Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

525 ci qəzet Azərbaycanın ilk veb saytı 30 yaşında

525 ci qəzet Azərbaycanın ilk veb saytı 30 yaşında

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ildə Azərbaycnın ilk veb-saytı olan science.gov.az-ın yaradılmasının 30 ili tamam olur. Bu illər ərzində science.gov.az portalı bir neçə inkişaf mərhələsindən keçərək bugünkü inkişaf səviyyəsinə çatmış, Azərabycanın ən çox oxunan, istinad olunan portallarından birinə çevrilmişdir. Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzeti Azərbaycan dilində milli demokratik və xalq mətbuatının təməl daşı olmuşdur.

İlk dəfə ana dilində yayımlanan bu qəzet, xalqı maarifləndirmək, ictimai şüuru inkişaf etdirmək və cəmiyyətdə mühüm məsələləri müzakirəyə çıxarmaq kimi ali missiyanı öz üzərinə götürmüşdür. “Əkinçi” sonradan neçə-neçə qəzetin, müxtəlif jurnalistika məktəblərinin yaranmasına yol açmışdır. Milli radio və televiziyamızın yaranmasında da “Əkinçi” qəzetinin əsasını qoyduğu ənənələrin böyük rolu olmuşdur. 
İlk qəzetimizin nəşrindən düz 120 il sonra – 1995-ci ildə science.gov.az fəaliyyətə başlamışdır. Ölkənin informasiya məkanında xüsusi yeri olan science.gov.az İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən www.ab.az adı ilə yaradılmış, institutun AzScienceNet şəbəkəsinin serverlərində yerləşdirilmişdir. 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə www.ab.az saytı müasir tələblər əsasında yenidən işlənmiş, www.science.az portalı adlandırılmışdır. Science.gov.az yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Portal, təkcə elmi məlumatların yayımı ilə kifayətlənməyərək, həm də alim və mütəxəssislərin əldə etdikləri mühüm nailiyyətlərin geniş auditoriyaya çatdırılmasına, beynəlxalq elmi mübadilənin inkişafına və elmi innovasiyaların təşviqinə mühüm töhfə verib. Eyni zamanda, müasir texnologiyalardan istifadə edərək, dünya informasiya məkanında Azərbaycan elminin tanınmasına geniş imkanlar yaradıb. Burada təqdim olunan eksklüziv müsahibələr, analitik materiallar və elmi araşdırmalar tədqiqatçıların fəaliyyətini daha əlçatan formada ictimaiyyətə təqdim etməyə şərait yaradıb.

2015-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda www.science.gov.az-ın 20 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, toplantıda dövlət rəsmiləri, İnternet-media üzrə mütəxəssislər, tanınmış alim və mütəxəssislər, KİV nümayəndələri iştirak etmişdilər. Tədbirdə portalın 20 il ərzindəki fəaliyyətinə, Azərbaycan elminin işıqlandırılması istiqamətində görülən işlərə, həyata keçirilən layihələrə nəzər salınmış, onun gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılmışdır. Ötən 10 il ərzində portalın işi daha da təkmilləşdirilmiş, fəaliyyəti genişləndirilmişdir. 
Müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunan və artıq 30 yaşını qeyd edən science.gov.az Azərbaycan dövlətinin elm sahəsində apardığı islahatlar, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətlərin təbliği ilə bağlı mühüm tədbirlər həyata keçirir.
Bu il science.az-ın yubileyi ona görə əlamətdardır ki, 2025-ci ildə həm milli mətbuatımızın 150 illiyi, həm də Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın yaranmasının 80 ili tamam olur. Bu mühüm tarixi hadisələr təkcə elm və mətbuat tariximiz deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı baxımından olduqca böyük önəm daşıyır.

Azərbaycan milli mətbuatı uzun illər ərzində xalqımızın maariflənməsi, ictimai şüurun formalaşması və ictimai fikrin inkişafında mühüm rol oynamışdır. “Əkinçi” qəzetinin nəşri ilə başlayan bu şərəfli yol sonralar ölkəmizdə zəngin jurnalistika ənənələri formalaşdırmışdır.
Digər tərəfdən, AMEA 80 illik fəaliyyəti ərzində Azərbaycan elminin əsas dayağına çevrilmiş, fundamental və tətbiqi araşdırmaların mərkəzi olmuşdur. Bu illər ərzində Akademiya ölkəmizin elmi intellektual potensialının formalaşması, elmi nailiyyətlərin əldə olunması və Azərbaycan elminin beynəlxalq elm məkanında tanınmasına mühüm töhfələr vermişdir.
Qeyd olunan tədbirlərin science.gov.az portalının yubileyi ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Bu portal Azərbaycanda elm və ictimaiyyət arasında körpü rolunu oynayaraq, tanınmış alim və ziyalılarımızın dünyanın nüfuzlu elmi qurumları ilə əlaqə yaratması, eləcə də elm sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vasitəçi rolunu oynayır, elm və medianın qarşılıqlı əlaqəsini gücləndirir. 
Bu gün Akademiya AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında, yeni mərhələdə uğurla inkişaf edir, Azərbaycan elminə mühüm töhfələr verir.  Onun təşəbbüsü ilə aparılan innovativ islahatlar, həyata keçirilən məqsədyönlü tədbirlər humanitar və ictimai elmlər sahəsinin inkişaf istiqamətlərini müəyyənləşdirir. Daim müasir elmin çağırışlarını rəhbər tutan, yenilikləri dəstəkləyən akademik İsa Həbibbəyli AMEA-da elektron elmin inkişafına, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinə, süni intellekt texnologiyalarının tətbiqinə, eləcə də elektron sənəd dövriyyəsi sisteminin tətbiqinin genişləndirilməsinə xüsusi diqqət yetirir, strateji addımlar atır. AMEA rəhbərinin göstərişi ilə bu istiqamətdə görülən işlərin sistemli və hərtərəfli icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb. Bu şöbədə həyata keçirilən işlər nəticəsində elmi müəssisələrin və alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profilləri yaradılıb, elmi nəşrlərin veb-saytları hazırlanıb, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOİ identifikatoru verilib və digər zəruri tədbirlər həyata keçirilib.

Məlumdur ki, ölkə Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Dövlət başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə bağlı “AMEA-nın Tədbirlər planı” hazırlanmışdır. Tədbirlər planında rəqəmsal dövrdə suverenlik, konstitusiya və ana dilimiz, suverenlik və müstəqillik ideyalarının Azərbaycan ədəbiyyatında əksi və digər aktual mövzularda tədbirlərin – elmi konfransların, dəyirmi masaların keçirilməsi, həmçinin bir sıra nəşrlərin hazırlanması nəzərdə tutulur. 

2025-ci ilin əhəmiyyətini göstərən digər bir mühüm hadisə Prezident İlham Əliyevin cari il yanvar 16-da “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Fərmanı imzalaması olub. Rəqəmsal dövlətin formalaşması istiqamətində qəbul olunmuş mühüm strateji sənəd olan bu Konsepsiyanın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsi dövlət qurumlarının rəqəmsal fəaliyyətinin sistemləşdirilməsinə təkan verməklə yanaşı, AMEA-nın da qarşısına mühüm vəzifələr qoyur. 
Təbii ki, bütün bu əhəmiyyətli qərarların kontekstində elm və informasiya cəmiyyətinin inkişafı daha çox əhəmiyyət kəsb etməyə başlayır. Elm və texnologiyanın sürətli inkişafı fonunda science.gov.az portalının əsas vəzifələrindən biri də Azərbaycanın elmi nailiyyətlərinin rəqəmsal platformalar vasitəsilə geniş yayılmasını təmin etmək, elm və təhsilin inteqrasiyasının sürətləndirilməsinə dəstək verməkdir.
Bundan başqa, science.göv.az portalı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan elminin milli maraqlar kontekstində inkişafına töhfə verməli, elm və texnologiyanın ölkənin dayanıqlı inkişafında oynadığı rolu geniş ictimaiyyətə çatdırmalıdır. Bütün bu tədbirlər Azərbaycan elminin dünya elmi məkanında layiqli yer tutmasına xidmət edəcək.
İnanırıq ki, 2025-ci il həm elmin, həm də medianın inkişafında xüsusi rol oynayaraq, Azərbaycan elmi-mədəni həyatında unudulmaz iz buraxacaq. Science.gov.az elmi biliklərin cəmiyyətə çatdırılması istiqamətində mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirməyə davam edərək bütövlükdə informasiya cəmiyyətinin inkişafına mühüm töhfələr verəcək.

Nərgiz QƏHRƏMANOVA

AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri