Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycanda elmin populyarlaşdırılması: intellektual inkişafa xüsusi təkan

525 ci qəzet Azərbaycanda elmin populyarlaşdırılması: intellektual inkişafa xüsusi təkan

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm və təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması qloballaşan dünyada müasir dövrün əsas tələblərindəndir. Elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq, onların inteqrasiyası ilə bağlı zəruri informasiya tələbatını təmin etmək məqsədilə daim ciddi islahatların aparılmasına ehtiyac var. Hazırda dünyada elmə böyük maraq var, onun auditoriyası çox genişdir. Cəmiyyətin elm və təhsil, onların inteqrasiyası sahəsində zəruri informasiya ilə təminatına böyük tələbat vardır ki, bu da elm və texnikanın dinamik inkişafı ilə bağlıdır. Bu baxımdan elmin təbliği yetərli qədər böyük əhəmiyyət kəsb edən məsələdir. Ona görə də işlər yüksək səviyyədə təşkil olunmalı və elmin ictimai əhəmiyyəti daim diqqət mərkəzində saxlanılmalıdır.

ELMİN TƏBLİĞATINI TƏŞKİL ETMƏKLƏ GƏNC NƏSLİN ELMƏ MARAĞINI ARTIRMAQ

Elmin populyarlaşdırılmasının və təbliğinin vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə "Elm gözəldir: Məktəbdən elmə" adlı layihəyə start verilib. Layihənin əsas məqsədi məktəblilərin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gənc nəslin elmə marağını artırmaqdan ibarətdir.

Layihə çərçivəsində UNEC-in müəllimləri ölkə üzrə məktəblərə və liseylərə səfər edərək, gənc nəslə elm və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və uğurları tanıdırlar. Aparılacaq müzakirələr gənc nəslin elmə marağının artırılmasına, elmə yeni, gənc mütəxəssislərin cəlb edilməsinə təkan verəcək.

Bu layihə Bakı və Sumqayıt şəhərlərində yerləşən orta məktəbləri, Lənkəran, Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində yerləşən ali təhsil müəssisələrini və məktəbləri əhatə edir.

"ELMİN POPULYARLAŞDIRILMASINDA YENİ YANAŞMALAR QAÇILMAZDIR"

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayevin sözlərinə görə, UNEC rektoru, professor Ədalət Muradovun imzaladığı müvafiq əmrlə 2024-cü ilin dekabr ayından 2025-ci ilin mart ayınadək "Elm gözəldir: Məktəbdən Elmə" və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin təşəbbüsü ilə "Elmin Populyarlaşdırılması" layihələrinin icrası davam etməkdədir. Cəmiyyətdə fərqli maraq qruplarının sürətlə artması elmin Populyarlaşdırılmasında yeni yanaşmaları qaçılmaz edir. Elmin populyarlaşdırılması cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artırır, adi biliklərin intellekləşməsini təmin edir, kütləvi və fərdi vətəndaş şüurunun reallığı adekvat qəbul etməsində faydalı olur: "Elmin cəlbediciliyini artırmaq, gənc nəslin elmə marağını artırmaq məqsədilə bu günlərdə start verilən "Elmin Populyarlaşdırılması" layihəsi çərçivəsində UNEC ilk tədbirini Lənkəran Dövlət Universitetində keçirib. Mən, UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə, UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri, dosent Etibar Əliyevin elmi bilikləri, nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, elmə marağı artırmaq məqsədilə etdiyimiz çıxışlar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Dünyada və ölkədə elmin populyarlaşdırılması vəziyyəti də müzakirə edilib və sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Layihə çərçivəsində növbəti tədbirlər Mingəçevir Dövlət Universitetində, sonra Gəncə və Naxçıvanda yerləşən universitetlərdə təşkil olunancaq. "Elm gözəldir: Məktəbdən elmə" layihəsi çərçivəsində gənc nəslə elm və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və uğurları tanıtmaq üçün UNEC-in Mühəndislik fakültəsinin dosenti Ramil Sadıqov, İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Afaq Hacıyeva Bakı şəhəri, 291 saylı Ekologiya liseyində şagirdlərlə görüşüblər. UNEC nümayəndələri şagirdlərə elmin əhəmiyyəti, universitetin təhsil imkanları barədə ətraflı təqdimatla çıxış edib, şagirdlərə gələcək təhsil seçimləri ilə bağlı geniş məlumat veriblər. Sözügedən təqdimatlar şagirdlərin marağına səbəb olub".

"ZİYALILAR ŞAGİRDLƏRƏ ELMİN GÖZƏLLİYİNDƏN SÖZ AÇACAQLAR"

Rövnəq Rzayev bildirib ki, "Elm gözəldir: Məktəbdən Elmə" layihəsi çərçivəsində həmçinin ölkənin tanınmış alim və ziyalıları ilə görüşlər təşkil olunacaq: "Ziyalılar yuxarı sinif şagirdlərinə elmin gözəlliyindən söz açacaqlar ki, onlar gələcəkdə elm sahəsini seçməklə bağlı düşünə bilsinlər".

Hər zaman ilklərə imza atan UNEC-in irəli sürdüyü bu təşəbbüs ölkənin elm və təhsil adamları, alim və ziyalılar tərəfindən böyük maraqla qarşılanıb.

"BU LAYİHƏ ELMİMİZƏ VƏ TƏHSİLİMİZƏ YENİ UĞURLAR GƏTİRƏCƏK"

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov deyir ki, UNEC-in təşəbbüsü ilə həyata keçirilən "Elm gözəldir: Məktəbdən elmə" adlı layihə çox maraqlı və dövrümüz üçün böyük əhəmiyyət kəsb edən bir layihədir: "Son illər UNEC-in rektoru, hörmətli Ədalət müəllim bir neçə inkişafyönümlü təşəbbüslər irəli sürüb və uğurlu nəticələr qazanıb. Əminəm ki, bu layihə də elmimizə və təhsilimizə yeni uğurlar gətirəcəkdir".

"AKADEMİK FORMADA TƏBLİĞATI ÇƏTİN OLAN MƏSƏLƏ POPULYAR DİLDƏ DAHA ASAN MƏNİMSƏNİLİR"

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, o, çox sevinir ki, Azərbaycanın universitetləri içərisində hazırda elmin inkişafı ilə bağlı fundamental addımlar atan, elmi nəaliyyətlə əldə edən, reytinq sıralamasında mövqeylərini hər il yüksəldən universitetlər var. Bu universitetlərdən biri də daim yeniliklərə imza atan Azərbaycan Dövlət İqtisad Universitetidir. Qətiyyətlə demək olar ki, son illərdə UNEC-də özünəməxsus yeni bir ənənə yaranıb. Bu da elmin təbliği ilə bağlıdır: "Son illərdə UNEC-də həm təlim-tədris, həm də proqram yenilənməsi və müasir elmi istiqamətlərin tətbiqi elmin populyar vasitələrlə təbliği istiqamətində mühüm işlər görülüb. Hazırda da sadalanan istimətdə işlər davam etdirilir. "Elmin Populyarlaşdırılması" layihəsini də elmin təbliği istiqamətində görülən işlərin, həyata keçirilən layihələrin davamı hesab oluna bilər. Hazırda gənclər arasında populyar olan və elmi faydalılıq əmsalı az olan sahələr, istiqamətlər mövcuddur. Ona görə də gənclərdə yeni təffəkür formalaşdırmaq üçün elmi populyar şəkildə yenidən təqdim etmək lazımdır. Akademik kontekstdə hər hansı bir sahəni öyrənən zaman müəyyən çətinliklər yaranır. Amma populyar kontekstə eyni məzmun təqdim olunanda burada bir pedaqoji ustalıqdan istifadə olunur. Yəni akademik formada təbliğatı çətin olan məsələ populyar dildə daha asan mənimsənilir və daha asan öyrənilir. Nəticə etibarilə bu da elmin inkişafına xidmət edir. Sadəcə metod fərqli olur. Eyni zamanda səmərəli və faydalılığı ilə seçilir. Ona görə də mən hesab edirəm ki, gəncləri elmə cəlb etmək üçün yeni və səmərəli metoddan istifadənin Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqi tamamilə yeni bir məlhələdir. Bu, gənclərin elmə marağının artmasına və eyni zamanda Azərbaycanda elmin inkişafına öz töhfəsini verəcəkdir".

GƏNC NƏSLİN İNTELLEKTUAL İNKİŞAFINA XÜSUSİ TƏKAN

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, elm və elmi biliklərin cəmiyyətdə təbliği hər zaman aktual mövzulardan olub. Elmin təbliği yetəri qədər böyük əhəmiyyət kəsb edən məsələdir. Bu gün Azərbaycan təhsilinin qarşısında duran ən vacib məsələlərdən biri elmin populyarlaşdırılması və gənc nəslin elmə marağının artırılması, intellektual səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə ən uğurlu addımları atan ali təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin həyata keçirdiyi "Elmin Populyarlaşdırılması" layihəsi də xüsusi önəm və əhəmiyyət daşıyır. Bu kimi layihələr gənc nəslin intellektual potensialının və dünya görüşünün inkişafına xüsusi təkan verəcək. Onların elmi biliklərinin kütləvi təbliğinin həyata keçirilməsi üçün şərait yaradacaq: "Bu layihə elmin təbliğini təşkil etməklə gənc nəslin elmə marağını artırmağa öz töhfəsini verəcək. Bu baxımdan bu gün bu cür addımların atılması xüsusi önəm və əhəmiyyət daşıyır. "Elmin Populyarlaşdırılması" layihəsinin gənclərdə elmə marağın artırılması və elmin populyarlaşdırılması baxımından uğurlu olacağına əminəm. İnanıram ki, nəzərdə tutulan məqsədə, hədəfə nail olunacaq".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri