Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycan Pakistan: təbii müttəfiqlər

525 ci qəzet Azərbaycan Pakistan: təbii müttəfiqlər

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu münasibətlərin daha da inkişaf etdirilərək bugünkü səviyyəyə çatmasında isə Prezident İlham Əliyevin misilsiz xidmətləri var. Pakistan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın təcavüzünü daim pisləmiş, işğalçı ölkəni rəsmən tanımamış və diplomatik əlaqələr qurmamışdır. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyasının Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.  Pakistanın dövlət və hökumət başçılarının, habelə yüksək vəzifəli şəxslərinin son illərdə Azərbaycana intensiv xarakter alan səfərləri münasibətlərin tarixi zirvəyə yüksəlməsində əhəmiyyətli rol oynayıb, münasibətlərin dinamikasını artırıb. Eyni zamanda, parlamentlərarası əlaqələrdə də əməkdaşlıq yüksək səviyyəyə qalxmışdır. 

Pakistan 44 günlük Vətən müharibəsində də Azərbaycanla həmrəylik nümayiş etdirmiş, 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni təsdiqləmişdir. Ölkələrimiz arasında humanitar sahədə  əlaqələrin inkişafında isə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu vardır.  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi səmərəli görüşlər, verilən mühüm bəyanatlar Bakı və İslamabadın strateji məqsəd və məramlarını bir daha aydın şəkildə ifadə etdi. Cənab İlham Əliyevin bəyan etdiyi kimi bu səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini genişləndirəcək, ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək verən tərəflərin beynəlxalq təsisatlarda bir-birinin dəstəyini daha da gücləndirəcək. Bu qardaşlıq münasibətləri, eyni zamanda, iki islam ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir.

Tərəflər siyasi blokda mökəmlənmiş münasibətləri iqtisadi sahədə də irəlilədərək strateji səviyyəyə çatdırmağı hədəfləyirlər. Bu baxımdan imzalan mühüm sazişlər və anlaşma memorandumları, həmçinin Azərbaycan-Pakistan Biznes forumu iqtisadi əməkdaşlığın yeni gündəliyini və əsas prioritetləri müəyyən edir.  Azərbaycan Prezidentinin bəyan etdiyi kimi əməkdaşlığın yeni ikitərəfli formatı və geniş gündəliyi hazırlanıb. Yol xəritəsinə əsasən, iqtisadi-ticari dövriyyənin artırılması, sərmayə qoyuluşlarının təşviqi, birgə müəssisələrin yaradılması, habelə iki ölkənin dövlət şirkətləri və biznes icmalarının təmaslarının əlaqələndirilməsi üçün konkret planlar tərtib edilib. Yaxın vaxtlarda Pakistan Ticarət Palatasının nümayəndəliyinin Bakıda fəaliyyəti təmin ediləcək ki, bu təsisatlar ikitərəfli ticarətin təşviqində mühüm platforma olacaqdır.

Müəyyən edilmiş məqsədlərə çatmaq üçün tərəflər idxal və ixracda qarşılıqlı güzəşt tariflərinin tətbiqini, ticarətin asanlaşdırılmasını, gömrük rejiminin yumşaldılmasını və digər güzəştləri nəzərdə tutur. Azərbaycan bu istiqamətdə ilk addımı atıb və Pakistandan ixrac olunan düyü məhsuluna görə gömrük rüsumunu aradan götürüb. Hazırda vergi və gömrüklə bağlı digər məsələlər də müzakirə olunur ki, bu tətbiqlər biznes dairələri və işgüzar insanları yeni bazarlara daxil olmaq məqsədi daşıyır. Pakistanın Baş nazirinin səfəri çərçivəsində Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə Pakistan Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında elektron məlumat mübadiləsi haqqında imzalanan Anlaşma Memorandumu həmin istiqamətdə yeni hüquqi çərçivə deməkdir. Hədəflərdən biri investisiya imkanlarının səfərbər olunması və yeni sahələrdə sərmayə qoyuluşlarının təşviqidir. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə ölkə rəhbərləri tərəfindən işçi heyətlərinə təlimatlar verilib və bu ölkədə müxtəlif layihələrə minimum iki milyard dollar sərmayə yatırılması nəzərdə tutulur.

Azərbaycandakı sağlam biznes mühiti və investisiya iqlimi pakistanlı iş adamlarının ölkəmizin yüngül sənaye, turizm, İKT, əczaçılıq, aqrar sahələrində təmsil olunması üçün dərin zəmin yaradır. Pakistanın inkişaf etmiş əczaçılıq sənayesi mövcuddur, ölkədə istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib və dərman təchizatında payı daha da artır. Bu baxımdan birgə əməkdaşlıq Azərbaycanda yeni inkişaf edən əczaçılığın müasir tibbi klasterinin qurulmasında mühüm rol oynaya bilər. Azərbaycan Pakistanın neft-yanacaq bazarında da əsas etibarlı tərəfdaşıdır, İslamabad öz yanacaq ehtiyaclarının ödənilməsində ölkəmizin yanacaq emalı infrastrukturları qurmasını müsbət qarşılayır. Bu baxımdan SOCAR və “SOCAR Trading SA” ilə “Pakistan Refinery Limited” (PRL), “Pakistan State Oil Company Limited” şirkətləri arasında imzalanan anlaşma memorandumları, Çərçivə Sazişləri Pakistanın neft və neft məhsulları, LNG qazı ilə tələbatının böyük bir hissəsini ödəməklə, müasir enerji komplekslərinin qurulmasını təmin edəcək. Bakı-İslamabad əməkdaşlığı Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz arasında nəqliyyat-kommunikasiya bağlantılarının genişlənməsində də yeni imkanlar yaradır. Hər iki ölkə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində yer almaqla bölgənin tranzitlər landşaftını zənginləşdirə bilər. Bu layihələr faktiki olaraq trans-nəqliyyat-logistika habı formalaşdırmaqla Fars körfəzini Xəzər dənizi ilə birləşdirməlklə Mərkəzi Asiyanın türk dövlətləri də daxil olmaqla böyük bir geoiqtisadi platforma quracaq, regional sabitliyin mühüm meyarına çevriləcək.

İki dost ölkə müdafiə sənayesi sahəsində də möhkəm təməllərin əsasını qoyub. Azərbaycan bu ölkədən müasir müdafiə vasitələri, sənaye ləvazimatları və digər hərbi təyinatlı məhsullar alır. Eyni zamanda, hər iki ölkə birgə güclü və modern müdafiə sənayesi infrastrukturu üzərində yeni sənaye sahələrini yaratmağı planlaşdırır. Səfər çərçivəsində bu mövzu da əsas diqqət mərkəzində olub və artıq birgə istehsal müəssisələrinin yaradılması razılaşdırılıb. Pakistan aqrar sektorda da azərbaycanlı iş adamları ilə intensiv təmasların artmasında da təməllər qoyur. Bakıda imzalanan “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qeyd edilən sektorda əlaqələrin inkişafında əsaslı dönüş yarada bilər. Beləliklə, Pakistanın Baş nazirinin ölkəmizə səfəri əlaqələri və imzalanmış sazişlər, eləcə də keçirilən biznes-forum ölkələr arasında siyasi-iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

Ramid Namazov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri