Icma.az
close
up
RU
İlham Əliyev böyük lider kimi idarəetmə tərzində hər zaman siyasi etika nümayiş etdirdi

İlham Əliyev böyük lider kimi idarəetmə tərzində hər zaman siyasi etika nümayiş etdirdi

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Uzun illər siyasətlə məşğul olub hadisələrin episentrində olanlar çox yaxşı bilirlər ki, Azərbaycanda dəyişiklik istəyən ciddi siyasi proseslərin fəlsəfi mahiyyəti əvvəldən yanlışlıq düsturu ilə ortaya atılıb. Narıncı inqilablarla siyasi qidalananlar, “ərəb baharı” siyasi terminini özünə bayraq edənlər və perspektivsiz siyasi ortamlar yaradanlar bütün bu metodların hamısı uğursuzluğa düçar oldular. Səbəbləri isə müxtəlif bəhanələrlə izah edildi: “inzibati resurs qoymadı”, “üstümüzə polis göndərirlər” və sair.
2003-cü ilin hadisələri yadınızdadır. Mən də həmin proseslərin tam mərkəzində olan bir şəxs kimi müşahidələrim əsasında bu gün də deyə bilirəm ki, həmin uğursuzluqlar siyasi təcrübənin və siyasi etikanın pozulmasından yaranmışdı. Siyasi təcrübə əlbəttə ki, siyasətdə önəmlidir, lakin bu təcrübədən düzgün yararlanmağa siyasi etika imkan verməlidir. Əks halda həmin təcrübə fayda vermir. Əslində siyasi etikanın mahiyyətinə gedən yol mənəvi dəyərlərin və normaların siyasi münasibətlər sisteminə tətbiqi ilə başlayır. Əgər biz bu dəyərləri siyasi sahəyə daşıya bilməmişiksə, onda siyasi münasibətlər mənəvi dəyərlərə uyğunlaşmır.
Siyasi etika demokratik inkişafın, rəqabətli siyasi mədəniyyətin məhsuludur. Uğursuzluq baş verəndə onu daxili məziyyətlərinin imkan verdiyi çərçivədə düzgün qiymətləndirib sonra doğru addım atmalıdır. Yoxsa öz səriştəsizliyini gizlətmək üçün dərhal qarşı tərəfi spekulyasiya etmək, günahlandırmaq uğursuzluğun əsas mahiyyətidir. Bizdə vətəndaş cəmiyyətinə böyük zərbə vuran amillər də məhz bunlar oldu. Cəmiyyətdə spekulyativ siyasi formalara aldananlar mülki münasibətlərdə geridə qaldı. Lakin ictimai şüurun formalaşmasına təsir edən insanlar təcrübədən düzgün yararlanıb siyasi etika ilə davranış nümayiş etdirə bilsəydilər, bu gün vətəndaş cəmiyyətimizdə tam başqa bir inkişaf, modernizasiya və müasir standartlara uyğun həyat strategiyası formalaşmış olardı. Çünki “prafenomen” fəlsəfəsinin siyasi mühitdə, dövlətçilikdə sadiqlik atmosferinin yaradılmasında xüsusi önəmi var. Hadisələri ilkin şəkildə dəyişdirmədən, təhrif etmədən ictimai şüura ötürə bilsəydik, bu gün başqa siyasi mənzərənin və fərqli siyasi floranın şahidi olacaqdıq. Yalanlar, ictimai rəyi çaşdırmaq, riyakarlıq, nəticəsizlikdən başqalarını günahlandırmaq bunlar hadisələrin mahiyyətinə aparan yol deyil. Başlanğıc nöqtə düzgün nəticə çıxarmaq və siyasi etikaya sadiq qalmaqdır. Lakin yanlış hesablamalar insanların ilk idrak reaksiyalarını zədələdi və bununla da həmin şəxslər öz siyasi kitablarını bağladılar.
Amma İlham Əliyev böyük lider kimi idarəetmə tərzində, dövlətçilik ritorikasında, Qarabağla bağlı qətiyyətində, dövlət məsuliyyətində qanunçuluğa sadiqliyində və diplomatik davranış standartlarının tətbiqində hər zaman siyasi etika nümayiş etdirdi.
İlham Əliyevin “prafenomeni” dövlətçilik yönümlü sərt diplomatiyası və suverenlik mərkəzli liderliyi özünü təkcə regionda deyil, bütün dünyada təsdiqlədi. Heç vaxt kimdənsə şikayətlənmədi, heç zaman uğursuz planlar qurmadı, etmədiyi məsələləri elan etmədi, xalqına qarşı heç vaxt qeyri-səmimi olmadı. Bütün nəticələrə birlikdə şahidlik etmişik, dəyərli soydaşlarım. Cəmiyyət siyasi liderlərdən təhlükəsizliyi, sabitliyi, qoruyucu və himayəedici obrazı gözləyir millətini qoruyan lider obrazını.
Qətiyyət göstərən, cəsarət, qəti qərarvermə, milli iddianı qoruma…
Dövləti modernləşdirən, müasir dünya standartlarına cavab verən model quran lider…
Bütün bu hadisələrə ədalətli qiymət vermək yalnız siyasi bilikləri və siyasi etikası olan şəxslərin bacardığı bir işdir. Onlar da İlham Əliyevi özünlərinə lider seçdi. Digərləri isə hələ də öz “liderləri” kimi bütün uğursuzluqlara ortaq olurlar.
Ramil Hüseynov, "Yeni XƏTT" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Noyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri