Icma.az
close
up
RU
525 ci qəzet Ana dilimiz: var olsun ki, var olaq!

525 ci qəzet Ana dilimiz: var olsun ki, var olaq!

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Günel MUSA

Dünyaya gələndən sonra qavradığımız ilk anlayışlardan, yiyələndiyimiz ilk imkanlardan biri dildir - ana dilimiz. Dil sayəsində düşüncələrimiz, mədəniyyətimiz, intellektimiz formalaşır. Bir sözlə, dil, xüsusilə də ana dili insanlar arasındakı rabitə də daxil olmaqla hər şeyin təməlidir. Bəlkə də bir-birimizi anlamaqda bu qədər çətinlik çəkməyimizin də əsas səbəblərindən biri öz dilimizin norma və qaydalarına uyğun danışa bilməməkdir. İnsanların bu qədər aqressiv, bədbin, dəymədüşər olması və hər şeyi səhv anlaması əsasən dilimizə hakim ola bilməməkdən qaynaqlanır. Fiziki zorakılığın belə təməlində özünüifadə bacarığının olmaması dayanır. Hətta araşdırmalar göstərir ki, öz ana dilinin qaydalarına uyğun şəkildə danışa bilməyən insanlar əcnəbi dil öyrənməkdə daha çox çətinlik çəkirlər. Öz ana dilində doğru yazıb danışmağı bacarmayan bir insan başqa dili necə öyrənsin axı?!

Son illər Azərbaycan dilinin "kirləndiyi" mövzusunda fikirlər səsləndirilir. Təbii ki, bu düşüncənin mərkəzində çox vaxt dilimizə daxil olan yad sözlər dayanır. Hətta bu minvalla dilimizin "kirlənərək" yox olması təhlükəsi ilə qarşılaşa biləcəyimizin proqnozunu verənlər də olur. Ancaq unutmamalıyıq ki, dil dəyişib inkişaf etməyə meyilli bir varlıqdır və demək olar ki, dilin "kirlənmədiyi" bir dövr olmayıb. Yad kəlmələrin dilə daxil olması dili "kirlətməz", onu yox olma təhlükəsi ilə qarşı-qarşıya qoymaz. Bunun ən gözəl örnəyi ingilis dilidir. İngilis dili günümüzdə dünyanın ən güclü və canlı dili hesab olunur. Ancaq bu dilin də söz boğçasına nəzər salsaq, görərik ki, dörddə biri german əsilli, qalanı isə fransız, latın və yunancadandır. Məntiqlə düşünsək, bu günə kimi yox olsaydı, elə birinci ingilis dili yox olmalı idi. Dilin yox olma təhlükəsini müəyyən edən meyarları UNESCO belə sıralayır: danışanların sayı, dilin nəsildən-nəsilə ötürülməsində fasilələrin olub-olmaması, dilin yayıldığı ərazilərin genişliyi və sair. Bu meyarlar müstəvisində baxdıqda görərik ki, Azərbaycan dili günümüzdə ən etibarlı və ənənəsini qorumağa müvəffəq olan türk dillərindən biridir. Dillərin bir-birindən söz alıb-verməsi təbii və qaçılmaz hadisədir. Dilçilərin fikrincə, dilə daxil olan alınma sözlər dili zənginləşdirir. Söz mübadiləsi dilin sintaksis strukturunda baş verən dəyişikliklər qədər təhlükəli deyil.

Bu gün dilimizlə bağlı əsas qayğılanmalı olduğumuz vəziyyət dilin degenerasiyaya məruz qalmasıdır. Sözlər yalnız cümlələrdə doğru işlənilən zaman məna və dəyər qazanır. Yəni "dil - səsli düşüncə, düşüncə isə səssiz dildir" deyə bilərik. Son 20 ildə sosial media istifadəçilərinin sayının artması ilə qarşımıza "bambaşqa" Azərbaycan dili çıxdı. Uzun illərdir bir çox sosial platformaların aktiv istifadəçisiyəm. Bu platformalarda məni ən çox məyus edən məsələlərdən biri də dilin doğru istifadə edilməməsidir. Sosial medianın, internetin günümüzdə bizə diktə etdiyi sürət, qismən də xalqımızın səbirsiz və həyəcanlı təbiətindən qaynaqlanan səbəblərdən ünsiyyət əsnasında qəribə ixtisarlara və əcnəbi sözlərə əl atılır. Məsələn: "salam"ı - slm, "oldu"nu - OK, "universitet"i - uni, "necəsən"i - ncsn, "üzr istəyirəm"i - sorry, "qardaş"ı - bro, "sevgilim"i - aşkım, "ərim"i - kocişim ilə əvəzləmək az qala adiləşib. Ən acınacaqlısı da insanların bu mövzuda bir-birindən təsirlənmələridir. Bu cür kəlmələri səmimi olduğumuz mühitlərdə, dost-tanış arasında zarafatyana işlətsək də, tədricən dilimizdə oturuşur və istifadəsi adi hal olmağa başlayır. Məhdud sayda bu cür sözlərə tez-tez müraciət etmək doğma söz boğçamızın da kasıblaşmasına səbəb olur.

Təbii ki, bu prosesdə günahkar təkcə sosial media deyil. Hətta təhsil müəssisələrində fəaliyyət göstərən Azərbaycan dili müəllimlərinin bir çoxu, professorların, akademiklərin, yazıçıların əksəriyyəti belə xətalarsız cümlə qurmaqda, yazı yazmaqda çətinlik çəkir. Dilimizin bu gün yaşadığı ən əhəmiyyətli problemlərdən biri də şübhəsiz ki, təhsildən qaynaqlanır. Məktəblərdə Azərbaycan dilinin tədrisinə kifayət qədər əhəmiyyət vermirik. Ana dilinin öyrənilməsində ədəbiyyatla yanaşı, təhsil ocaqlarının da (bağça, orta və ali məktəblərin) üzərinə məsuliyyət düşür.

. Ancaq çox maraqlı bir məqamdır ki, 70 il yad imperiyanın təsiri altında qalsalar da, o dövrdə insanlar Azərbaycan dilində daha səlis cümlələr qurur və dilimizin ənənələrinə sadiq qala bilirdilər. Xatırlayıram, rusəsilli bir ədəbiyyat müəllimimiz var idi. O qadın Azərbaycan dilində bəzi azərbaycanlılardan daha səlist və təmiz danışırdı. Çox maraqlı məqamlardan da biri budur ki, başqa ölkələrdən Azərbaycana gələn millətlər bu dili öyrəndikdən sonra, ləhcələri hiss olunsa belə, Azərbaycan dilində təmiz danışmağa daha çox diqqət edirlər. Çünki Azərbaycan dili ən azı fonetik baxımından olduqca gözəl bir dildir. Başqa bir nüans da Azərbaycan dilinə xas, doğma sözlərin zamanla unudulmasıdır. Bildiyimə görə, son orfoqrafiya lüğətimizə 90 minə yaxın söz daxil edilib. Lakin danışığımızda gündəlik istifadə etdiyimiz söz sayı 400-ə belə çatmır. Cəmiyyətimizdə gündəlik həyatda Azərbaycan dilində olmayan sözlərin daha çox istifadəsi, ziyalıların, ictimai şəxslərin, məmurların rus, ingilis, türk dillərinə meyl etməsi, öz aralarında, ailələrində Azərbaycan dilində danışmaması, əzbər görüb, əzbər düşünən nəsillərin yetişməsində əhəmiyyətli rol oynayır. Nəticədə öz tarixinə yadlaşmış, fikir sahibi olmayan və öz fəlsəfəsini yarada bilməyən, yaradıcılıq qabiliyyəti itmiş bir cəmiyyət meydana çıxır. Təəssüf ki, bunun ən ağır cəriməsini də yenə xalq ödəyir. Qədim Çin filosofu Konfutsi, "Sizə bir ölkəni idarə etmək təklif olunsa, ilk nə edərdiniz?" sualına "Mən ilk növbədə dildən başlayardım" deyib. Səbəbini isə belə izah edib: "Çünki dil qüsurlu olarsa, sözlər fikri doğru ifadə edə bilməz. Fikir doğru ifadə olunmasa, vəzifələr yerinə düzgün yetirilməz, vəzifələr düzgün yerinə yetirilməsə, adət-ənənə, mədəniyyət məhv olar. Adət-ənənə, mədəniyyət məhv olarsa, ədalət pozular. Ədalət olmasa, çaşqınlıq içərisinə düşən xalq nə edəcəyini, işlərin hansı həddə çatacağını bilməz. Ona görə də heç nə dil qədər vacib deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri