Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Tramp Harvarda 30 gün vaxt verdi

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

525 ci qəzet Azərbaycan üçün əhəmiyyətli İran səfəri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Azərbaycan üçün əhəmiyyətli İran səfəri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rövşən Məmmədov, AzTV-nin sədri:

- Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il Gənclər üçün Prezident mükafatı ilə təltif edilənlər sırasında Məhərrəmova Şövkət Fikrət qızı da var. Hazırda o, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Xüsusi Layihələr Studiyasının direktor müavini və rejissoru, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının müəllimidir.

Bundan başqa, Şövkət, bir çox televiziya verilişlərinin və filmlərin quruluşçu rejissorudur. Filmləri ölkədaxili və xaricində müxtəlif festivallarda iştirak edib və mükafatlar qazanıb.

Şövkət Məhərrəmova və onun timsalında Prezident mükafatı ilə təltif olunan bütün gənclərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Yadigar Sadıqlı, ictimai fəal:

- 31 yanvar 2001-ci il, "Japan Airlines" (JAL) aviaşirkətinə məxsus iki təyyarə cüzi fərqlə toqquşmadan yayınır.

Göyərtəsində 16 heyət üzvü olmaqla 427 nəfər olan "Boeing-747" təyyarəsi saat 15:36-da Tokionun Haneda hava limanından qalxdı. O, ölkədaxili 907-ci reyslə Naha hava limanına uçurdu. "Douglas DC-10" təyyarəsi isə beynəlxalq reys yerinə yetirirdi. 958-ci reyslə Cənubi Koreyanın Pusan şəhərindən Tokionun Narita adlı başqa hava limanına uçan təyyarənin göyərtəsində 13 heyət üzvü olmaqla 250 nəfər vardı.

İnsident öncəsi "Boeing" 11700 metr, DC isə 11100 metr hündürlükdə uçurdular. Təyyarələr Suruqa körfəzi üzərində eyni nöqtədən 600 metr hündürlük fərqi ilə keçməli idilər.

Amma dispetçerlik təcrübəsi keçən 26 yaşlı Hideki Haçitaninin və onun rəhbəri Yasuko Momiinin səhvi üzündən qəza vəziyyəti yarandı.

Əvvəlcə dispetçer hər ehtimala qarşı DC-ni daha 600 metr aşağı endirmək istədi. Amma bu zaman çaşdı və mikrofona "JAL-958" əvəzinə "JAL-907" dedi. Yəni "Boeing"ə 600 metr aşağıya, düz DC uçan mərtəbəyə enməyi əmr etdi.

Təhlükəli vəziyyət yarandığını görən rəhbər Yasuko Momii müdaxilə etdi və "957, yuxarı qalxın" komandası verdi. Amma o da səhvə yol vermişdi, təyyarələrdən heç biri 957 deyildi, biri 907, digəri 958 idi. Ona görə də bu əmri kimsə yerinə yetirmədi.

Bu zaman hər iki təyyarədə toqquşmadan yayınma sistemi - TCAS işə düşdü. Sistem "Boeing"ə yuxarı qalxmağı, DC-yə aşağı düşməyi əmr edirdi. DC pilotu sistemin göstərişinə əməl edərək aşağıya endi. Amma "Boeing" pilotu da TCAS-ı iqnor edərək dispetçerin göstərişi ilə aşağıya enməkdə davam etdi. Nəticədə təyyarələr eyni hündürlükdə uçmaqda davam etdilər və qəza vəziyyəti yarandı.

Xoşbəxtlikdən həmin gün aydın hava vardı və görmə məsafəsi böyük idi. Saat 15:56-da "Boeing"in pilotu soldan üzərinə gələn DC-ni gördü və şturvalı var gücü ilə irəli verərək təyyarəni dərhal aşağıya saldı. Təyyarələr eyni nöqtədən keçəndə onların hündürlüyü arasındakı fərq 100 metrdən az idi.

İnsident anında "Boeing" stüardları sərnişinlərə içkilər təklif edirdilər. Təyyarənin qəflətən aşağıya baş vurması üzündən iki araba aşdı, qaynar mayedən yananlar oldu. Bundan əlavə, bir çox sərnişin oturacaqlarından çıxıb irəliyə uçdu. Nəticədə 9 nəfər ciddi, 91 nəfər yüngül xəsarətlər aldı. DC-də xəsarət alan olmadı və o, yoluna davam edərək Naritada endi. "Boeing" isə Hanedaya qayıdaraq qəza enişi etdi.

Məhkəmə Hideki Haçitanini və Yasuko Momiinin günahkar bildi və onları müvafiq olaraq 12 və 18 ay həbsə məhkum etdi. Lakin hər iki hökmün icrası 3 il təxirə salındı. "Boeing"in pilotu Makoto Vatanabe günahkar bilinmədi, çünki o zaman təlimatlarda TCAS göstərişlərinin prioritet olması göstərilmirdi. Yalnız bu hadisədən və 2002-ci ildə başqırd uşaqların da uçduğu təyyarənin Almaniya səmasında toqquşmasından sonra ICAO (Beynəlxalq mülki aviasiya təşkilatı) təlimata aydın şəkildə yazdı ki, belə hallarda TCAS göstərişlərinə əməl edilməlidir.

1977-ci ildə Tenerife adasında iki təyyarənin uçuş zolağında toqquşması nəticəsində baş verən qəza indiyə qədər ən ölümcül (583 nəfər) aviasiya qəzası sayılır. Göyərtələrində 677 nəfər olan iki yapon təyyarəsi bu məşum rekordu yeniləməyə çox yaxın idilər.

Asif Nərimanlı, jurnalist:

- Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha iki il - 2027-ci ilin 19 fevral tarixinə qədər uzadılıb. Bu, 17 maddəlik sülh sazişi mətnindəki "üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması" müddəasının İrəvan tərəfindən yerinə yetirilməməsi - imtina edilməsi deməkdir. Və sülh sazişinin imzalanmasını növbəti dəfə sual altına salır.

Hərçənd, Aİ qüvvələrini sərhəddə saxlayan Ermənistan iki istiqamətdə səylərini artıracaq.

Birincisi, sülh sazişinin razılaşdırılmış 16 maddə üzrə imzalanmasını aktuallaşdıracaq;

Paşinyanın Bakıya ünvanladığı açıq təkliflərdə "90 faiz razılaşdırılmış sənədi imzalamaq" qeydi də yer alırdı və rəsmi İrəvan bununla Bakını "sülhdən yayınan" tərəf kimi təqdim etməyə çalışır. , 2025-ci ildə də sülh sazişi danışıqlarında tərəflərin uzlaşma imkanları geniş olmayacaq.

 "Razılaşdırılmış maddələr" mövzusunu davam etdirən Ermənistan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsi məsələsini də "üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması" tələbi ilə əvəzləməyə çalışacaq.

İkincisi, Aİ qüvvələrinin fəaliyyətini sərhədin delimitasiyası ilə eyniləşdirməyə çalışacaq;

Ermənistan təklif edir ki, Aİ missiyasını sərhədin delimitasiya edilmiş hissəsindən çıxarsın. Bu, həm Bakının tələbi qarşısında kontr-tələbdir, həm də delimitasiyanı öz maraqlarına uyğun reallaşdırmaq cəhdidir: Bakı "üçüncü ölkələrə məxsus qüvvələri" sərhəddə istəmirsə, bütün delimitasiyanın Ermənistanın maraqlarına, mövcud prinsiplərə uyğun aparılmasını sürətləndirməlidir, əks təqdirdə, "müşahidə missiyası"nın fəaliyyətini tələb kimi qoymamalıdır.

Görünür, 2025-ci ildə də sülh sazişi danışıqlarında tərəflərin uzlaşma imkanları geniş olmayacaq.

Mir Səməd, bloger:

- Qulaq gündə təzə bir söz eşitməsə kar olar.

İndicə bir feysbuk dostumdan xəbər aldım ki, Türkiyədə "Cücələrim" mahnısı dinləyənlərdə vəhşət, qorxu yaradır.

Səbəb isə odur ki, cücə sözü onlarda liliput deməkdir.

Ay mənim liliputlarım, lap olsun da elə, bəs niyə qorxmaq.

Elxan Şahinoğlu, politoloq:

- Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və Tehranda qonşu dövlətin rəsmiləri ilə görüşləri davam edir. Bu səfər bir neçə səbəbdən Azərbaycan üçün əhəmiyyətlidir. Birincisi, Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusuyla münasibətlərdə gərginlik istəmir, ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. İkincisi, Ermənistanın mövqeyinə görə, Zəngəzur dəhlisi yubandığına görə, Azərbaycan İran ərazisindən - Araz çayının sahili ilə keçən dəhlizə əhəmiyyət verir. Çayın üzərində körpünün inşası bitmək üzrədir. İran üzərindən dəhlizin qısa müddətdə işə düşməsinin bölgə ölkələri üçün faydası olacaq. Bunu Tehran da anlamamış deyil. Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ-la münasibətlərinin İrana qarşı yönəlmədiyi dəfələrlə deyilsə də, bu, Tehranda təkrarən iranlı rəsmilərin diqqətinə çatdırılıb. Dördüncüsü, rəsmi Bakı mötədil Prezident Məsud Pezeşkianla normal əməkdaşlığa ümid edir. Pezeşkianın da Azərbaycanla əməkdaşlığa marağı var. Mümkündür ki, Tehrandakı danışıqlarda iki ölkə Prezidentinin yaxın müddətdə görüşünün təşkili barədə də fikir mübadiləsi aparılıb.

Bu sadalanan müsbət məqamlara baxmayaraq, İranın mühafizəkar və dini dairələri növbəti antiazərbaycan təxribatları ilə əldə edilənlərin üstündən yenə xətt çəkə bilərlər. Hər dəfəsində belə olur, iki ölkənin rəsmiləri və diplomatları görüşür, tərəfdaşlıqdan və ortaq layihələrdən danışırlar, üstündən bir müddət keçdikdən sonra əyalət mollalarından biri və ya SEPAH generalı Azərbaycanı hədəf götürən açıqlama verir, İran dövlətinin nəzarətindəki televiziya kanalları, agentlikləri və saytları bunları yayımlayır, nəticədə müsbətə doğru irəli sürülən təşəbbüslər yarımçıq qalır.

Səadət Məmmədova, jurnalist:

- "Bizim məhlənin uşaqları" bu sezon bizi məyus etdi.

"Qarabağ" FK Avroliqa ilə vidalaşdı, ən çox qol buraxan komanda kimi də siyahıda axırıncı yerdədir. Daha öncəki 2 ildə göstərdiyi parlaq performansdan sonra bu geriləmək bütün azarkeşlər kimi, məni də üzür....

Juninyo getdi, Benzia da getmək üzrədir... Elə bir-bir gedirlər... Yerdə qalanlar da az qala mən axşam parkda qaçan kimi qaçırlar...

Ümid edirəm və inanıram ki, klub rəhbərliyi bu böhranlı vəziyyətdən çıxmaq üçün növbəti mövsüm üçün bütün zəruri addımları atacaq.

Mən həmişə, hər halı ilə komandamın yanındayam. Səndən gözlətimizi, sənə olan etimadımızı doğrult, "Qarabağ" FK.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri