Icma.az
close
up
RU
525 ci qəzet Qazın uşaqlar, qazın! So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Qazın uşaqlar, qazın! So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sahib Məmmədov, hüquq müdafiəçisi:

- Trampın hədəflərindən biri də Ermənistanın təzəcə üzv olduğu Beynəlxalq Cinayət Məhkəməsidir (İCC). Tramp bu quruma sanksiya tətbiq etməyi planlaşdırır. Sanksiya təşkilatın özünə, hakimlərə və prokurora tətbiq edilə bilər. BCM İsrail Baş naziri və keçmiş müdafiə nazirinə qarşı müharibə cinayətləri törətməklə bağlı cinayət işi açıb. Trampı qəzəbləndirən də əsasən budur. Onsuz da ABŞ bu məhkəməni mənasız bir quruma çevirmişdi. Dünyanın 150-yə yaxın ölkəsi ilə (o cümlədən Azərbaycanla) ikitərəfli müqavilə bağlayaraq müharibə cinayətləri törətməkdə təqsirləndirlən ABŞ vətəndaşlarına münasibətdə məhkəmə ilə əməkdaşlıq etməməyə razılaşmışdır. Yəni bu ölkələr müharibə cinayətində təqsirləndirlən ABŞ vətəndaşlarını saxlayıb məhkəməyə təhvil verə bilməz. Dünyada baş verən müharibə cinayətlərinin isə 96 faizini məhz ABŞ vətəndaşları törədir.

Fərid Pərdəşünas, texnobloger:

- 5 ildir Amerikaya gedib-gəlirəm, bir neçə ştat, çox sayda şəhər gəzmişəm. Son səfərimdə 1000 mildən çox məsafə maşın sürmüşəm. Hər dəfə məni təəccübləndirən detal yolda polis görməməyimdir. Nəinki polis, uzaq səfərlərdə radar, kamera da yoxdur.

Çox götür-qoy etmişəm ki, necə olur ki, bu qədər miqrantın yaşadığı bir ölkədə misli görülməmiş bir sürücülük mədəniyyəti var. Kimdən soruşursan deyir ki, burada sürücülük vəsiqəsinə baxan yoxdur, rahat ol, sür getsin.

Tək təəccüb doğuran məsələ bu deyil. Kiçik cinayət və dələduzluqlara da eyni qayda aiddir. Polis yoxdur. Kamera yoxdur. Elə bilirsən nəzarət yoxdur.

Amma sadəcə elə bilirsən. Amerika çox fərqli bir unikal sistem qurub. İctimai nəzarət, hüquq və ağır cəza. Bu zəncirdə 1-ci tərəf hamını polis edir. İnsan gözləri də kamera kimi istifadə olunur. İctimai nəzarət sanki ana nəzarət sistemidir. Qonşu səs edir? - Şikayət. İçkili maşın sürür? - Şikayət. Başqasının profilində taksi sürür? - Şikayət. Yanlış park edib? - Şikayət.

Bizim cəmiyyətdə "işverənlik" kimi tanınan bu sistem üzərində nər boyda Amerika dayanıb. Görməsən, yaşamasan, bunu təsəvvür edə bilmərsən. İctimai nəzarətin nə qədər əhəmiyyətli, nə qədər güvənli olduğunu anlayırsan.

Və vay halına ki, səndən edilən şikayət doğru ola. Bundan sonra zəncirin digər halqaları işə düşür.

Xaqani Səfəroğlu, jurnalist:

- Tramp ABŞ-nin 47-ci prezidenti oldu, "Amerikanın qızıl dövrü" başlanır dedi.

Çıxşını dinlədim.

Tramp Amerikanın daxili problemlərini əsas prioritet kimi qeyd elədi. Miqrantlar üçün çətin günlər gözlənilir. Meksika sərhədində fövqəladə vəziyyətin elan edilməsi və ordu yeridilməsi daxili həyatın ən çox dartışılan mövzusu olacaq.

Tramp miqrantlarla bağlı çox acıqlı mesaj verdi.

Onun çıxışını ayaq üstə alqışladılar. Bu, miqrant məsələsinin necə ciddi problem olmasına işarə idi.

Tramp Amerika neft və qazına "yaşıl işıq" yandırdı: "Qazın uşaqlar, qazın" - Trampın bu sözləri əslində qarşıdakı neft bazarı üçün böyük sürprizlər vəd edir.

Trampın çıxışında solçu detallar da diqqət çəkdi: Amerikanın qurucları sırasında əli qabarlı fəhlələrin, kəndlilərin, sadə insanların olduğunu dedi. Bu sözlərin fonunda Trampdan arxada duran milyarder İlon Mask, Bezos və digərlərinin görüntülərindən korporasiyaların hökm edəcəyi bir dövrün mesajını da anlamaq çətin deyildi.

Tramp çıxışında ABŞ-nin 25-ci prezidenti olmuş Uilyam Mak Kilnlinin adını xüsusi olaraq çəkdi və onun Amerikanın rifahı üçün çox işlər gördüyünü vurğuladı.

Uilyam Mak Kinli 1897-1901-ci illərdə prezident olub. Onu 20-ci əsrin ilk ABŞ prezidenti hesab edirlər. Mak Kinli həmçinin Vətəndaş müharibəsində döyüşmüş sonuncu prezident olub.

Bəs Mak Kinli nə üçün Trampın yadında qalıb?

İlk növbədə yürütdüyü oxşar siyasəti ilə...

O da yüksək rüsumlar və "qızıl standartı"nın tətbiqi ilə Amerikanın rifahını yüksəltmək xəttini yürüdüb, ABŞ-nin hər hansı xarici müdaxilələrinə qarşı çıxıb.

Qəribədir ki, Mak Kinlinin  prezidentliyi imperializm və proteksionizmin çiçəkləndiyi bir dövr olub.

Onun zamanında -1898-ci ildə ABŞ Kubanı, Filippini, Puerto Rikonu, Havayı işğal edib. ABŞ Monro Doktrinasından imtina edib.

Mak Kinliyə baxanda Trampın bir məsələdə bəxti gətirib. Mak Kinlini 1901-ci ilin sentyabrında güllə ilə öldürdülər, o isə ötənilki sui-qəsddən sağ qurtula bildi.

Tramp çıxışında Allah tərəfindən Amerika üçün hifz edildiyini dedi.

Bütün bu yarı-şou, yarı-romantik və yarı-utopik çıxışın son akkordu Trampın "Marsa gedəcəyik, orada ulduz stansiyasını quracağıq" deməsi idi.

Bu mesaj əslində dünya üçün hansı prioritetlərin seçilməsinə bir işarə idi. Tramp öz çıxışı ilə ABŞ-nin bütün dünya üçün əsas idarəçi olmaq iddiasını nümayiş etdirdi.

Benjamin Franklin deyirdi: "Sözlər fikri ifadə edər, niyyəti göstərən davranışlardır".

Trampı dinlədik, indi davranışlarını gözləmək qalır.

Asif Nərimanlı, jurnalist:

- Donald Tramp ABŞ-nin 47-ci və Klivlenddən sonra yenidən hakimiyyətə qayıdan ikinci prezident kimi and içdi. Və mesajlarını verdi. Trampın dövründə mümkün gözləntilər nələrdir?

- Amerikada kontinentalizmin ön plana çıxması;

- Avropada ultra-sağın güclənməsi, Ukrayna müharibəsi fonunda bölünmələr və siyasi böhranlar;

- NATO daxilində mümkün mübahisələrin yaşanması;

- Yaxın Şərqdə proseslərin İran ətrafında fokuslanması;

- Uzaq Şərqdə və müxtəlif coğrafiyalarda Çinlə qarşıdurmanın güclənməsi, Rusiya ilə məsafəli təmaslar və qeyri-rəsmi müstəvidə olsa belə əməkdaşlıqlar;

- Dünyada liberalizmin daha da zəifləməsi;

- Və kosmik yarışın güclənməsi;

Trampla birlikdə ABŞ-da olduğu kimi, dünyada da yeni dövr başlanır.

Elxan Şahinoğlu, politoloq:

- Bəlkə də ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik. Donald Tramp Amerikanın siyasi ənənələrini dağıtmaqda davam edir. Tramp andiçmə mərasimində arxasında oturan artıq keçmiş prezident Cozef Baydenin adını çəkmədən onun qərarlarını yıxdı-sürüdü. Çoxlarını düşündürən sual budur: Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcək? Misal üçün Ağ Evin yeni sahibi Panama dövlətini ərazisindəki kanalı ABŞ-a təslim verməsini necə təmin edəcək? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu ora göndərəcək? Və ya andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir? Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi. Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır. Tramp müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq və bunu xarici siyasətdə qələbəsi kimi təqdim edəcək. Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı Prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər.

Qulu Məhərrəmli, professor:

- Bu gün "Sinema-klub"da ("Park bulvar") Naxçıvan TV-nin çəkdiyi "Sədərəkdən Şuşaya" adlı sənədli filmə ictimai baxış oldu. Düzü, əvvəldə pafoslu patetik bir film olacağını düşünürdüm, amma nə yaxşı ki, təsirli bir ekran əsəri gördük. Filmin qəhrəmanı olan tibb bacısı, 3 körpə uşağını qoyub Sədərək cəbhəsinə (18.01.1990) yollanmış Nəzifə Qaybalıyevanın həyat hekayətinin təsirli və inadırıcı dramaturji epizodlarla verilməsi filmin baxımlılığını xeyli artırmışdır.

Tamaşaçıların bir çoxunun göz yaşlarını saxlaya bilməməsi filmin təsir gücünü göstərirdi. Yaradıcı heyətin (ssenarist, rejissor, operator, montajçı və s.) işini çox bəyəndim. Bu sənədli TV filmi həqiqi yaradıcılıq uğurudur.  Həmkarlarımızı ürəkdən təbrik edir və daha böyük uğurlar arzulayıram!

Sevda Sultanova, kinotənqidçi:

- ITV-də yayımlanan, Rüfət Şahbazovun çəkdiyi, Amiran Babayevin prodüseri olduğu "Mən, Lalə, bir də Şerlok Holms" serialının dörd bölümünə maraqla baxdım. Çox keyfiyyətli, maarifləndirmə diskursunu dramaturji materialda istedadlı, əyləncəli, yumorla, dramatik elementlərlə ifadə edən uşaq serialıdır. Bu serial, "maarifləndirmək - yaradıcı materialda necə tətbiq olunmalıdır" sualına savadlı cavablardan biridir.  Birinci bölümdən dərhal sonra ssenaristlərin kimliyini axtardım. Ssenaristlərdən biri Tural Sevdimalı istedadlı insandır, bəzi işlərini görmüşəm. Amma digər ssenarist Vüqar Hüseynovun yaradıcılığına daha yaxşı bələdəm, bir neçə dəfə ssenari mövzusunda söhbətlərimiz olub. Vüqar intellektual, maraqlı və hətta deyərdim, orijinal ideyaları olan ssenaristdir. Bütün yaradıcı heyəti təbrik edirəm, serialla bağlı geniş məqaləm olacaq. OYUQ studiyasının yetirməsi, Saida Haqverdiyevanın tələbəsi Aylin Nəcəflinin oyununa heyran oldum. Qısası, əsas məsələ "Hollivud" deyil, əsas məsələ yaradıcı münasibətdir, baxışdır. İTV-nin rəhbəri Balakişi Qasımova xüsusi təşəkkürlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri