Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

525 ci qəzet Dəryada balıq sevdası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Dəryada balıq sevdası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aydın Quliyev, jurnalist:

- Trampın dünya düzəni üçün təhlükəli bəyanatlarından biri "Qəzzanı Amerikanın idarəçiliyinə verin və biz oranı yenidən quraq" deməsidir. Bu, əslində Natenyahunun Qəzzanı ilhaq etmək planlarının başqa formada davamıdır. Onsuz da 1947-dən başlayaraq milyonlarla fələstinli bütün regiona səpələnib. 4 milyonu İordaniyadadır, 1.5 milyon Livandadır, Suriyada, Misirdə və başqa ölkələrdə də var. Yeganə toplum olaraq yaşadıqları yer Qəzza və Batı Şeriya deyilən İordan çayının qərb hissəsidir. Qəzzadan 2 milyona yaxın insanı harasa köçürüb Amerikaya vermək istəyirlər ki, Amerika oraları bərpa eləsin. Əcəb iş imiş.... ABŞ belə bərpa edəndirsə, niyə əvvəlcə yanğınların 160 milyard dollar ziyan vurduğu Los Ancelosu bərpa etmir?.. Qəzzada bir "Amerika koloniyası" yaratmaq istəyi deyilmi bu? Qəzza neçə ilə bərpa olunacaq? Bu illərdən sonra qəzzalıları səpələndikləri qonşu dövlətlərdən kim toparlayıb yenidən Qəzzaya qaytaracaq?...

Yox, Trampla Natenyahunun son Qəzza planı "dəryada balıq sevdasıdır"....

Müsəllim Həsənov, jurnalist:

- BİLİRDİNİZMİ

...ki, bir dəli quyuya daş atanda nə baş verir?

İndi dünyada qeyri-adi proseslər gedir. Amerikanın yeni prezidenti yeni dünya qaydaları icad edir. Süni intellekt aləmi vurub bir-birinə... Hardasa kosmik fəzanı bölüşdürmək planları cızılır, uzaq planetlərə kosmik gəmilər göndərmək yarışı başlayıb...

AZAL-ın təyyarəsini vuranlar yaxasını kənara çəkmək üçün min bəhanə uydururlar...

Bizim cəmiyyət (sosial şəbəkələr) nəyi müzakirə edir?

Səməd Vurğun yaltaq olub, yoxsa yox?

Ayıbdı...

Vallah ayıbdı...

O mövzuda müsahibə verəni, nağıl danışanı başa düşdük. İnsan qocalıb, nə dediyinin fərqində deyil!

Bəs onun dediyi cəfəngiyyatı yayanlar?

Bu mövzunu gündəmdə saxlayanlar?

Niyə M.Ə.Sabirin, Mirzə Cəlilin rahat uyumasına imkan vermirsiniz?

Biz hara gedirik?

P.S. Həmin cəfəngiyyatı danışanın şəklinin S.Vurğunla yanaşı tirajlanması isə bir başqa dərddir...

Firuz Mustafa, yazıçı:

- Dostum Əlisa Nicat müsahibə verib deyir ki, SSRİ EA-da 200 erməni akademiki, 100 gürcü akademiki olub, orada bir nəfər də azərbaycanlı olmayıb...

Bilmirəm bu "faktı" o, haradan götürüb. Gerçəklikdə isə həmin akademiyanın 300-dən bir qədər artıq üzvü olub. Belə çıxır ki, orada erməni və gürcüdən başqa digər xalqların nümayəndəsi olmayıb... Təbii ki, bu, uydurma bir söhbətdir. Bizlərdən iki nəfəri mən şəxsən tanıyırdım ki, oranın müxbir üzvü idi: Həsən Abdullayev və Midhət Abbasov. Elə erməni və gürcülər də təxminən bu qədər idi. Əlisa bəy, danışanda ehtiyatlı ol. Xalqımızı və elmimizi aşağılama.

lll

İndi yazacağım müxtəsər fikirlə məlum "qalmaqala" son qoyuram. Yəni bir daha bu mövzuya qayıtmaq fikrim yoxdur.

Bəli, dünən yazdığım "statusa" münasibət göstərənlərdən bir çoxu məndən soruşur ki, bəyəm Siz  bilmirsiz ki, "Səməd Vurğun əsərlərində partiya və komsomolu vəsf edib?.." Özü də bu sualı verənlərin çoxu sovet vaxtı təhsil alıb. Aralarında hətta, ədəbiyyat müəllimləri də var. Adamdan soruşarlar bəli, o, yazıb yazıb, bəs onda sən niyə o əsərləri oxuyub əzbərləmisən?

Sonra. Biləsiniz ki, S.Vurğun heç yerdə Rəsulzadəni təhqir etməyib. Əgər "26-lar"da "o millət xaini Rəsulzadədir" sözünü nəzərdə tutursunuzsa, o sözləri (Arzu Əsəd demiş) müəllif deyil, oradakı obraz (fəhlə) söyləyir.

Ona qalmış Müşfiqin "Stalin" adlı poeması, Üzeyir bəyin "Stalin" kantatası, Cavidin "Azər" poeması sosializmi mədh edib. İndi neyləyək? Onda bu adamların hamısını mədəniyyət tariximizdən çıxaraq?

Bilmirəm bəzi adamlar niyə tarixə bələd olmaq istəmir, niyə kitab oxumur və niyə bilmədiyi şeylərdən danışır?

Fəridə Aslanova-Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- Səməd Vurğunun əsərlərinin vurğunuyam.

Son günlər sosial şəbəkələri açıram, hər tərəfdə onun barədə söhbət gedir.

Dediyim odur ki, gör cəmiyyət nə vəziyyətdədir ki, dəyərli bir şəxsiyyəti də qalmaqal olmasa, normal bir şəkildə xatırlaya, xatırlada bilmir... Gərək kimsə cəmiyyəti qıcıqlandıra, ondan sonra...

Məlum hadisədən sonra hamı Səməd Vurğundan danışır. Antireklamın özü də bir reklamdır.

Bu metodla unudulan şəxsiyyətləri də gündəm etmək olar. İnsanoğlu deyilən şeyləri tərsinə etməkdə birincidir.

Arada jurnalistlərə ilan dili çıxarıram ki, gəlin bizim tamaşalardan yazın, lap tənqid yazın, bəlkə o yazılarınız teatrın inkişafına dəstək olacaq?

Nə isə. Bu postumu sevimli şairimiz Səməd Vurğuna həsr edirəm.

Kimin ürəyində ondan əzbər bildiyi misralar varsa, bölüşün, yaddaşımız təzələnsin, ürəyimiz açılsın, onun da ruhu şad olsun.

Ömər Xəyyam, yazıçı:

- Məsələ bu ki, Səməd Vurğunun Stalinə həsr etdiyi "rəhbərə salam" poeması Əlisa Nicatın bütün yaradıcılığından daha çox ədəbiyyatdır.

Yeganə Hacıyeva, politoloq:

- Dünyanın ən böyük axtarış sistemi "Google" süni intellektdən hərbi məqsədlər üçün istifadə etməmək prinsipindən imtina edib.

Şirkət öz internet saytında süni intellektdən istifadə qaydaları toplusu olan "AI prinsipləri"ni yeniləyib.

"Google"nin yenilənən Aİ prinsipləri bölməsindən "digər şeylər arasında, İT nəhənginin insanlara birbaşa və ya dolayı yolla zərər vuran və müşahidə üçün istifadə edilən silah və texnologiyalarla məşğul olmayacaq" bəndi silinib.

Köhnə "AI prinsipləri" veb arxivində qorunub saxlanılır və yeni  nəşrdə süni intellekt kontekstində silahlara və müşahidələrə istinadlar itib.

Bir sözlə, "Google" korporasiyası öz platformasında süni intellektdən hərbi məqsədlər üçün istifadə etməyə icazə verib.

Elxan Şahinoğlu, politoloq:

- Trampın "alqı-satqı" siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə qəbul etdiyi ilk qonağın İsrailin Baş naziri Benyamin Netanyahu olacağı gözlənilən idi. Tramp Prezidentliyinin birinci müddətində də İsraillə strateji müttəfiqliyi gücləndirmiş, Qüdsü bu ölkənin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etmişdi. Tramp bu dəfə Netanyahunun gözləntilərindən də irəli gedərək fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-ın nəzarətinə verilməsi gərəkliyini bildirib. Sonuncu təklif Netanyahu üçün də gözlənilməz olub.

ABŞ və İsrailin xaricində Trampın yeni təklifini dəstəkləyən olmayıb. Vaşinqtonun müxtəlif bölgələrdəki tərəfdaşları və müttəfiqləri belə Qəzzanın boşaldılması və bu şəhərin Amerikanın nəzarətinə verilməsi təklifinin əleyhinə çıxıblar. Avropa ölkələrindən tənqidi açıqlamalar gəlib. Brüssel Trampın Çinə qarşı rüsumların artırılması qərarı fonunda Pekinlə iqtisadi əlaqələrin inkişafı imkanlarını nəzərdən keçirməyə başlayıb. Avropa İttifaqının rəhbəri Ursulla fon der Lyayen fevralın 4-də səfirlər qarşısında çıxış edərkən, dünyadakı kəskin rəqabət şəraitində Avropanın Çinlə ticarət əməkdaşlığını genişləndirməyə ehtiyac olduğunu bildirib. Halbuki Tramp Prezident seçilənə qədər Avropa İttifaqı Çinin ticarət siyasətini tənqid edirdi. Görünür, Brüssel Tramp administrasiyasının Pekinlə ticarət müharibəsindən faydalanmaq istəyir.

Brüsselin bu siyasəti Trampın xoşuna gəlməyəcək və Ağ Evin yeni sahibi həmişəki kimi Avropadakı tərəfdaşlarını yüksək rüsumlarla hədələyəcək. Tramp Çin məhsullarına qarşı rüsumların artırılması məsələsində gözləmə mövqeyinə keçib. Onun çinli həmkarı Si Cinpinlə telefonla danışıqlar aparacağı gözlənilir. Aydındır ki, Tramp Cinpindən iki ölkə arasındakı ticarətdə idxalla ixracın bərabərləşdirilməsini tələb edəcək. Ancaq bu praktik olaraq mümkün deyil. Çin aldığından çox satır. Məhz buna görə ABŞ-ın Çinlə ticarətində 1 trilyon dollar defisit yaranıb. Tramp hesab edir ki, Çin Amerikadan qazandığı pulları ordusunun gücləndirilməsinə xərcləyir. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt iki ölkə liderinin telefonla nə zaman danışacağına dair tarix verməyib. Bununla yanaşı, Kerolayn Levitt Prezidentin Çinə qarşı rüsumların 10 faiz artırılması qərarından imtina etmədiyini təkrarlayıb. Mətbuat katibi Tramp kimi Çindən ABŞ-da insan ölümlərinə səbəb olan fentanil maddəsinin daxil olmasını təqdid edib. Kerolayn Levittinin sözlərinə görə, Çinə qarşı rüsumların artırılmasında bu amilin də əhəmiyyətli rolu olub.

Donald Trampın bir qərarı da beynəlxalq aləmdə geniş müzakirə olunur. Ağ Ev sahibi ABŞ həbsxanalarındakı cinayətkarları başqa ölkələrin həbsxanalarında yerləşdirmək üçün imkanlar axtarır. Dövlət katibi Marko Rubionun Salvadora səfəri zamanı müzakirə etdiyi mövzulardan biri də bu olub. Kasıb Salvador ona ödəniləcək maliyyə müqabilində qatı cinayətkarları həbsxanalarında yerləşdirməyə razılaşıb. Maraqlıdır ki, Rubionun birinci səfər etdiyi Panama kimi Salvadorun də Çinlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Ağ Ev bundan da narahatdır. Salvador Prezidenti Nayib Bukele 2019-cu ildə Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşüb. Bu görüşdən bir il əvvəl Salvador Tayvanla diplomatik əlaqələrdən imtina edib. Pekin bunun qarşılığında uzaq Mərkəzi Amerika ölkəsinin müxtəlif layihələrinə yatırım qoyacağını vəd edib. 2024-cü ildən başlayaraq Çinlə Salvador arasında azad ticarət sazişi barədə danışıqlar başlayıb. Halbuki Salvadorun əsas ticarət tərəfdaşı ABŞ-dır. 

Beləliklə, Ağ Ev Çinin Latın Amerikası ölkələrinə nüfuz etməsinin qarşısını almağa çalışır. Ancaq bunu reallaşdırmaq üçün ABŞ Latın Amerikası ölkələrinə Çindən daha çox yatırımlar vəd etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Fevral 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri