulması, valideyn xeyir-duasından məhrum olmaq, sevdiyindən ayrılmaq, unudulmaq, bədxah qohumlar, puç olmuş arzular, uğursuz nikah, böhtan, sonsuzluq və s. kontekstlər qarğışların təsnifatında başlıca çıxış nöqtəsi kimi götürülür.

N.Seyidova linqvokulturoloji araşdırmada diaxronluğun əhəmiyyətini xüsusi olaraq diqqət mərkəzində saxlayır. O qeyd edir ki, linqvistik tədqiqatlarda sinxronluq və diaxronluq qarşı-qarşıya qoyulmamalı, əksinə, onlardan bərabər şəkildə istifadə edilməlidir.

Kitabda alqış və qarğışların şifahi nitq kursunun janrları kimi araşdırılması həm linqvistika, həm də folklorşünaslıq baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunur ki, şifahi nitq linqvopoetika baxımından ayrıca sahə olaraq öyrənilə bilər; şifahi ədəbiyyatın meydana çıxmasında şifahi nitq mühüm rol oynayır və bu problemə dilçilik baxımından da yanaşmaq mühüm əhəmiyyət daşıyır. Tədqiqatçı bu qənaətdədir ki, hərəkət öz növbəsində nitq aktını meydana çıxarır, mənfi və müsbət məzmunlu arzular ünsiyyət formulunda reallaşaraq müəyyən dil vahidlərinə çevrilir. Göründüyü kimi, müəllif alqış və qarğışları yalnız məna baxımından öyrənmir, həmin nümunələri həm də dil aktının faktları kimi diqqətə çatdırır.

İncil mətnlərində alqış və qarğışların araşdırılması da tədqiqatın uğurlu cəhətlərindən biri sayıla bilər. Çünki adətən elmi araşdırmalarda səmavi kitabların araşdırılmasına bir qədər laqeyd yanaşılır. Lakin uzun zamanların sınağından çıxmış hər hansı mətni inkar etmək mümkün deyil, hər tarixi mətn funksional olaraq tədqiq olunmalıdır. Bu məntiqə əsaslanan tədqiqatçı İncildən müxtəlif nümunələr verərək alqış və qarğışları Hind-Avropa dillərinin prinsipləri kontekstində araşdırmaya cəlb edir.

İstər dini kitablarda, istərsə də əfsanə, rəvayət, nağıl, dastan kimi müxtəlif folklor janrlarında alqış və qarğışlar öz başlanğıcını arxaik inanclardan götürür. Belə inanclardan ən başlıcası sözün yaradıcı gücünə və magik təsiretmə funksiyasına tapınmaqla bağlıdır. Məlumdur ki, dünyanın yaranmasında ilahi sözün mühüm rol oynaması, yerin-göyün Tanrıdan gələn "Olsun!", "Yaransın!" hökmü ilə bərqərar olması haqda təsəvvür həm Şərq, həm də Qərb xalqlarında geniş yayılıb. Alqış və qarğışlarda sözün məhz bu funksiyası, yəni nəyinsə sözün magik gücü ilə baş verməsi inancı aparıcı yer tutur. N.Seyidova alqış və qarğışlardakı bu cəhəti əldə əsas tutub müxtəlif etiketlər, davranış normaları üzərində dayanır, gündəlik həyatda işlənən bir çox ifadələrin arxaik inanclara əsaslandığını ayrı-ayrı xalqlardan gətirdiyi faktik materiallar üzrə izləyir. N.Seyidova alqış və qarğışların magik mahiyyəti barədə yazır: "Qarğışlar və alqışlar sehrli xarakter daşıyan mətnlərdir. Bu mətnlərin yayılması qədim insanların sözün sehrinə, xüsusən də onun xeyir gətirmək, eləcə də zərər vermək gücünə inamla bağlıdır... Bir çox xalqlar insanı lənətlərin mənfi təsirindən qoruya bilən tədbirlər sistemi hazırlamışlar. Belə hesab etmişlər ki, xüsusi nitq formulları lənətlərə qarşı qoruyucu funksiyaya malikdir, həmin formullar mənfi yüklü sözləri linqvistik məlumatın göndəricisinə yönləndirir, bununla da onların zərərli təsirini neytrallaşdırmış olur". Alqış və qarğışların magik gücünə inam gündəlik işlədilən nitq etiketlərində də öz əksini tapır. Həmin nitq etiketlərindən ən geniş yayılanı salamlaşma etiketidir. Faktlar göstərir ki, dünyanın müxtəlif dillərində müxtəlif cür səslənən salamlaşma etiketi insanların bir-birinə sağlamlıq və xoş gün arzulaması ilə bağlıdır. Məsələn, fransız dilindəki "bonjour" sözü "xoş gün" mənasını verir və insanların bir-birinə xoş günlər arzulamasından doğur. Yaxud "salut" sözü mənşəyinə görə Roma imperiyasında firavanlıq və sağlamlıq simvolu sayılan, Roma imperatorlarının sikkələrində əksini tapan Salus ilahəsi ilə əlaqələndirilir. Sağlamlıq və firavanlıq arzularını ifadə etdiyinə görə "salut" sözü Avropa xalqlarında salamlaşmaq etiketi kimi işlənməyə başlayıb. Bütün bu kimi faktları tədqiqatçı alqışların linqvo-mifoloji xüsusiyyətlərini üzə çıxarmaq məqsədinə doğru istiqamətləndirə bilir. Tədqiqatçının müraciət etdiyi dil faktları sırasında asqırmaqla bağlı nitq etiketləri də xüsusi yer tutur. Araşdırmadan aydın olur ki, 1347-1352-ci illərdə Avropa əhalisinin təxminən 30-40 faizinin məhvinə səbəb olmuş vəba epidemiyasının əlamətlərindən biri dalbadal asqırmaq olub. Bu cür qorxunc asqırmanın müqabilində insanlar latın dilində "Absit omen!"  ("Xata-bəladan uzaq olasan!") ifadəsini işlədiblər. Əlbəttə, asqıran adama sağlamlıq diləmək yalnız vəba xəstəliyi ilə bağlı deyil. Bunu nəzərə alan N.Seyidova asqırmaqla bağlı inancları da diqqətə çatdırmalı olur: "Qədim dövrlərdə insanlar asqırarkən ruhun bədəndən çıxa biləcəyini güman edirdilər. Odur ki, asqıranda ruh ağızdan çıxmasın deyə... ağızı əllə qapamalı olurdular. Hər dəfə asqıran adama cansağlığı arzulayırdılar ki, ruh bədəndən çıxmasın". Belə bir inancın nəticəsidir ki, həm Qərb, həm də Şərq xalqlarında asqırmaq müqabilində "Sağlam olasan!" tipli nitq etiketləri alqış nümunəsi kimi xüsusi işləklik qazanır.

N.Seyidova alqış və qarğışları yalnız şifahi nitq formaları, folklor mətnləri əsasında yox, həm də yazılı ədəbiyyat nümunələri üzrə araşdırır. Belə hesab edirik ki, "Hind-Avropa dillərində alqış və qarğışların linqvokulturoloji xüsusiyyətləri" monoqrafiyası yeni tədqiqatlar üçün elmi zəmin yaradır və xüsusi perspektivlər açır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri