Icma.az
close
up
RU
525 ci qəzet Ana möhürbəndli taxta çıxmışdın

525 ci qəzet Ana möhürbəndli taxta çıxmışdın

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məzahir HÜSEYNZADƏ

Ana

Alnımda fikirlər damladır, niyə?

Elə damlanı da dərya sanıram.

Dizinə baş qoysam, ağrıdar deyə,

Ana, dizlərini qucaqlayıram.

Kədər bir ov kimi baxır oğluna,

Kədər ləşkərinə mən su yoluyam.

Su ilə gətirdin məni dünyaya,

Bəlkə ona görə üzü suluyam?!

Özünü alova, oda çaxmışdın,

Yanıb kül olmağa ehtiyacın yox.

"Ana" möhürbəndli taxta çıxmışdın,

Qızıl saçlı idin, qızıl taclı yox.

Qara paltarın da döndü ağ dona,

Bu ağ geyimin də mənə dərd olur.

İki gözlə tapmaq olmur, ay ana,

Səni axtarıram, gözüm dörd olur.

Deyəsən, üzümdən çəkilmişdi qan,

Rəngi avazıyan yolum uçurdu.

Çiynimə aldığım soyuq tabutdan

Mələklər yanına ruhun uçurdu.

Düşsəm nə mənası soyuq məzara,

Gözlərim qoruyur həndəvərini.

Bədənnüma daşın eynəkdi - qara

Sən bütöv görürsən nəvələrini.

Deyirdin, həmişə özünə küsən,

Başına yağmasın qaxış yağışı.

Hətta yadicəni görk etdin ki, sən,

Qohum uzaqlaşır, doğma yadlaşır.

Ölüm ağırlığı yüngül imiş çox,

Nisgilin yanında nə karə imiş?!

Gəlib, ev yiyəsi deyir, daha çıx,

Sənsiz qalan dünyam kirayə imiş.

Qara qaraltılar üz tutur gözə,

Mən bunu dərd çəkən dərdə yozuram.

Kədərin köhnəlmir, təzədir, təzə,

Sənə bu şeirimi təzə yazıram.

Tərs şillə

Fərman kişinin oğluna

İstiylə tərsləşdin, ay Osman lələ,

Ürək sərinlədən bulağın məndə.

Qızlar çimərlikdə üryandı hələ,

Gözün orda olsun, qulağın məndə:

Suya tökülüşüb huri-mələklər,

Mələklər göylərdə əzizlənibmiş.

Mələklər geyimi çevirsə əgər,

Görər ki, astarda üz gizlənibmiş.

İş elə gətirər, mərd namərd olar,

Amma ki təbərrik kökü qalacaq.

"Tərsimi həndəsə" dərsləri varsa,

"5" alsan , tərsinə " 2" olacaq.

Əlini əllərdən çəkəndə geri

İnanma, barmağın sayı gələ düz.

Yalandan yumşalar diş həndəvəri,

Kəlbətinsiz çəkir dişi dələduz.

Altında dərya var qaya qatların,

Tərsinə çevrilsə, su basar yeri.

Göylərə atılan bədöv atların

Geriyə dartınar üzəngiləri.

Dünyada nə qədər alim - nisbət var,

Dönüb, hamısına alim deyimmi?!

Heyrət abidəsi pramidalar,

Bizim su daşının tərsi deyilmi?!

Kimlər eylədilər bu il bildirki,

Nadanlar gül əkmir, əkir çayırı.

Tərslər il uzunu bilməyirlər ki,

Tərslik ayrı şeydir, höcətlik ayrı.

Görürsən, heç yerdə yarımır işin,

Adını qoyurlar "şeytan yarıdan".

İşi tərs aparan yetişməmişin

İşi düz yetişir rüşvət sarıdan.

Hər gün darı boyda böyüyür üşaq,

Bir ölçü sayılır yüz-yüz darı da.

Kösöv tərs qoyulsa, sönəndir ocaq,

Gümüş olacaqdır, qızıl qolu da.

Dərin dəryaların sükutu dərin,

Damcılar ələnər birdən güllətək.

Ağzının sözünü bilməyənlərin

Ağzının üstünə tərs bir şillə çək.

Görsün ki, qığılcım səpir gözləri,

Görsün ki, başından çıxan tüstüdür.

Təkcə şeir yazmır,

Yeri gələndə

Görsün ki, Osman da əldən istidir.

Zarafat

O getdi, dalınca getdi ruzusu,

Gedənə nə deyim, nə deyim gözəl.

Gedənin dalınca su atarlar, su,

Su atdı xəlbirin, ələyin gözəl.

Günlər öz hökmünü verir, sərt verir,

Xəbərin varmı ki, dərdin dərdləyir,

Sükutla doludur, harda gərdəyin

Boş qalıb yad evdə gərdəyin gözəl.

Sözü ağbirçəklər müdrik deyirlər,

Öyüdlər dövrəni dövrələyirlər.

Təzələr böyüyür, lələkləyirlər.

Köhnəlir süd kimi lələyin gözəl.

Ulduzlar gözünə endilər axşam,

Hanı yol yeriyən, hanı yol aşan,

Bəxtini açmağa "minik" tapmışam

Qoy onu əyləyim, əyləyim gözəl.

Hayıf sənə

Üzündə göz pənahım var,

Gözün gözü dəyib səni.

Yaxşı, mənim günahım var,

Ürəyim neyləyib sənə?

Bir gül əkdin, qızıl bitdi.

Budağında bülbül ötdü.

Allah səni gözəl etdi,

Tanrı gözəl deyib sənə.

Deyən hər şeyi dedimi,

Gizlinləri söylədimi?

Sevənin əl vermədimi?

Bəs kim oldu layiq sənə?!

Gələn gəlmir, birdəfəlik,

Gedən gedir həmişəlik.

Üzün oldu çilik-çilik,

İllər niyə qıyıb sənə.

Saydığını fələk sayıb,

Kövrək könlün quzulayıb.

Əkdilər bitmədi, hayıf,

Amma yenə hayıf sənə.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri