Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

525 ci qəzet Bir atalar sözünün yaradılış hekayəsi İmran Verdiyev yazır

525 ci qəzet Bir atalar sözünün yaradılış hekayəsi İmran Verdiyev yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İmran VERDİYEV
Əməkdar müəllim 

Yəqin ki, xoşumuz gəlməyən bir varlıq daim qarşımıza çıxanda işlətdiyimiz "İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər" atalar sözünü hamı eşidib. Zənnimizcə, bu atalar sözünün yaradılış hekayəsi də  maraqlı olar.

Dünyada otuza qədər növü olan yarpız kəskin qoxulu, ətirli bitkidir. Adətən su mənbələrinin yaxınlığında - bulaqların, arxların kənarında, çayların və göllərin sahilində çox bitir. Hələ XI əsrdə yaşamış M.Kaşğarinin məşhur "Divani-lüğat-it-türk" əsərində yarpız haqqında deyilir ki, "gözəl rayihəli bir ot, qır nanəsi"dir. Onun gözəlliyinə və valehedici ətrinə çoxlu mahnılar qoşulmuş, şeirlər, hekayələr və romanlar yazılmışdır. Yazılmaqda da davam edir.

İnsanlar yarpızı çox sevirlər. Vaxtı ilə quşəppəyi, yemlik, quzuqulağı, cincilim, əvəlik, nanə, dağkeşnişi kimi yarpız da milli mətbəxtimizdən əskik olmazdı. Hətta yay fəslində toplayıb qurudur, ilboyu yararlanırdılar. İndi də istifadə edilir. Sağlamlıq üçün çox faydalıdır, xalq təbabətində geniş tətbiq olunur.

Bəlkə də, ilanın əsasən quraq səhralarda yaşadığını, yarpızın isə adətən sulu yerlərdə yetişdiyini, onun quraq yerlərdəki ilan yuvalarının qarşısında bitmə ehtimalının düşük olduğunu nəzərə alaraq ilan - yarpız əlaqəsinin məntiqsiz olduğunu, "İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər" atalar sözünü "Divani-lüğat-it-türk"də rastlaşdığınız "Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür" ifadəsinin təhrif olunmuş şəkli kimi düşünürsünüz.  

Amma belə düşünməyə tələsməyin. Əvvələn, ona görə ki, ilan heç də həmişə quraq yerlərdə, səhralarda olmur. Zooloqlar qeyd edirlər ki, onlar hər yerdə - meşələrdə, çöllərdə, dənizlərdə və dağlarda, hətta Himalay dağlarının 4900 metr yüksəkliyində də yaşayırlar. Digər canlılar kimi, onların da suya (o cümlədən yarpızın yetişdiyi məkanlardakı su mənbələrinə) həyati ehtiyacları var.

İkincisi, "Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür" atalar sözündəki "yarpuz" R.Əskərin də yazdığı kimi, "...əslində bitki deyil, firon siçanı imiş... İlanın zəhləsi yuvasının ağzında "bitən", yəni dikəlib duran və onu gözləyən firon siçanından, manqustdan (quş, ilan və xırda gəmiricilərlə qidalanan yırtıcıdan - İ.V.) gedirmiş..." Bizim bəhs etdiyimiz atalar sözündə isə bitkilərin bir növü olan yarpızdan ("mentha pulegium"dan) söhbət gedir.

Mütəxəssislər göstərirlər ki, mükəmməl iybilmə qabiliyyətinə malik olan ilan yarpızın qoxusuna da yaxşı bələddir. Bəs niyə ilanın belə bir gözəl və ətirli, min bir dərdin dərmanı olan bitkidən zəhləsi gedir? Bunun səbəbi nədir?

AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru T.İsgəndərov "İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər" atalar sözünün əsaslı olduğunu qeyd edərək bildirir ki, iylə də oriyentasiya edən ilanlar onlara pis təsir edən istənilən kəskin qoxudan çəkinirlər. O cümlədən, yarpız, sarımsaq, nanə iyindən. Bu, onların kəskin iy və qoxulara qarşı həssas olmasından irəli gəlir (Hazırda sənaye üsulu ilə kimyəvi ilanqovucuların istehsalı da buna əsaslanır). Yarpızdan ayrılan uçucu efir yağları da çox kəskin olduğundan ilana toksiki təsir göstərir. Alim müsahibələrinin birində deyir ki, "Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ...ora kəskin iyli yarpız, sarımsaq kimi bitkiləri qoymaqla ilandan qoruna bilərsiniz". Onların qoxusu ilanlar üçün son dərəcə rahatsızedicidir. 

Digər mütəxəssislər də təsdiq edirlər ki, ilanlar daha çox mexaniki titrəmə təsirlərinə və kəskin iyə qarşı həssasdır. Ona görə də ilan süründüyü marşrutda kəskin iyə rast gəldikdə kənara gedir. Türkəçarə kimi ilandan qorunmaq üçün onun ola biləcəyi yerlərə yarpız, nanə, sarımsaq və s., sonralar isə daha kəskin iyli digər maddələrin (kükürd, naftalin, kerosin, mazut, keçi tükü, kül və s.) qoyulması da bunu sübut edir. İlan onların spesifik iyindən çəkinir. Təsadüfi deyildir ki, xalq arasında əsrlərin sınağından çıxmış belə inanclar da mövcuddur: "Yarpız olan həyətdə ilan olmaz", "Yarpız bitən bostana ilan dolanmaz" və s. Hətta xalq arasında yumorla deyilmiş belə bir ifadə də var: "Dərisi avtomatik olur vız-vız, İlan hər dəfə görəndə yarpız". Qaşqayların el şairi M.İbrahimin "Atasın öldürən oğlunu qoyan, Olur yarpuz inən mar aşnalığı" və Ə.Bəşiroğlunun "İlanlar sevmir əzəldən yarpızı", O.Bahadırsoyun "Bir ilana çiyələk, birinə yarpız olar" misraları da məlum ilan-yarpız münasibətindən xəbər verir.

Alman alimləri müəyyən etmişlər ki, ilanların uzaqlaşdırılması üçün tapılan və əsrlərin sınağından çıxmış üsul və vasitələr uzun müddət davam etmiş təkamül nəticəsində yaranan məlum fobiyanın nəticəsidir. Hətta bir qrup alim hesab edir ki, bu qorxu hissi insanlarda anadangəlmədir. Ona görə də insanlar ilanı həyət-bacadan, ev-eşikdən uzaqlaşdırmaq və ondan qorunmaq üçün müxtəlif yollar axtarmışlar. Belə yollardan biri də yarpızdan istifadə etmək olmuşdur.

Tarixi faktlar göstərir ki, vaxtı ilə Virciniyada zərərvericiləri məhv  etmək məqsədilə yarpızın qurudulmuş yarpaqlarından  istifadə olunub. Pulqar yarpızı (Azərbaycanda Böyük Qafqazın şərqində, Qubada və cənub zonasında - Lənkəran ovalığında rast gəlinir) isə o qədər məşhur bitki idi ki, hətta Kral Cəmiyyəti 1665-ci ildə onun çıngırlı ilanlara  qarşı istifadəsi haqqında Fəlsəfi Əməliyyatlar kitabının birinci cildində məqalə dərc etdirib.

Deməli, ilanın yarpızdan zəhləsinin getməsinin əsas səbəbi yarpızın ona pis təsir edən kəskin qoxusu, toksik təsiridir. Sarımsaq qoxusu kimi, nanə iyi kimi. 

Beləliklə, aydın olur ki, "İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər" atalar sözü tam məntiqi əsasda formalaşıb. Heç də "Divani-lüğat-it-türk"də rastlaşdığınız "Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür" atalar sözünün təhrif olunmuş forması deyil. Onun fərqli zamanda və fərqli şəraitdə yaranmış və fərqli həyat təcrübəsini ifadə edən yeni variantıdır (Xüsusi olaraq qeyd edək ki, lüğətdə "yarpuz" sözü həm bu gün "yarpız" dediyimiz bitki, həm də heyvan (manqust) adı kimi izah olunur. Yəni eyni nitq hissəsinə aid omonimlərdir). Buradakı variantlaşma daha çox omonimləşmə amili ilə əlaqəlidir. Ümumiyyətlə, variantlaşma atalar sözləri üçün qanunauyğun hal, həm də onların konstitutiv xüsusiyyətidir.

Qaldı ki, "...yuvasının ağzında bitər" ifadəsinə, bu ifadə məcazi mənadadır. Atalar sözlərinə həmişə formal məntiq prinsipləri ilə yanaşmaq düzgün deyil. İ.Abbasovun "Atalar nə deyibsə, düz deyib... yaxud "əlində qayçı" qoyun otarmaq nə deməkdir" başlıqlı yazısında dediyi kimi, "...insanlar sadəcə bir amili nəzərdən qaçırırlar ki, atalar sözləri hər şeydən əvvəl bədii düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər hesabına formalaşır... Atalar sözünün məğzində, mayasında hifz edilən dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək üçün insandan, doğrudan da, müəyyən bir düşüncə potensialı, mütaliə səriştəsi tələb olunur və nəhayətdə başa düşürsən ki, atalar nə deyibsə, düz deyib". Bu sahədə araşdırma etmiş Honek və Templin fərziyyələrinə görə, atalar sözünün qavranılması müxtəlif mərhələlərdə baş verir. İlk öncə, eşidilən atalar sözünün ilkin mənası, daha sonra isə onun ifadə etdiyi əsas məna başa düşülür. "Mənanı daha dərindən başa düşmək bacarığına sahib olmaq" isə əsas şərtdir. 

Obrazlı desək, atalar səhv etməz, "Quran" yanında gedən" hər bir atalar sözünün öz yaradılış hekayəsi olur. Fərqli zamana, məkana, məqama və fərqli həyat təcrübəsinə uyğun yaradılış hekayəsi. Biz də belə bir hekayədən bəhs etdik.

Ömrünüz həmişə yarpız kimi gözəl və xoş ətirli olsun, ilandan-çayandan uzaq olasınız!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see478

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see384

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see340

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see322

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see291

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see165

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see150

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri