Icma.az
close
up
RU
525 ci qəzet BDU nun Mexanika riyaziyyat fakültəsinə 600 dən yuxarı balla qəbul olanların sayı artıb

525 ci qəzet BDU nun Mexanika riyaziyyat fakültəsinə 600 dən yuxarı balla qəbul olanların sayı artıb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son iki ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinə 600-dən yuxarı balla qəbul olan tələbələrin sayı artıb.

Bu barədə 525.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ilində fakültənin I kursuna 600-dən yuxarı bal toplayan 78 nəfər qəbul olunub. Onlardan 13-ü 650-dən artıq bal toplayıb. 2023-2024-cü tədris ilində fakültənin I kursuna 600-dən yüksək balla 20 nəfər qəbul olub, onlardan 2-nin balı 650-dən yüksək olub.

Fakültə tələbələri beynəlxalq və respublika olimpiadalarında uğurları ilə seçilirlər. Belə ki, Riyaziyyat üzrə Dünya Olimpiadasında fakültənin tələbələri Vüqar Quliyev I, Amil Cəbiyev isə III yeri qazanıb. Ali məktəb tələbələri arasında Riyaziyyat üzrə Respublika Olimpiadasında fakültənin 1 tələbəsi I, 2 tələbəsi II, 3 tələbəsi isə III yerləri tutub, 6 tələbə həvəsləndirici diplom alıb. Hazırda fakültədə 2 Prezident təqaüdçüsü təhsil alır.

2024-cü ildə fakültə tədris və elmi fəaliyyətində bir sıra mühüm nailiyyətlərə imza atıb. Fakültə əməkdaşlarının son 5 ildə “Web of Science” (WOS) bazasında dərc edilmiş məqalələrinin sayı 123-ə çatıb. 2024-cü ildə isə fakültənin alimləri 163 elmi məqalə nəşr etdiriblər, onlardan 60-ı beynəlxalq, 103-ü isə yerli elmi jurnallarda dərc olunub.

Fakültənin elmi fəaliyyətində seminar və konfranslar da mühüm yer tutur. 2024-cü ildə fakültədə 114 elmi seminar, 4 ustad dərsi, 76 açıq dərs və Tələbə Elmi Cəmiyyətinin 4 elmi seminarı təşkil olunub. Hesabat ilində fakültə tərəfindən 2 respublika elmi konfransı keçirilib.

Fakültənin professor-müəllim heyəti güclü elmi potensiala malikdir. Fakültədə ümumilikdə 84 professor və müəllim çalışır, onlardan 2-si AMEA-nın müxbir üzvü, 21-i elmlər, 53-ü fəlsəfə doktoru, 18-i professor və 40-ı dosentdir.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri