Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Azərbaycanın ilk veb saytı 30 illik yubileyini qeyd edir

Azərbaycanın ilk veb saytı 30 illik yubileyini qeyd edir

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Azərbaycnın ilk veb-saytı olan science.gov.az-ın yaradılmasının 30 ili tamam olur. Bu illər ərzində science.gov.az portalı bir neçə inkişaf mərhələsindən keçərək bugünkü inkişaf səviyyəsinə çatmış, Azərabycanın ən çox oxunan, istinad olunan portallarından birinə çevrilmişdir.

Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzeti Azərbaycan dilində milli demokratik və xalq mətbuatının təməl daşı olmuşdur. İlk dəfə ana dilində yayımlanan bu qəzet, xalqı maarifləndirmək, ictimai şüuru inkişaf etdirmək və cəmiyyətdə mühüm məsələləri müzakirəyə çıxarmaq kimi ali missiyanı öz üzərinə götürmüşdür. “Əkinçi” sonradan neçə-neçə qəzetin, müxtəlif jurnalistika məktəblərinin yaranmasına yol açmışdır. Milli radio və televiziyamızın yaranmasında da “Əkinçi” qəzetinin əsasını qoyduğu ənənələrin böyük rolu olmuşdur.

İlk qəzetimizin nəşrindən düz 120 il sonra – 1995-ci ildə science.gov.az fəaliyyətə başlamışdır. Ölkənin informasiya məkanında xüsusi yeri olan science.gov.az İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən www.ab.az adı ilə yaradılmış, institutun AzScienceNet şəbəkəsinin serverlərində yerləşdirilmişdir. 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə www.ab.az saytı müasir tələblər əsasında yenidən işlənmiş, www.science.az portalı adlandırılmışdır. Science.gov.az yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Portal, təkcə elmi məlumatların yayımı ilə kifayətlənməyərək, həm də alim və mütəxəssislərin əldə etdikləri mühüm nailiyyətlərin geniş auditoriyaya çatdırılmasına, beynəlxalq elmi mübadilənin inkişafına və elmi innovasiyaların təşviqinə mühüm töhfə verib. Eyni zamanda, müasir texnologiyalardan istifadə edərək, dünya informasiya məkanında Azərbaycan elminin tanınmasına geniş imkanlar yaradıb. Burada təqdim olunan eksklüziv müsahibələr, analitik materiallar və elmi araşdırmalar tədqiqatçıların fəaliyyətini daha əlçatan formada ictimaiyyətə təqdim etməyə şərait yaradıb.

2015-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda www.science.gov.az-ın 20 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, toplantıda dövlət rəsmiləri, İnternet-media üzrə mütəxəssislər, tanınmış alim və mütəxəssislər, KİV nümayəndələri iştirak etmişdilər. Tədbirdə portalın 20 il ərzindəki fəaliyyətinə, Azərbaycan elminin işıqlandırılması istiqamətində görülən işlərə, həyata keçirilən layihələrə nəzər salınmış, onun gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılmışdır. Ötən 10 il ərzində portalın işi daha da təkmilləşdirilmiş, fəaliyyəti genişləndirilmişdir.

Müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunan və artıq 30 yaşını qeyd edən science.gov.az Azərbaycan dövlətinin elm sahəsində apardığı islahatlar, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətlərin təbliği ilə bağlı mühüm tədbirlər həyata keçirir.

Bu il science.az-ın yubileyi ona görə əlamətdardır ki, 2025-ci ildə həm milli mətbuatımızın 150 illiyi, həm də Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın yaranmasının 80 ili tamam olur. Bu mühüm tarixi hadisələr təkcə elm və mətbuat tariximiz deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı baxımından olduqca böyük önəm daşıyır.

Azərbaycan milli mətbuatı uzun illər ərzində xalqımızın maariflənməsi, ictimai şüurun formalaşması və ictimai fikrin inkişafında mühüm rol oynamışdır. “Əkinçi” qəzetinin nəşri ilə başlayan bu şərəfli yol sonralar ölkəmizdə zəngin jurnalistika ənənələri formalaşdırmışdır.

Digər tərəfdən, AMEA 80 illik fəaliyyəti ərzində Azərbaycan elminin əsas dayağına çevrilmiş, fundamental və tətbiqi araşdırmaların mərkəzi olmuşdur. Bu illər ərzində Akademiya ölkəmizin elmi intellektual potensialının formalaşması, elmi nailiyyətlərin əldə olunması və Azərbaycan elminin beynəlxalq elm məkanında tanınmasına mühüm töhfələr vermişdir.

Qeyd olunan tədbirlərin science.gov.az portalının yubileyi ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Bu portal Azərbaycanda elm və ictimaiyyət arasında körpü rolunu oynayaraq, tanınmış alim və ziyalılarımızın dünyanın nüfuzlu elmi qurumları ilə əlaqə yaratması, eləcə də elm sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vasitəçi rolunu oynayır, elm və medianın qarşılıqlı əlaqəsini gücləndirir.

Bu gün Akademiya AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında, yeni mərhələdə uğurla inkişaf edir, Azərbaycan elminə mühüm töhfələr verir. Onun təşəbbüsü ilə aparılan innovativ islahatlar, həyata keçirilən məqsədyönlü tədbirlər humanitar və ictimai elmlər sahəsinin inkişaf istiqamətlərini müəyyənləşdirir. Daim müasir elmin çağırışlarını rəhbər tutan, yenilikləri dəstəkləyən akademik İsa Həbibbəyli AMEA-da elektron elmin inkişafına, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinə, süni intellekt texnologiyalarının tətbiqinə, eləcə də elektron sənəd dövriyyəsi sisteminin tətbiqinin genişləndirilməsinə xüsusi diqqət yetirir, strateji addımlar atır. AMEA rəhbərinin göstərişi ilə bu istiqamətdə görülən işlərin sistemli və hərtərəfli icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb. Bu şöbədə həyata keçirilən işlər nəticəsində elmi müəssisələrin və alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profilləri yaradılıb, elmi nəşrlərin veb-saytları hazırlanıb, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOİ identifikatoru verilib və digər zəruri tədbirlər həyata keçirilib.

Məlumdur ki, ölkə Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Dövlət başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə bağlı “AMEA-nın Tədbirlər planı” hazırlanmışdır. Tədbirlər planında rəqəmsal dövrdə suverenlik, konstitusiya və ana dilimiz, suverenlik və müstəqillik ideyalarının Azərbaycan ədəbiyyatında əksi və digər aktual mövzularda tədbirlərin – elmi konfransların, dəyirmi masaların keçirilməsi, həmçinin bir sıra nəşrlərin hazırlanması nəzərdə tutulur.

2025-ci ilin əhəmiyyətini göstərən digər bir mühüm hadisə Prezident İlham Əliyevin cari il yanvar 16-da “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Fərmanı imzalaması olub. Rəqəmsal dövlətin formalaşması istiqamətində qəbul olunmuş mühüm strateji sənəd olan bu Konsepsiyanın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsi dövlət qurumlarının rəqəmsal fəaliyyətinin sistemləşdirilməsinə təkan verməklə yanaşı, AMEA-nın da qarşısına mühüm vəzifələr qoyur.

Təbii ki, bütün bu əhəmiyyətli qərarların kontekstində elm və informasiya cəmiyyətinin inkişafı daha çox əhəmiyyət kəsb etməyə başlayır. Elm və texnologiyanın sürətli inkişafı fonunda science.gov.az portalının əsas vəzifələrindən biri də Azərbaycanın elmi nailiyyətlərinin rəqəmsal platformalar vasitəsilə geniş yayılmasını təmin etmək, elm və təhsilin inteqrasiyasının sürətləndirilməsinə dəstək verməkdir.

Bundan başqa, science.göv.az portalı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan elminin milli maraqlar kontekstində inkişafına töhfə verməli, elm və texnologiyanın ölkənin dayanıqlı inkişafında oynadığı rolu geniş ictimaiyyətə çatdırmalıdır. Bütün bu tədbirlər Azərbaycan elminin dünya elmi məkanında layiqli yer tutmasına xidmət edəcək.

İnanırıq ki, 2025-ci il həm elmin, həm də medianın inkişafında xüsusi rol oynayaraq, Azərbaycan elmi-mədəni həyatında unudulmaz iz buraxacaq. Science.gov.az elmi biliklərin cəmiyyətə çatdırılması istiqamətində mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirməyə davam edərək bütövlükdə informasiya cəmiyyətinin inkişafına mühüm töhfələr verəcək.

Nərgiz QƏHRƏMANOVA

AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri