Icma.az
close
up
RU
525 ci qəzet Atama məktub

525 ci qəzet Atama məktub

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Salam, ata! Necəsən? Şükür, 89-da da yaxşısan. Yeni məhsulun - kitabın da bunu təsdiq edir. Yeni məhsulunu da maraqla oxudum. Daxili müzakirədən sonra qərara aldım ki, bu dəfə fikir bildirmək üçün dili yox, qələmi işə salım. Beləliklə, "Atama məktub" hasilə gəldi.

Yaşadığın ömür çərçivəsində həmişə Zamanın sınaqlarından, həyatın burulğanlarından çarpışa-çarpışa çıxmısan və heç zaman da təslim olmamısan. "Məğlubiyyət" sözü sənin üçün yaddır. Sən böyük hərflərlə yazılan İradən və Qələmin sayəsində çətinliklə də olsa, mürəkkəb və son dərəcə nahamar həyat yolunu qət etmisən.

Bu günlərdə mən sənin yeni ədəbi məhsulun olan "3 cüt ayaqqabı" kitabını oxudum. Redaktoru tənqidçi-publisist Firəngiz İdrisqızı, rəyçisi şair Eltun Türkel olan bu kitab, sənin kitab məkanında 53-cü sırada yer alır. Kitab həcmcə kiçik olsa da, "mizan-tərəzidə" mənəvi çəkisinə görə, xeyli ağır gəlir. Yəni məna yükü kitaba özünəməxsus bir çəki gətirib.

Annotasiyadan və digər qeyd-şərhlərindən bəlli olur ki, daim orijinal seçimlərin axtarışındasan və bu axtarışlar da zaman-zaman öz bəhrəsini verir. Sonuncu kitabını heç də təsadüfən "3 cüt ayaqqabı" adlandırmamısan. Həyatda və məişətdə insanlar tərəfindən, bəlkə də, adi qarşılanan geyim elementləri, əslində, sənin dərinliyə işləyən düşüncələrinə görə, orijinal bir obrazdır. Köhnə və cırıq paltolar, sürtülmüş və arxasına yamaq vurulmuş şalvarlar, qırıq kəmərlər, deşilmiş corablar, dabanı yeyilmiş və burnu aralanmış ayaqqabılar, əslində, maraqlı və düşündürücü hadisələrin mənbəyidir (hətta təzə olsalar belə). Onların hər biri öz sahibi üçün köhnə xatirədir və bir çox hadisələri yada salır. Baxmayaraq ki, Qərib Mehdi geyimdə hələlik papaq və ayaqqabı elementlərinə yer vermişdir. Yəqin ki, gələcəkdə məişət aləminə ictimai mənaları özündə ehtiva edən daha çox qələm səyahəti edəcək, onun "ədəbi qarderob"undan köhnə palto, dizi sürtülmüş şalvar və qolları süzülmüş pencəklər də "asılacaqdır".

Yazıçının bu tapıntısı kitaba qiymət baxımından tələbkar oxucunun marağına səbəb olur. Köhnə, altı qopmuş, yaxud təzə, laklı ayaqqabılardan bəhs etmək; onların yaratmış olduğu və yada saldığı həyatın hansısa bir anını təsvir etmək yazıçı qələmində, yəni novator ədəbi aləmində maraqlı yenilikdir. Bu ədəbi priyom və təcrübə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərində də uğurla istifadə edilmiş və inikas yaratmışdır. Sən özün də kitabında bu barədə xırda ştrixlərlə də olsa, bunları qeyd etmisən.

Hekayələrin məziyyəti nədədir? Kitabı oxuduqca adama elə gəlir ki, bir-birinə bağlı olmayan hadisələr eyni ssenarinin ayrı-ayrı epizodlarıdır. Odur ki, oxucuda maraq doğurur və hadisənin maraqlı sonluğunu növbəti epizodda axtarmağa çalışır.

Kitabın fabulası real hadisələr üzərində qurulmuşdur. Əziz ata, sən gənclik illərində, qələminin yenicə püxtələşən zamanlarında çox kasıb bir həyat tərzi sürmüsən. Bizi çox çətinliklə dolandırmısan. Bir cüt ayaqqabıya həmişə kəskin ehtiyacın olmuşdur. Bununla belə, sən daha çox mənəvi ehtiyacları ödəməyi üstün tutmusan.

Tərəddüdsüz olaraq, tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlunu, şair-dramaturq və yazıçı, fəxri diplomlar sahibi Zaur Quliyevi, həmçinin, Gəncə Regional Mədəniyyət İdarəsinin rəsi Vasif Cənnətovu "3 ayaqqabı kitabı"nın müsbət qəhrəmanları hesab etmək olar.

Bir dəfə sən rəsmi yığıncaqların birində iştirak edirmişsən. Səni çıxış üçün tribunaya dəvət edirlər. Bu barədə "3 cüt ayaqqabı" kitabında belə yazırsan: "Köhnə ayaqqabılarımın taq-turaqlı müşayiəti ilə tribunaya yaxınlaşdım. Hiss etdim ki, şux geyimli iştirakçılar başımdan çox, ayaqlarıma baxırlar. Sən demə, onlardan biri də şəhər mədəniyyət başqanı Vasif Cənnətov imiş..."

Bu hadisədən sonra Vasif Cənnətov işçisi ilə sənə təptəzə ayaqqabı göndərir. Bu, yardımdan çox, diqqətdir. Sən bu gözlənilməz sürprizdən heyrətlənirsən və şəhərdə diqqət mərkəzində olan bir rəhbər şəxsin hədiyyəsinə görə ona təşəkkür etməyi özünə borc bilirsən. Ona minnətdarlığını bildirəndə Vasif müəllim gülümsəyib deyir: "Ogünkü yığıncaqda mən də iştirak edirdim. Siz çıxış edəndə ayaqqabılarınız xoşuma gəlmədi. Rəngini itirmişdi. İnsanın xaricdə düşməni, daxildə istəməyini olur. Bildiyimə görə, bu sarıdan sizin də "qazancınız" az deyil. Bu halı unutmaq olmaz. Atalar sözüdür: "İnsanı geyiminə görə qəbul edib, ağlına görə yola salırlar. Sizdə tərəzinin bir gözü əyilir. Geyiminizə də diqqət yetirsəniz, tərəzinin hər iki gözü düzələr".

Bəli, söhbət təkcə çox geyinilmiş və rəngini itirmiş ayaqqabılardan getmir. Məsələnin əsas məğzi Vasif Cənnətov kimi səmimi bir cavan rəhbərin açıq qəlbliliyindədir. O, özünü çox sadə və təmkinli aparıb.

Ata, sənin papaq mövzusunda da ("5 papaq") kitabın var. İndi də oxucuların hüzuruna "3 cüt ayaqqabı" ilə gəlibsən. Papağın namus, qeyrət simvolu olduğunu bilirik. Bəs ayaqqabı? Yazılarından görünür ki, bu da rəmzdir. Vətən torpağını ilkin "öpən" ayaqqabılar olur.

...Təbii ki, belə hadisələr sənin qələmini həssas mövzulara bundan sonra da ruhlandıracaqdır. "Tapdanan və tapdayan ayaqqabılar". Bu fikrin açımı ictimai yükün ağırlığından xəbər verir...

Hörmətlə: oğlun və oxucun

Rövşən MEHDİYEV

23.12.2024-cü il

Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see235

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see199

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see198

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see197

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see196

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see195

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see193

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see191

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see188

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see188

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see184

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see180

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see175

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see175

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see171

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see170

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see170

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see166

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see166

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri