Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR maaşları 20% artırdı

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

Miri Yusiflə Aiseldən yeni layihə

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

Cənubi Qafqazı qarışdırmaq planı və iflası...

Cənubi Qafqazı qarışdırmaq planı və iflası...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan məsələsi göründüyündən daha genişdir

Ermənistanı himayə edən güclər Tbilisidəki siyasi gərginliklərin də baş rolunu icra edir

Son həftələrdə Gürcüstanda baş verən hadisələrin mənşəyi və xarakteri sirr deyil. Ölkəsinin müstəqil xarici siyasət kursunu formalaşdırmağa çalışan, kənar müdaxilələrdən yaxasını qurtarmaq istəyən, ən əsası isə bir sıra güc mərkəzlərinin yaratdığı “agent şəbəkəsi”nin mövcud təhdidini aradan qaldırmaq üçün səfərbər olan hakimiyyətin addımları Qərb tərəfindən açıq sabotaj edilir. Xüsusilə, may ayında qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun və son parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin “2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı danışıqları dondurmağa qərar vermişik, Avropa İttifaqının qrantından imtina edirik” şəklində bəyanatı Tbilisini özünün planlarının tərkib hissəsi sayanların işini çətinə saldı.

Əslində, Gürcüstanda baş verənlər yalnız bu ölkənin sərhədləri daxilində cərəyan edən və ya edəcək hadisələrə, nəticələrə hesablanmayıb. Qərbin canfəşanlığının kökündə Tbilisiyə müdaxilə imkanlarını “itirməklə” yanaşı, Cənubi Qafqazdakı “varlığını” təhlükə qarşısında qoyma qorxusu da dayanır. Sirr deyil ki, Qərb, xüsusilə Bayden administrasiyası illərdir Gürcüstandan özünün “Şərq planları” üçün arxa bağça kimi istifadə etməyə çalışır. Nəticə etibarı ilə baş verənlər, Qərbin bütövlükdə regiona nəzərən “planlaşdırdığı” məsələlərin daşa dəyməsini şərtləndirir...

Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir...

Müşahidələr onu deməyə əsas verir ki, Tbilisidə qarışıqlıq mərhələsi arxada qaldı. Vəziyyət stabilləşir. Yeni dövrdə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün addımlar planlaşdırılır. Ümumiyyətlə, son illərdə Cənubi Qafqazda baş verən proseslər beynəlxalq aləm tərəfindən diqqətlə izlənilir. Hələ müstəqilliyin ilk illərindən birgə qlobal layihələrə imza atan Azərbaycan - Gürcüstan əməkdaşlığı bölgənin siyasi-iqtisadi gücünü təmin edən amillər sırasında yer alır. İki ölkə arasında mühüm siyasi-iqtisadi əlaqələr mövcuddur, möhkəm siyasi dialoq mühiti var. Eləcə də Gürcüstanda yaşayan etnik azərbaycanlılar iki ölkə arasında mühüm birləşmə telləri formalaşdırıb. Bu mənada, Gürcüstanda sabitliyin bərəqrar olması bölgə üçün yeni siyasi-iqtisadi reallıqlar yaradan Azərbaycan üçün də maraqlıdır. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır: “Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.

Tramp USAID-i qadağan edə bilər...

Vurğulandığı kimi, arxada qalmış etirazların mahiyyətinə nəzər saldıqda bir fakt bəlli olur ki, illərlə Qərbin Gürcüstanda formalaşdırdığı şəbəkə məhz sifarişlə milli maraqlara qarşı çıxış edən kütləyə çevrilib. Bu işdə ən çox fəallıq göstərənlər isə Qərb tərəfindən maliyyələşdirilən QHT-lər, siyasi ruporlar, “media kalonu” idi. Qərb məhz onların əli ilə öz gündəliyini Gürcüstan hakimiyyətinə qəbul etdirməyi düşünürdü. Proses isə onu göstərirdi ki, hətta Qərb vəziyyətin vətəndaş müharibəsi şəkli almasında belə maraqlıdır. Çünki sifarişlə işləyən QHT-çilərdən ibarət “dəstələr” üçün Gürcüstanın milli maraqları heç bir məna kəsb etmirdi. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək bildirib ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur: “Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.

Həqiqətən də ölkəmizdə də bir zamanlar bu kimi proseslərin şahidi olmuşuq - Qərbin maliyyəsi ilə ölkədə destabillik yaratmağa çalışan, milli maraqlara qarşı çıxanlar sifariş əsasında direktivlər yerinə yetirməklə məşğul idilər. Azərbaycan dövləti milli maraqlara təhdid yaradan bu amillərin aradan qaldırılması istiqamətində əsaslı işlər gördü. Bayden adminstrasiyasının konkret bölgələrə münasibətdə xarici siyasət kursunun əlaqələndiricisi kimi çıxış edən USAID və onun kimi “yumşaq güc” prinsipinə əsaslanan maliyyələşdirici təşkilatlar isə bu məsələdə “həlqə” rolunu oynayırdılar. Zaman-zaman Azərbaycanda da qeyri-adekvat fəaliyyətlə “yadda qalan” USAID və onun rəhbəri Samanta Pauel öz işlərini “qlobal vətəndaş cəmiyyəti şəbəkəsi”, “demokratiyanın inkişafı uğrunda şəbəkə”, “azad informasiya resursları şəbəkəsi” adı altında kamuflyaj etməyə çalışırdı. Bayden adminstrasiyasından “miras” qalan USAID artıq bütün dünyada ifşa edilir - bu həm də ABŞ-ın dölət olaraq imicinə mühüm zərbədir. Bu baxımdan, yaxın gələcəkdə Vaşinqtonun adına mənfi çalarlar qatan bu təşkilatın ləğvi də aktuallaşa bilər. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, yardım asılılıq yaratmamalıdır. “Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. Bizdə hələ qadağan edilməyib, amma zənnimcə, Tramp onu qadağan edə bilər”, - deyən dövlət başçısı əlavə edib ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz: “Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir”.

Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir...

Nəticə etibarı ilə Qərbin Gürcüstan üçün planlaşdırdığı destruktivlik yalnız bu ölkəni deyil, bütün regionu əhatə etməli idi. Amma başda Bayden adminİstrasiyası və Makron hakimiyyəti olmaqla bu “arzular” da puç oldu. 2014-cü ildə Ukrayna üçün “yazılmış” ssenarini Tbilisidə təkrarlamağa çalışanlar iflasa uğradı. Göründüyü kimi, Cənubi Qafqazı qarışdırmaq planı bir mərkəzdən idarə olunur - Ermənistanı himayə edən güclər Gürcüstanda da siyasi gərginliklərin baş rolunu icra edir. Prezident İlham Əliyev vurğulayıb ki, Gürcüstan məsələsi göründüyündən daha genişdir: “Zənnimcə, bu səbəbdən nəzərdə tuturam ki, adətən irəliyə sanksiyaları vərdişə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür. Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq”.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see7554

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see260

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see246

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see225

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see220

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see157

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see151

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see137

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see129

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see126

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see124

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

15 Noyabr 2025 01:29see120

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see120

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri