Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Şimal qərb bölgəsinin söz saxlancı: alqış və qarğışlar

Şimal qərb bölgəsinin söz saxlancı: alqış və qarğışlar

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tural ADIŞİRİN

Şimal-qərb bölgəsindən toplanan alqış və qarğışlar “Kitabi-Dədə Qorqud” dastanının dili, obrazlar sistemi və semantikası ilə dərin bağlılığa malikdir. Bölgədən toplanan “Əziziyin qanlı köynəyi üstünə gəlsin”, “Ovun uğurru olsun, ovun qannı olsun”, “Canına canım sadağa olsun”, “Əlin qurusun” və s. alqış və qarğış örnəklərini dastanın boyları əsasında müqayisəli izah edək. 

“Əziziyin qanlı köynəyi üstünə gəlsin” – qarğışı folklorda bir lənət və nifrin formasıdır. Burada “qanlı köynək” motivinə xüsusi diqqət edək. Motivin “Dədə Qorqud” dastanının boyları ilə əlaqəsinə baxaq: “Qanlı köynək” motivi xüsusilə “Qanlı Qoca oğlu Qanturalı” boyunda özünü göstərir. Bu boyda qəhrəmanlıq və ölüm motivləri iç-içədir və qəhrəmanların döyüşdən sonra geyimlərinin qan içində qalması bir simvol olaraq təqdim edilir.

Bundan əlavə, "Basatın Təpəgözü öldürdüyü boy”da da qəhrəman döyüşdən sonra qana bulaşır. Burada köynəyin qana bulanması həm faciəni, həm də intiqamı xarakterizə edir. Daha bir bağlılıq “Baybörənin oğlu Bamsı Beyrək boyu”ndadır. Boyda Beyrəyin qanlı köynəyi bacılarının üstünə gəlir. Qanlı köynək burada ölüm xəbərinin simvolu kimi çıxış edir. Beyrəyin köynəyinin qan içində olması onun şəhid olduğunu göstərir. Bu köynəyin bacılarının üstünə atılması isə həm qisas çağırışı, həm də yas və kədərin kulminasiya nöqtəsidir. Bacıların bu hadisəyə reaksiyası, bir növ mifoloji gücün oyanması, qadın həyəcanının və qarğışının epik gücə çevrilməsi formuludur. Bu motivin bölgənin bəzi qarğış mətnlərinə də keçməsi, qanlı köynəyin üzə atılması, göz önünə gətirilməsi metaforası, kədərin fiziki bir əşyayla göstərilməsi adətinin göstəricisi, həmçinin xalq etnokulturunun nümunəsidir.

“Ovun uğurru olsun, ovun qannı olsun” – Şimal-qərb bölgəsindən əldə edilən bu alqış nümunəsi “Dədə Qorqud”dakı çox işlənən ov formuluna birəbir uyğun gəlir. Dastanda işlənən ov ritualı yalnız fiziki fəaliyyət deyil, epik strukturun ayrılmaz hissəsidir. Dastanının "Qazan xan oğlu Uruzun dustaq olduğu boy"da yer alan ov mərasimi gənc bir oğlanın ilk dəfə ova çıxması, yəni yetkinlik mərasiminin rəmzi kimi dərin mənalar daşıyır. Bu səhnə, oğul ilə ata arasında münasibəti, qəhrəmanlıq dəyərlərini və türklərin ənənəvi ov ayinlərini əks etdirir. Oğuz igidləri ovda qəhrəman kimi tanınır, Dədə Qorqud isə bu mərasimlərdən sonra onlara alqış, xeyir-dua verir, ad verir, beləliklə,  ov mifoloji və ictimai bir ayinə çevrilir. Məhz bu ritual şimal-qərb bölgəsinin əhalisi arasında az da olsa yaşamaqda olan ovçuluq peşəsində yaşayır və bu alqış növündə ova gedən üçün xeyir-dua, uğurlama edilir.

“Canına canım sadağa olsun” – alqışı bölgənin folklorunda geniş işlənən, “Dədə Qorqud” dastanının dili və ruhu ilə bağlı olan, qədim türk mədəniyyətindəki alqış-dua ənənəsinin müasir davamıdır. Dastandakı sevgi, fədakarlıq və hörmət anlayışlarının bir xalq deyimi şəklində bu gün də yaşaması bu bağlılığın sübutudur. Dastanda qəhrəmanla arasında – istər ailə üzvləri, istərsə də silahdaşlar arasında duyulan bağlılıq və fədakarlıq hissi “canı can uğrunda fəda etmək” düşüncəsiylə üst-üstə düşür. Məsələn, “Böybörənin oğlu Bamsı Beyrək boyu”nda Banu Çiçəyin Beyrəyə olan sədaqəti, “Dəli Domrul” boyunda Domrulun öz ömrünü valideynlərinin canı uğrunda bağışlamağa hazır olması, qan qohumluğu ilə mənəvi qohumluğun vəhdəti çərçivəsində Domrulun qadınının öz canını əri üçün fəda etməsi tandemi “canım canına sadağa” fikrinin dastan daxilində təcəssümüdür. Türk düşüncəsində “can” anlayışı ilahi əmanət hesab olunur və birinin canını digəri uğrunda fəda etməsi ali əxlaqi davranış nümunəsi kimi qiymətləndirilir. Dədə Qorqud boylarındakı bu fədakarlıq səhnələri, həm qəhrəmanlıq paradiqmasının qurulmasında, həm də mənəvi dəyərlərin ötürülməsində əsas struktur elementlərdən birinə çevrilir. 

Şimal-qərb bölgəsinin alqış və qarğışlarında mifoloji təzahür də maraq doğurur. Bölgədən əldə olunan alqış və qarğış nümunələrində mifoloji rakurs özünü çox aydın göstərir. Xüsusilə çox işlənən mifoloji paradiqmalardan olan çevrilmə motivinin daşa, quşa, dağa, torpağa və s. çevrilmə invariantlarına bölgənin qarğış örnəklərində daha çox rast gəlirik. Məsələn: “Daşa dönəsən”, “Torpağa dönəsən”, “Qaralıb quşa dönəsən” və s. qarğış örnəkləri buna misal ola bilər.

“Daşa dönəsən” - qarğışı ilk baxışda sadəcə olaraq hərəkətsizlik, cansızlıq, duyğusuzlaşma mənasını versə də, onun dərin mifoloji kökləri mövcuddur. Antik Yunan mifologiyasında Meduzanın baxışı ilə insanları daşa çevirməsi kimi nümunələr insanın cəzalandırılaraq təbiətin bir parçasına – bu halda, daşa – çevrilməsinin universal mifoloji motiv olduğunu göstərir. Azərbaycan xalq düşüncəsində də daş yalnız cansız maddə deyil, həm də keçmişin, günahın və əbədi durğunluğun simvoludur. Daşa dönmək, həm cəza, həm də ruhun bədəndən çıxması ilə bağlı metafizik bir vəziyyəti bildirir.

“Torpağa dönəsən” - ifadəsi isə həm bir ölüm qarğışı, həm də insanın yer ünsürü ilə birləşməsinə işarədir. Yer kultu, demək olar ki, bütün qədim mədəniyyətlərdə, o cümlədən türk və Azərbaycan mifoloji düşüncəsində mühüm yer tutur. Torpaq həm ana, həm həyat verici, həm də ölümlə bağlanan varlıq kimi qəbul olunur. Bu baxımdan “torpağa dönmək” sadəcə yox olmaq deyil, həm də təbiətə qayıdış, bir dövrənin tamamlanması kimi də başa düşülə bilər. Beləliklə, bu qarğış ölümün mistik aspektlərini özündə daşıyır və insanın torpaqla eyni mahiyyətə sahib olduğu inamını əks etdirir.

“Qaralıb quşa dönəsən” - bu ifadə isə bir neçə səviyyəli semantik struktura malikdir. “Qaralanmaq” sosial damğalanma, rüsvayçılıq, ictimai təcrid anlamı daşıyır. Eyni zamanda, “quş olmaq” ifadəsi bir tərəfdən azadlıq, digər tərəfdən isə cəmiyyətdən uzaqlaşmaq, yalnızlaşmaq mənası verir.

Qədim türk totemizminə görə, quşlar göy ünsürü ilə bağlı varlıqlar idi və insanlarla Tanrı arasında vasitəçi sayılırdı. “Quşa çevrilmək” burada həm də insanın maddi dünyadan ayrılması, qeyri-insani forma alması kimi anlaşılır. Bu qarğışda həm cəza, həm də metafizik çevrilmə eyni anda ifadə olunur. Nümunələrdən də gördüyümüz kimi, bölgənin xalq qarğışlarında çevrilmə motivi sadəcə dilin emosional ifadəsi deyil, həm də dərin mifoloji, totemik və fəlsəfi dünyagörüşün ifadəsidir. 

Şimal-qərb bölgəsindən toplanan alqış və qarğış örnəklərində ritual düşüncə tərzi, məişət adət-ənənələrinin də öz əksini tapması bölgənin bu qədim arxaik janrı üçün özünəxas xüsusiyyətlərdəndir. Şəki rayonunun Göynük kəndindən toplanan qarğış nümunələrinə nəzər salaq: “Səni görüm, öylərə gidif qapılar aşmiyəsan”, “Səni görüm qıvliyə bəy oturmayasan”.  1-ci qarğış nümunəsində kəndə xas olan  qədim məişət adət-ənənəsi əks olunmuşdur. Göynük kəndində gəlin düşəcək ev bəzədildikdən sonra qapını bağlayırlar. Qapının qıfılını yalnız gəlin özü aça bilər.

Qarğışda məhz həmin adətə işarə olunur. Göynük kəndində gəlinin düşəcəyi evin qapısının qıfılla bağlanması və yalnız gəlinin həmin qıfılı açması adəti, qədim mifik düşüncənin izlərini daşıyır. Bu adət yalnız fiziki bir hərəkət deyil, həm də gəlinin yeni həyata qədəm qoyması, ailəyə daxil olma mərasimidir. Deməli, bu məqam həm ritual, həm də simvolik xarakter daşıyır. Qarğışda işlənmiş “qapılar açılmasın” ifadəsi isə sıradan bir fiziki maneə yox, mistik və simvolik bir blokajı ifadə edir. Qapı xalq mədəniyyətində bəxtin, taleyin, yeni bir mərhələnin başlanğıcının rəmzidir.

Qapının açılmaması isə insanın qismətsiz qalması, toplum tərəfindən qəbul edilməməsi, həyat yollarının bağlanması, yəni uğursuzluğa düçar olması deməkdir. Burada qapı – yalnız məişət əşyası yox, liminal məkan – keçid nöqtəsidir. Qapının açılması bir dünya halından digərinə keçidi simvolizə edir: subaylıqdan ailəli həyata, uşaqdan yetkinliyə və ya yad birindən icma üzvünə çevrilmə. Bu baxımdan, qarğış yalnızca bir fərdi ifadə deyil, həm də toplumun kollektiv arzu və qorxularının ifadəsi, bir növ verbal tabu formasıdır. Arxaik düşüncədə sözlərin mistik gücünə inam güclü olduğundan, belə ifadələr yalnız hissin yox, istənilən sosial və kosmik nizamın pozulması çağırışı kimi də qəbul edilə bilər. Digər tərəfdən, bu qarğışın mifoloji qatında, qapının yalnız gəlin tərəfindən açılması bir növ qədim ana arxetipinin, yəni qadının yaradıcı, yol açan, taleyi müəyyən edən fiqurunun da təzahürüdür. Gəlin bu aktla yeni bir nəsil başlanğıcını simvollaşdırır. Bu mərasimdə onun rolu təkcə ailə üzvü olmaq yox, qapı açan, yəni taleyin yönünü təyin edən bir varlıq kimi qavranılır. Qarğışda isə bu rolun həyata keçməməsi istənilir – yəni qadın qismətsiz qalsın, tale yolu bağlansın. Beləliklə, “Səni görüm, öylərə gidif qapılar aşmiyəsan” ifadəsi həm ritual praktikası, həm də dil vasitəsilə kodlaşdırılmış mifoloji düşüncə sistemi baxımından dərin məna qatlarına malikdir. Bu qarğış folklorun emosional yük daşıyan, lakin eyni zamanda mədəni-mənəvi arxetipləri qoruyub saxlayan unikal bir nümunəsi kimi qiymətləndirilə bilər.

“Səni görüm qıvliyə bəy oturmayasan” - Bu qarğışda mərkəzi element olan “qıvliyə oturmaq” ifadəsi, sadəcə fiziki yönəlmə anlamı daşımır. Əksinə, qiblə istiqaməti türklərin islamdan əvvəlki və islam sonrası məkan və yön anlamlarında sakral (müqəddəs) bir yeri tutmuşdur. İslam dünyasında qiblə – Tanrı ilə rabitənin istiqaməti, dua və ibadət məkanı kimi qəbul olunur. Əgər bir şəxs “qibləyə oturdulursa”, bu, onun toplum içində müqəddəs bir statusa, yüksək hörmətə və mənəvi liderliyə sahib olduğunu göstərir. Xüsusilə Şəki bölgəsində bu adət "bəyin üzü qibləyə oturdulması" şəklində tətbiq olunmuş və ailə başçısının həm maddi, həm də mənəvi mərkəz olmasını simvollaşdırmışdır. Beləliklə, bu qarğışda “qıvliyə bəy oturmayasan” ifadəsi yalnız fiziki oturuş formasına deyil, ailə daxilində status qazanmaq, hörmət sahibi olmaq, mənəvi dayağa çevrilmək imkanının əlindən alınmasına yönəlik qarğışdır. Ev daxilində bəyin qibləyə oturdulması, onun ailənin "kosmik mərkəzinə" yerləşdirilməsi deməkdir. Bu, sadəcə hörmət əlaməti deyil, sosial-mistik iyerarxiyanın tanınmasıdır. Beləliklə, qarğışda həmin şəxsin bu mərkəzdən kənarlaşdırılması arzulanır. Yəni o, ailənin mərkəzi nöqtəsinə, ocaqbaşına, duanın yönəldiyi yerə oturmasın – sosial sistemin və sakral nizamın dışında qalsın. “Səni görüm qıvliyə bəy oturmayasan” – özündə həm: sosial funksiyanı (statusdan məhrum etmə), həm də mifik funksiyanı (duanın pozulması, ailə taleyinin qapanması) birləşdirir. Bu, arxaik dualist düşüncə sistemində mərkəzə qəbul və ya kənara atılma dilemmasıdır. Yəni bu qarğış, bir insanın həm ailə daxilində, həm də metafizik planda qəbul olunmamasını istəməkdir.

Şimal-qərb bölgəsindən toplanan alqış və qarğış örnəkləri, həmin bölgənin etnoqrafiyası, məişət strukturu, mifoloji inancları və qədim türk düşüncə tərzini özündə əks etdirir. Bu janrın özünəməxsusluğu ondan ibarətdir ki, burada real həyat hadisələri ilə simvolik və mifoloji dünyagörüşü vəhdətdə təqdim olunur. Şimal-qərb bölgəsinin folkloru ümumazərbaycan folklorunun özünəməxsus cəhətləriylə zəngin bir tərkib hissəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri