Icma.az
close
up
RU
Sakinlərə kompensasiya verilə bilər

Sakinlərə kompensasiya verilə bilər

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan yaxın illərdə enerji siyasətində mühüm dəyişikliklərə hazırlaşır. 

Yenilənmiş "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) sənədində ölkənin 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan tamamilə imtina etməyi planlaşdırdığı bildirilir. 

Bu məqsədlə yaşayış və qeyri-yaşayış binalarında qazla işləyən sistemlərin elektrik enerjisi ilə – xüsusilə də bərpa olunan enerji mənbələri ilə çalışan istilik nasosları və elektrik plitələri ilə əvəz olunması nəzərdə tutulur. 

Yeni yanaşma həm enerji səmərəliliyinin artırılmasını, həm də karbon emissiyalarının ciddi şəkildə azaldılmasını hədəfləyir. Hesabatda qeyd edilib ki, təbii qaz hazırda binalar üçün əsas enerji mənbəyidir: 

“2022-ci ildə yaşayış sektoru təxminən 4 milyard kubmetr, kommersiya, institusional və sənaye sektoru isə 0,5 milyard kubmetr qaz istehlak edib. 

Bu həcm ümumilikdə təxminən 10 milyon ton CO₂ ekvivalenti tullantıya səbəb olub və binaları ölkədə tullantıların 14 %-i ilə ikinci ən böyük mənbəyə çevirib”. 

Təbii qazdan imtina planı vətəndaşın xərcini artıra bilər. Bəs dövlət bunu necə tənzimləyəcək? 

“Cebheinfo.az”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, dövlət bu keçidi tənzimləmək üçün müxtəlif mexanizmlərdən istifadə edə bilər: 

“Təbii qazdan imtina planının həyata keçirilməsi üçün avadanlıqların alınması və quraşdırılması ilə bağlı subsidiyalar, aşağı faizli kreditlər və ƏDV güzəştləri tətbiq oluna bilər. Elektrik tariflərinə güzəştlər və sosial dəstək mexanizmləri vətəndaşın aylıq xərclərini yüngülləşdirər. 

Binaların elektrik infrastrukturunun gücləndirilməsi və təhlükəsizlik sistemlərinin təmin edilməsi kimi xərclər dövlət və ya inşaatçılar tərəfindən qarşılana bilər. Aztəminatlı ailələr üçün əlavə dəstək proqramları da mümkün variantlar arasındadır”. 

Akif Nəsirli qeyd edib ki, belə genişmiqyaslı enerji keçidini kompensasiyasız həyata keçirmək mümkün deyil: 

“NDC ("Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr") sənədində yalnız strateji məqsədlər göstərilir və hazırda rəsmi kompensasiya mexanizmi açıqlanmayıb. Lakin belə genişmiqyaslı enerji keçidi kompensasiyasız mümkün deyil və yüksək ehtimalla dövlət dəstək mexanizmləri tətbiq olunacaq. 

Keçid mərhələli şəkildə həyata keçiriləcək, məsələn, yeni tikililərdə elektrikləşmə məcburi olacaq, köhnə binalarda isə subsidiyalar və könüllü proqramlar vasitəsilə mərhələli keçid təmin olunacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: kompensasiya Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri