Icma.az
close
up
RU
525 ci qəzet Elmin populyarlaşdırılmasına mühüm töhfə

525 ci qəzet Elmin populyarlaşdırılmasına mühüm töhfə

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elmin populyarlaşdırılmasının və təbliğinin vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) start verdiyi "Elm gözəldir: məktəbdən elmə" və "Elmin populyarlaşdırılması" təşəbbüslərinin reallaşdırılması davam etdirilir. Qeyd edək ki, "Elm gözəldir: Məktəbdən elmə" adlı layihəyə start verilib. Layihənin əsas məqsədi məktəblilərin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gənc nəslin elmə marağını artırmaqdan ibarətdir. Layihə çərçivəsində UNEC-in müəllimləri ölkə üzrə məktəblərə və liseylərə səfər edərək, gənc nəslə elm və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və uğurları tanıdırlar. Aparılacaq müzakirələr gənc nəslin elmə marağının artırılmasına, elmə yeni, gənc mütəxəssislərin cəlb edilməsinə təkan verəcək. Bu layihə Bakı və Sumqayıt şəhərlərində yerləşən orta məktəbləri, Lənkəran, Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində yerləşən ali təhsil müəssisələrini və məktəbləri əhatə edir.

Gənc nəslin elmə marağını artırmaq məqsədilə həyata keçirilən "Elmin Populyarlaşdırılması" təşəbbüsünün məqsədi gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək, elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, gənc nəslin elmə marağını artırmaqdan ibarətdir.

Sözügedən layihə də Lənkəran, Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində yerləşən ali təhsil müəssisələrini əhatə edir.

Hər zaman ilklərə imza atan UNEC-in irəli sürdüyü bu təşəbbüs ölkənin elm və təhsil adamları, alim və ziyalılar tərəfindən böyük maraqla qarşılanır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, elm zamanın aşılaya bilmədiyi bəşəri dəyərdir. Bu baxımdan gənclərin elmə yönəldilməsi və bu niyyətlə elmin populyarlaşması fövqalədə əhəmiyyətli bir məsələdir. Talantlı gəncliyi elmə - sənətə yönəltmək çox vacib məsələdir: "Müzakirə mövzusu olan "Elmin Populyarlaşdırılması" layihələrinin ideya müəlliflərin ürəkdən alqışlayıram və uğurlar diləyirəm. Cəmiyyətimizdə elmə də, alimə də həmişə hörmət və diqqət olubdur. Bu sahədə tarixi ənənələrimiz qədimdir. Min il öncə dahi Nizami elmə verdiyi qiymət bu gün də qüvvədədir. Sovetlər zamanında da elmin fəlsəfəsi mükəmməl idi. Bakının ən yaraşıqlı binası-İsmailliyə - Akademiyaya verilmişdir. Alimlərin əməyi də yüksək qiymətləndirilirdi. Universitet dosenti rayon partiya komitəsinin katibindən yüksək əmək haqqı alırdı. Bəhramgur heykəlinin yanındakı yaraşıqlı yaşayış binası da alimlər üçün tikilmişdi. Bu münasibətə elm adamları layiqincə cavab verirdilər. Keçən əsrin 50-ci illərində neftçi alimlərimiz (A.Mirzəcanzadə, Xoşbəxt Yusifzadə və digərlərini rəhmətliklə yad edirəm) dənizdə neft kəşf etməsəydi və mühəndislərimiz "Neft Daşları"nı yaratmasaydılar, pambıq və üzüm satmaqla bugünkü firavanlığı təmin etmək yəqin ki, çətin olardı. İndi də elmə güvənmək günün tələbidir, dövrün paradiqmasıdır. Elm elə təşkil olmalıdır ki, ölkəmizə və xalqımıza xidmət etsin. Elmin potensialından düzgün istifadə etməyə bacarmalıyıq. Anadan doğulan uşaqları iki qrupa bölmək olar: elm-sənət üçün doğulanlar və peşə üçün doğulanlar. Sənət üçün doğulanlar yaradıcı insanlar olduqları üçün onlar alim, bəstəkar, şair, yazıçı, rəssam olaraq milli dəyərlər xəzinəmizi zənginləşdirirlər. Bir millətin digərindən fərqi yaratdığı maddi və mənəvi milli dəyərlərin cəmi ilə ölçülür. Millət, milli dəyər yarada bilməyəndə ölür. Sənət və elm üçün doğulanlar milli dəyər yaradırlar və tarix üçün yaşayırlar. (Yeni dəyər yaradılmayanda məcburən köhnə dəyərləri "Qızıl fond" kimi cəmiyyətə təqdim edilir)".

Şahlar Əsgərovun dediyinə görə, peşə üçün doğulanlar dəyər yaratmırlar, ancaq dəyərləri qoruyaraq nəsildən nəsilə ötürürlər. Peşə üçün doğulanları, səhvən sənət üçün doğulanların yerində oturdanda inkişaf dayanır: "İnsan sənət üçün doğulubsa, o, yaxşı bəstəkar (şair, rəssam) olar və yeni dəyər yaradar. İnsan əgər peşə üçün doğulubsa, o, yaxşı ifaçı, müğəni olar ki, yaranmış dəyəri nəsildən nəslə ötürər və qoruyar. Müğənnilər (Hacıbaba Hüseynov, Əlibaba Məmmədov və digərləri kimi) də yeni mahnı bəstələyə bilərlərsə, onlarda sənət adamların sırasına qoşularlar.  İnsan elm üçün doğulubsa, o, fizika, kimya, biologiya üzrə alimi olar. Yox, əgər peşə üçün doğulubsa, ondan yaxşı fizika, kimya, riyaziyyat müəllimi olar. Sənət və peşə üçün doğulanlar fərqli düşüncə tərzinə malikdirlər. 1949-cu ildə A.Eynşteyn sənayeçi ilə tacirin fərqli düşüncəyə malik olduğunu qeyd etmişdir. Sənayeçi həmişə yaratmaq, istehsal etmək, tacir isə ancaq pul (düz, ya əyri yolla) qazanmaq haqında düşünür. Sənayeçilər elmin, tərəqqinin himayədarıdırlar və ciddi həyat tərzinə üstünlük verirlər. Tacirlər şənliklərə, kef məclislərinə üstünlük verirlər. Yüngül həyat tərzinin himayədarlarıdır".

Professor deyir ki, açıq cəmiyyətlərdə həyatın yaratdıği mühit çox mürəkkəbdir. Ticarətlə, bizneslə məşğul olmaqla böyük sərmayə qazanmaq mümkündür. Real həyatın bu üzünu biziş orta məktəb məzunlarımız da bilirlər. Əgər bütün talantlı gənclərin hamısı biznesə gedərsə, onda ölkədə milli dəyər yaranmayacaqdır. Milli yaradıcılıq potensialı itəndə, müstəqilliyin itirilmə ehtimalı da artar. Bu olmasın deyə çalışmalıyıq ki, talantlı gənclik elm və sənət ardınca getsin. Onların maddi və mənəvi təminatlarını təltiflərlə, mükafatlarla, maaşla, idarəetməyə cəlb etməklə elə nizamlanmalıdır ki, gənclər elmin dalınca getməyə üstünlük versin: "Elmin populyarlaşmasında məqsədi elm-sənət üçün doğulanların peşə üçün doğulanların sıralarına getməsinin qarşısı alınsın. Başqa sözlə, talantlı gəncliyin elmin və sənətin ardınca getmələrini stimullaşdırmaqdır. Elm planetar hadisədir və mürəkkəb sahədir. Dövlət elmə dəstək verməli, cəmiyyət isə alimi yaşatmalıdır. Elmin tətbiqi zamanı mənəvi dəyər maddi dəyərə çevrilir. Elm, düzgün qəbul edilən qərarların texnologiyasıdır. İnkişaf təhsillə, tərəqqi elmə bağlıdır. Elm beynəlmilədir, təhsil millidir. Bu səbəbdən elmdə uğur qazanmaq çətindir. Elmdə uğur qazanmaq üçün, əvvəlcə təhsildə uğur qazanmaq lazımdır. Təhsil ictimailəşmiş elmi nəticələri insanlara öyrədir. Məlumları gənclərə öyrətmək təhsilin işidir. Qeyri məlumları aşkar etmək isə elmin işidir. Elm xüsusi elmi nəticələri əldə edir. Elmdə uğur qazanmaq üçün talantlı gənclərin elmə gəlməsi çox vacibdir. Bu işdə uğur qazanmaq üçün elmin populyarlaşması çox vacibdir. Çünki elmi kütlə yox, fərdlər inkişaf etdirirlər. Elmin sırasını himayədarlıqla talantsız gənclərlə doldurmağın ziyanı çoxdur, xeyri isə yoxdir. Rəhmətlik akademik A.Mirzəcanzadənin tez-tez işlətdiyi Pareto prinsipində deyilir ki, elmi nəticələrin 80 faizini alimlərin 20 faizi alır. Yerdə qalan 20 faiz nəticələri isə alimlərin 80 faiz alır. Bu o deməkdir ki, hər 100 alimdən 20-si həqiqi, 80-i isə kvazi alimdir. Alimin çəkisini kq-la, boyunu sm-lərlə ölçüb iki alimi müqayisə etmək olar, ancaq onların biliyini ölçmək mümkün deyil. Çünki biliyin ölçü vahidi yoxdur. Ancaq dəyərli alimlərimiz çoxdur. Onlar qiymətli elmi məqalələr yaza bilirlər, çox möhtəbər jurnallarda çap oluna bilirlər. Ancaq elmi nəticələri texnoloji reseptə çevirə bilmirlər. Bu səbəbdən də elmi tutumlu məhsul istehsal edə bilmirik.  Tərəqqi üçün elm lazımdır. Yeni texnologiyanı elm yaradır. Yeni texnologiya isə bazar üçün yeni məhsul istehsal edir. İnkişaf etmiş ölkələrin hamısı elmə əsaslanaraq inkişaf edirlər. İnkişaf üçün isə mükəmməl təhsil bəs edər. ABŞ-nin sabiq prezidenti Ruzvelt demişdi: "Amerika universitetləri qüvvətlidir ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır ona görə ki, onun universitetləri qüvvətlidir". Elmimizin fəlsəfəsi yenidən işlənməlidir. SSRİ tərkibindəki və bugünkü Elmlər Akademiyası eyni məqsəd daşımamalıdır. Elm yeni quruluşun mahiyyətinə uyğun yeniləşməlidir. Qlobal aktuallıqdan, lokal aktuallığa keçməyi bacarmalıyıq. O elmi sahələr və istiqamətlər inkişaf etdirilməlidir ki, onlar ölkəmizə, xalqımıza xeyir gətirir. Bizim kimi ölkələr üçün elmin ancaq müəyyən istiqamətləri əhəmiyyətlidir. Tədqiqat obyekləri qlobal yox, lokal və aktual olmalıdır. Sonda demək istəyirəm ki, "Elmin Populyarlaşdırılması" layihələrinin həm də siyasi və ictimai əhəmiyyəti var. Belə ki, talantlı gəncliyin elm və sənətə yönəldilməsi cəmiyyətin elitar təbəqəsinin normal strukturlaşmasını təmin edər. Əgər talantlı gənclik biznesə gedərsə, şübhəsiz, biznes udar, cəmiyyət isə uduzar. Gənclik də uduzar, çünki alimə zamanın silə bilməyəcəyi və pul kütləsinin verə bilməyəcəyi sevinci elm yaşadır". 

Azərbaycan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin sözlərinə görə, elmin populyarlaşdırılması mühüm əhəmiyyət kəsb edir: "Yadımdadır, keçən əsrin 70-ci illərində elmi-kütləvi jurnallar nəşr olunurdu. Bu jurnalda elmi yeniliklər kütlənin dərk edəcəyi səviyyədə insanlara çatdırılırdı. Həmin jurnallar elmi həqiqətlərə maraq yaradırdı və əhalinin qiraət etməsinə təkan verirdi. Jurnallarda məqalələr alimlər tərəfindən yazıldığı üçün elmi nailiyyətlər təhrif edilmədən insanlara çatdırılırdı. Müəllif yazılarının doğruluğu üçün məsuliyyət daşıyırdı. Bu jurnallar elm ilə insanlar arasında körpü rolu oynayırdı. Müasir dövrdə həm elmi kütləvi jurnalların sayı məhdudlaşıb, həm də onları oxuyanlar azalıb. İnternet resursları həmin jurnalları əvəz etməyə başlamışdı. Lakin internet resurslarında heç də həmişə doğru məlumatlar, elmi həqiqətləri əks etdirən yazılar olmur, elmi həqiqətlər bir çox hallarda təhrif olunmuş səviyyədə insanlara təqdim edilir. Onların müəllifləri də heç bir məsuliyyət daşımırlar. İnsanların əksəriyyəti bu reallığı dərk edirlər, amma buna baxmayaraq, internet resurslarından istifadə etməyə daha çox üstünlük verirlər. Təəssüf hissi ilə deyim ki, tələbələr də öz fəaliyyətlərində internet resurslarından daha çox istifadə edirlər. Bu, təhsilin keyfiyyətinin aşağı düşməsinin və elmi populyarlığının arxa plana keçməsinin səbəblərindən biridir".

Professor bildirib ki, ötən ilin sonundan başlayaraq UNEC Elmin Populyarlaşdırılması mərkəzinin təşəbbüsü ilə "Elmin Populyarlaşdırılması" layihəsinin icrasına başlanmışdır. Bu layihə tələbələrin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək, elmi biliklərin kütləvi təbliğini həyata keçirmək və gənc nəslin elmə marağını artırmaq məqsədi daşıyır. Fikrimizcə, bu olduqca maraqlı layihədir və onun digər ali məktəblərdə də tətbiq edilməsi maraqlı olardı: "Daha yaxşı olardı ki, ali məktəbin elm sektorunun işçiləri bu istiqamətdə müzakirə keçirərək, bir-birlərinin təcrübəsini mübadilə etsinlər. Belə ki, elmin populyarlaşdırılması istiqamətində başqa ali məktəblərdə də müxtəlif təcrübələr həyata keçirilir. Məsələn, Bakı Dövlət Universitetində tələbə elmi cəmiyyəti xətti ilə hər bir ixtisas üzrə həyata keçirilən elmi praktik konfranslar, elmi seminarlar, kitab sərgiləri və s. bu məqsədə xidmət edir. Azərbaycan Dillər Universitetində isə I kurs tələbələrinə aldıqları kitabların pulu universitet tərəfindən ödənilir. Digər ali məktəblərdə də belə layihələr həyata keçirilir. Məsələn, bütün ali məktəblərdə də konfrans və seminarlar təşkil olunur. Lakin bu istiqamətdə görülən işlərin daha yüksək nəticə verməsi üçün çox iş görülməlidir. Hesab edirəm ki, UNEC-də həyata keçirilən "Elmin Populyarlaşdırılması" layihəsi bu istiqamətdə ali məktəblərin fəaliyyətinin daha da aktivləşməsinə xidmət edəcəkdir. Hər halda bir həqiqət məlumdur: - elmsiz təhsilin səviyyəsi yüksək ola bilməz. Bu konteksdən yanaşanda elmin populyarlaşdırılması hər bir ali məktəbin fəaliyyət məzmununda önəmli yer tutmalıdır".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see346

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see335

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see329

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see324

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see322

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see262

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see259

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see245

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see239

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see238

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see233

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see232

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see229

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see227

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see227

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see214

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see197

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see189

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri