Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycan mahnıları oxumaq geridəqalmışlıqdırmı? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Azərbaycan mahnıları oxumaq geridəqalmışlıqdırmı? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:

- İTV-də yayımlanan "Səs Azərbaycan" yarışmasına baxdım axşam.

Səhnəyə çıxan çıxan xarici mahnı oxuyur.

Niyə?

Azərbaycan dilində, Azərbaycan mahnıları oxumaq geridəqalmışlıqdır?

Azərbaycan musiqisi çox zəngindir.

Bizim Üzeyir Hacıbəyovumuz, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Fikrət Əmirov, Tofiq Quliyev, Elza İbrahimova, Ələkbər Tağıyev say-say bitmir... müasir dövrün Aygün Səmədzadəsi, Cavanşir Quliyevi, Eldar Mansurovu, Faiq Sücəddinovu var...

Dayanmadan günlərlə Azərbaycan mahnıları oxusan bitməz.

Kim salıb bu gənclərin beyninə ki, xarici mahnı oxuyanda cool "müğənni" olacaqsan.

Əlbəttə, bir müğənninin xarici pop mahnıları mükəmməl şəkildə oxuması onun üstünlüyüdür. Amma sən Azərbaycan mahnıları oxuya bilmirsənsə, bu ölkədə heç kimə lazım deyilsən və heç vaxt da sevilən müğənni ola bilməyəcəksən.

Birinci öz folklorunu, öz mədəniyyətini, öz müsiqi sərvətini, öz milli kimliyini öyrən sonra get Bruno Mars oxu.

O Bruno Marsı dünyada səndən qat-qat yüksək səviyyədə oxuyan milyonlarla adam var.

Amma sən misalçün "Şükriyyə" oxusan, onu əla formada oxuyan azdı.

Heç olmasa baxın qonşu Türkiyədəki "O ses Türkiyəyə".

Necə öz musiqilərini sevirlər və sevərək oxuyurlar.

Bizdə kim səhnəyə çıxır ağzına əyə-əyə ingiliscə oxuyur.

Ay qardaş, ay bacı... sən belə düşüncə ilə, bu ifa ilə, bu yanaşma ilə maksimum Tarqovudakı PUB-larda axşamlar 100 manata oxuyacaqsan.

Sən Azərbaycan musiqisini bilməsən, heç vaxt bu ölkədə yaxşı pul qazana bilməyəcəksən, sevilməyəcəksən.

Əli İsa Cabbarov, rejissor:

- Çoxdandır Azərbaycan dilində televiziyada müsahibəyə baxmırdım. Azarkeş olmaya-olmaya "İdman TV"də Siyavuş Əliyevin Maşallah Əhmədovla müsahibəsinə baxdım. 1986-da "Neftçi"nin yaşadığı dramanı danışdı. Əhmədov jurnalistlərə dediyi sözü misal çəkdi, xoşuma gəldi, "siz futbola baxırsız, mən isə futbolu görürəm". Bir də dedi məşqdən çıxanda maykamızı sıxırdıq bir vedrə su axırdı...

Elxan Şahinoğlu, politoloq:

- Rusiya Prezidenti Vladimir Putin 3 ildir həbsdə saxladığı ABŞ səfirliyinin əməkdaşı Mark Foqeli niyə azad edib? Görünür, Putin bu yolla amerikalı həmkarı Donald Trampla dialoq körpüləri qurmaq istəyir. Halbuki Putin Co Baydenin "vətəndaşımızı azad edin" xahişlərini qulaqardına vururdu. Təsadüfi deyil ki, Ağ Evin hazırkı sahibi Putinin ABŞ vətəndaşını azad etmək qərarını yüksək qiymətləndirib. Yayılan xəbərlərə görə, Putin Rusiya həbsxanasında olan daha bir ABŞ vətəndaşını azad etməyə hazırlaşır. Putinin ABŞ vətəndaşlarını azad etməsi Trampın ölkə içində və xaricində mövqelərini gücləndirəcək. Trampın hədələrinin işlədiyi görüntüsü yaranıb. Bundan sonra Trampda Putini Ukraynada atəşkəsə razı salmaq inamı da güclənəcək.

Səadət Məmmədova, jurnalist:

- Ağdamda Xalq rəssamı Tokay Məmmədovun müəllifi olduğu Fərhadın heykəli bərpa olunur.

Bərpa işi Xalq rəssamı Hüseyn Haqverdiyevə həvalə olunub.

Rəssam deyib: "Həmin abidə Xalq rəssamı Tokay Məmmədova məxsusdur və onu da ermənilər dağıdıblar. Bilirsiniz, Qarabağda bərpa işləri gedir, sözügedən abidə də hazırda bərpaya cəlb olunub".

Asif Nərimanlı, jurnalist:

- Tramp-Putin danışıqları fonunda Ukraynanın ağrılı güzəştlərə məcbur ediləcəyi/buna cəhd edildiyi aydınlaşır. Trampın Putinlə danışıqların təfərrüatları haqda açıqlamaları da bu yöndədir və belə görünür ki, ABŞ Ukraynada Rusiyaya iki strateji güzəştə getməyə hazırlaşır.

Birincisi, Ukrayna ərazilərinin Rusiyaya verilməsidir: bunun hansı ssenari üzrə baş verəcəyi bəlli olmasa da, açıqlamalar müəyyən ehtimalları önə çıxarır.

Pentaqonun rəhbəri Pit Heqset Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldə keçirilən toplantısında bəyan etdi ki, müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlarda Ukraynanın 2014-cü il sərhədlərini bərpa edə biləcəyini gözləmək qeyri-realdır: "ABŞ Ukraynanı suveren və firavan görmək istəyir, lakin biz 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməklə başlamalıyıq. Bu illüziya ilə məqsədə çatmaq yalnız müharibəni uzadacaq və daha çox əzablara səbəb olacaq".

Vaşinqton Tramp-Putin danışıqlarından öncə mövqeyini açıqlamışdı. Ardınca Putinlə danışan Tramp da bəyan etdi ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması çətindir: "Bu, şübhəsiz ki, mümkünsüz görünür, çoxlu torpaqlar ələ keçiriblər. Bununla bağlı fikir bildirmirəm, lakin bir çox insan bunun mümkün olmadığını düşünür. Düşünürəm ki, o torpaqların bir hissəsi geri qayıdacaq".

Kiyevi güzəştə dəvət edən Vaşinqton Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsinin geri qayıdacağını da vurğulayır. Bunun blef olduğunu düşünmək çətindir, çünki Ukrayna hazırda nə qədər diktə edilən tərəf olsa da, ümumi konsensusun tapılması üçün onun da mövqeyi nəzərə alınmalıdır. Verilən açıqlamalardan ortaya çıxan versiyalar:

a) 2014-cü ildən öncəki sərhədlərə qayıtmamaq Krımın və Donbasın əvvəl işğal edilmiş hissəsinin Rusiyaya verilməsi deməkdir: bunun hansı formada - de-fakto, yoxsa de-yure olacağı sual altındadır, istisna deyil ki, Kiyev bu ərazilərdən de-yure imtinaya məcbur edilsin; Moskvanın şərtlərindən biri bu ola bilər;

b) danışıqlar masasında 2022-ci ildən sonra işğal edilmiş ərazilər müzakirə edilə bilər: Rusiyanın zəbt etdiyi ərazilərdən tamamilə çıxması ehtimalı azdır, hərçənd, Ukrayna ordusunun Kursku tərk etməsi qarşılığında "ərazi mübadiləsi" mümkün ssenarilərdəndir; Tramp "o torpaqların bir hissəsi geri qayıdacaq" dedikdə bunu nəzərdə tuta bilər;

İkincisi, Ukraynanın NATO-ya üzvlüyünün arxa plana keçməsidir: bunun qeyri-mümkün olduğu müharibədən öncə də məlum idi, lakin Rusiya bu bəhanə ilə hücuma keçdi, Bayden administrasiyası da Putinlə müharibədə bu məsələni aktual saxladı.

Tramp Pentaqon rəhbərinin bununla bağlı dediyi fikirləri dəstəkləyib. Bildirib ki, Ukraynanın NATO-ya üzv olması praktiki olaraq mümkün deyil. Bu, Rusiyanın müharibədən öncə ABŞ/NATO-ya təqdim etdiyi paket tələb-təklifində Ukraynanın Şimali Alyansa üzv olmaması müddəasının Vaşinqton tərəfindən qəbul edilməsi - ikinci güzəştidir.

Tramp və Putinin Səudiyyə Ərəbistanında görüşünə qədər razılaşma üzərində iş aparılacaq. Bunun Moskva-Kiyev razılaşmasından daha çox, Moskva-Vaşinqton razılaşması olacağı, Ukrayna məsələsinin anlaşmaya müddəa olaraq daxil ediləcəyi görünür. Və "nəzarət zonaları" üzərində qeyri-rəsmi razılaşmanın olması da istisna edilməməlidir. Bu görüşə qədər ABŞ Trampın da dediyi kimi, "Ukraynaya yardım göndərməyə davam edəcək", məqsəd Rusiyanın danışıqlar ssenarisindən kənara çıxmasını önləməkdir.

Rəsmi Kiyev danışıqlarda tərəf kimi de-fakto arxa planda qala bilər. Əslində Trampın öncə Putinlə danışması/razılaşması, daha sonra Zelenskiyə bunu diktə etməsi çox şeyi ifadə edir.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Uşaq bağçalarının valideynlərdən tələb etdikləri daha bir sənəd rəqəmsallaşıb.

ETN ilə TƏBİB arasında əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sənəd dövriyyəsinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb.

Artıq uşaq bağçalarına qəbul zamanı tibb müəssisələri tərəfindən elektron şəkildə təqdim edilən sağlamlıq haqqında tibbi arayışlar birbaşa "Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu" elektron sisteminə ötürüləcək.

Arayış valideynin şəxsi kabinetində və qəbul olunduğu bağçanın inzibatçı kabinetində əks olunacaqdır.

Yəni bu elektron arayışı yenidən kağıza çevirib bağçaya fiziki şəkildə təqdim etməyə ehtiyac qalmır.

Rahatlıq, şəffaflıq, xərclərin azaldılması və kağızdan imtina baxımından mühüm bir addımdır.

Yeri gəlmişkən, uşaq bağçalarına qəbulla bağlı Qaydalara baxanda hələlik orada digər kağız sənədlərin tələb olunduğu da görsənir.

Hansı ki, diqqət etdikdə görünür ki, orada tələb olunan kağız sənədlər siyahısı artıq öz əhəmiyyətini itirib. Həmin sənədlər ETN sistemində mövcuddur, yaxud da onun inteqrasiya olunduğu qurumlardan real vaxtda generasiya oluna bilir.

Ümid edirəm ETN "2024/2025-ci tədris ili üzrə dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına dair TƏLİMAT"a yenidən nəzər salacaq.

Uşaq bağçaları üçün tibbi arayışları rəqəmsallaşdıran komandaya, əməyi keçənlərə təşəkkürlər !

Mir Səməd, bloger:

- İndi oxuyuram ki, təhsildə bir sıra yeniliklər tətbiq olunacaq. Onlardan biri:

- Bakıda valideynlər "SİMA" vasitəsilə öz uşağını məktəbdə onlayn izləyə biləcək.

Uşaqların gözləri bərələ qalıb. Deyirlər, evdə nəzarət vardı, indi məktəbdə də olacaq?!

Şəxsən mən buna ikiəlli "hə" deyirəm. Bəlkə dərslərin yüksək səviyyədə keçirilməsinə də pozitiv təsir etdi?

Fərid Pərdəşünas, texnobloger:

- Rus evinin yerində yaxşı bir Rus hamamı açsalar, əla olar. Heç olmasa insanlar üçün faydalı olar, arada gedib, istirahət edərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see126

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see126

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see123

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see123

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see120

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see120

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see116

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see115

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see114

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see113

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see113

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see112

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri