Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Erməni aşıqları niyə azərbaycanca yazıblar? İmran Verdiyev yazır

525 ci qəzet Erməni aşıqları niyə azərbaycanca yazıblar? İmran Verdiyev yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İmran VERDİYEV
Əməkdar müəllim 

Tarixi mənbələr göstərir ki, ta qədimdən varsaq, qusan və mütrüb, XVI əsrdən aşıq adlanan erməni aşıqları daha çox Azərbaycan dilində yazıb-yaratmış, öz istedadlarını əsasən Azərbaycan türkcəsində göstərə bilmişlər. Ermənilərin özlərinin tarixçisi, professor A.Babaxanyan yazırdı ki: "...Erməni aşıq yaradıcılığının az bir hissəsi, hətta demək olar ki, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onların əsərlərinin əksəriyyəti türkcədir (azərbaycancadır)".

Başqa bir erməni folklor toplayıcısı və naşiri G.Tarverdiyan isə deyirdi: "Mənim topladığım erməni aşıqlarının müəyyən hissəsi tamamilə azərbaycanca şeir söyləmişlər... Yalnız ermənicə şeir qoşan aşıqların sayı 20-25 nəfərdən artıq deyildir". 

Bəs görəsən, erməni qusanları  niyə Azərbaycan dilinə möhtac qalmışdılar?

Bunun əsas səbəbi, fikrimizcə, Azərbaycan dilinin coğrafi dairəsinin genişliliyi ilə yanaşı, ta qədimdən Qafqazda linqva franka, həm də şeir və musiqi dili  olmasıdır. Professor Q.Namazov "Erməni qusanları qoşmalarını azərbaycanca yaradırdılar" adlı məqaləsində haqlı olaraq yazır ki, "Türk-Azərbaycan dilinin təsir dairəsi o qədər əhatəli idi ki, istər-istəməz azərbaycanlılarla qonşu olan başqa xalqlar da bu dildən  ünsiyyət vasitəsi, həm də fikrin poetik ifadəçisi kimi istifadə edirdilər. Azərbaycan xalq şeiri və ozan-aşıq lirikası Yaxın Şərqdə elə geniş bir vüsət almışdı ki, hətta erməni qusanlarının əksəriyyəti şeirlərini bu dildə yaradır, erməni əlifbası ilə yazıya köçürürdülər".

Azərbaycan (türk) dilinin erməni dilinə təsirinin tarixi isə çox qədimlərə gedib çıxır. Bu barədə ilk tədqiqatın müəllifi, XIX əsrdə yaşamış alman alimi, doktor Mordman yazırdı: "Məlumdur ki, ermənilər hind-Avropa mənşəli xalqdır. Lakin onların dili Turan dillərinin güclü təsirinə məruz qalmışdır. Bu ifadə ilə mən heç də çoxəsrlik əlaqə nəticəsində alınmış sözləri yox, eramızın IV, V, VI və VII əsrlərində erməni dilində işlənən Turan sözlərini nəzərdə tuturam". Sonrakı əsrlərdə də "qədim erməni dili" həmişə Azərbaycan və digər türk dillərinə möhtac olmuşdur.

Dilçi H.A.Acaryan 1926-cı ildə Bakıda keçirilmiş I Beynəlxalq Türkoloji qurultayda "Türk və erməni dillərinin qarşılıqlı əlaqələri" mövzusunda rus dilində etdiyi məruzəsində göstərirdi ki, "Adətən, bir dil başqa dildən isim, sifət, nadir hallarda feilləri alır. Erməni dili isə bunlarla yanaşı, türk dillərindən miqdar, sıra sayları, zərf və bağlayıcıları da almışdır. Azərbaycan və digər türk dillərinin erməni dilinə təsiri təkcə leksik alınmalardan ibarət deyil, erməni dilinin qrammatikası və fonetikası da bu dillərin güclü təsirinə məruz qalmışdır".

Ona görə də realist erməni ədəbiyyatının banisi X.Abovyan: deyirdi ki: "Dilimizin yarısı Azərbaycan sözləridir. Onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl, zərb-məsəlləri azərbaycanca deyirlər. Azərbaycan dili bizdə o qədər yayılmışdır ki, bu dili hətta qadınlar və uşaqlar belə başa düşürlər. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik istedadına malik olan adamların tatarca (azərbaycanca) şeir yaratmaları və oxumaları çox təbii bir haldır. Öz səslənməsi, poetikliyi və ahəngdarlığı ilə, qrammatik cəhətdən tatar (Azərbaycan) dili başqa dillər arasında ən yaxşısıdır".

Filosof, şair və publisist M.Nalbandyan isə belə yazırdı: "Erməni aşıqlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar. Qədim nəğmə və mahnıların, havaların əksəriyyəti azərbaycanlılardan götürülüb. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə deyilmiş bir söz eşidəm. Lakin həmin sözü dinləmək indiyə kimi nəsibim olmayıb".

Görünür, buna əsasın fransız tarixçi J.Ş.Deserbye  qeyd edirmiş ki, "Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir".

Mənbələr göstərir ki, ermənilərin Azərbaycan dilində şeir yazmalarının və çalıb-oxumalarının da tarixi çox əvvəllərə gedib çıxır. Məsələn, hələ XIII əsrdə yaşamış Hovanes Zəncanlı "Məryəm" adlı şeirini azərbaycanca yazıb. Yenə həmin əsrdə Azərbaycan türkcəsində yazmış erməni şairi B.H.Yerzinqasinin şeirlərində Allaha "Tenqri", Məryəmə "Tenqri anası" deyə dualar edilir, erməni qaynaqlarında təsadüf edilən azərbaycanca mənzumənin ("Molla oğlu ilə keşiş qızının deyişməsi") məzmunu isə "Əsli-Kərəm" dastanının motivlərini yada salır. XIV-XVIII əsrlərdə H.Tlkuransi, K.Yerzinkatsi, M.Naqaş və D.Bağişetsi, K.Axtamaretsi və V.Qucağ, D.Murad, N.Ovnatan, S.Nova, Miran, Bağıroğlu, Əmiroğlu, Q.Yeqaz, T.Dədə, Ş.Meleko, K.Nova, Q.Hovanes və başqa onlarla erməni qusanları yaşamış, azərbaycanca (türkcə) yazıb-yaratmışlar. Bunlar "tək bir səbəbdən aşıq idilər ki, öz məşhur əsərlərini onlar üçün anlaşılan dildə", yəni Azərbaycan (türk) dilində ifa edirdilər" (tarixçi, professor Leo). 

İntibah dövründə Azərbaycan şifahi xalq ədəbiyyatının, eləcə də aşıq yaradıcılığının çiçəklənməsi və daha da inkişaf etməsi nəticəsində azərbaycanca çalıb-oxuyan erməni aşıqlarının da sayı artmışdı. Belə ki, həmin dövrlərdə Türkiyədə və Cənubi Qafqazda Anadolu və Azərbaycan türk ləhcəsi ilə yazıb-oxuyan yüzlərlə erməni aşığı yaşamışdır. Azərbaycanca şeir qoşan və oxuyan ermənilərin sayının getdikcə artmasının birinci və əsas səbəbi yuxarıda da qeyd etdiyimiz kimi, Qafqazda əsas işlək dilin (linqva franka) Azərbaycan dili olması, ikinci səbəbi erməni dilli dinləyici və tamaşaçı auditoriyasının məhdudluğu idi. Üçüncü səbəb də XIX əsrin birinci yarısınadək müasir erməni ədəbi dilinin - aşxarabarın formalaşmaması, əski erməni ləhcəsini - qraparı isə sadə və savadı olmayan ermənilərin başa düşməməsi sayıla bilər. Beləliklə, Azərbaycan dilində yazıb-oxumaqdan başqa yol qalmırdı. Erməni aşıqları ancaq Azərbaycan dilinin köməyi ilə özlərinə çoxlu dinləyici və tamaşaçı toplaya bilirdilər. Təsadüfi deyildir ki, erməni publisisti və ədəbiyyatşünası A.Arşaruni "Nizami və erməni ədəbiyyatı" adlı yazısında etiraf edirdi ki, "Azərbaycan dili, demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks-təqdirdə onlar dinləyicilər qarşısında müvəffəqiyyət qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmazdı". Deməli, erməni aşıqlarının azərbaycanca yazması mövcud şəraitlə və həyati zərurətlə bağlı olub.    

Onu da qeyd edək ki, erməni aşıqlarının Azərbaycan dilində yazıb-yaratmalarına mövcud siyasi həyatın da ciddi təsiri olmuşdur. Xüsusən XVI əsrdə mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması, Səfəvilər sülaləsinin ilk hökmdarı Şah İsmayılın hakimiyyətə gəlməsi, ölkənin sosial-iqtisadi və mədəni həyatında dəyişikliklərin baş verməsi, şahın özünün də ədəbiyyat və incəsənətlə maraqlanması və ana dilində şeirlər yazması, saz-söz ustalarını öz sarayına toplayaraq onlara himayəçilik etməsi, Azərbaycan dilinin dövlət dili elan olunması və bu dilin Səfəvilər dövlətində yaşayan bütün xalqlar (o cümlədən ermənilər) arasında əsas ünsiyyət vasitəsi olması və s. prosesə təsirsiz qalmamış və bu, erməni aşıqlarının da azərbaycanca yazmasına stimul yaratmışdı. 

Sonrakı dövrlərdə də türk-Azərbaycan dilinin coğrafi təsir dairəsi geniş və əhatəli olmaqda qalmış, azərbaycanca yazan erməni aşıqlarının sayı artmaqda davam etmişdir. Matenadaranda və Ermənistan arxivlərində uzun illər tədqiqat aparan filologiya elmləri doktoru İ.Abbasov qeyd edir ki, XVII-XIX əsrlərə aid elə bir erməni əlyazması yoxdur ki, orada erməni əlifbasında Azərbaycan xalqının qədim nəğmələrinə təsadüf edilməsin.

Bütün ölkədə olduğu kimi, ermənilərin sıx yaşadıqları İrəvan və Qarabağ xanlıqlarının ərazisində də Azərbaycan dili həmişə dominant olub. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopenin Azərbaycan dilinin yayılma arealı haqqında qeydləri də bunu sübut edir. Görkəmli yazıçımız Y.V.Çəmənzəminli də "Azərbaycan ədəbiyyatında erməni müəllifləri" adlı əlyazmasında qeyd edirdi ki, "Ermənilər, gürcülər və rus mühacirləri bir-birinə yavuqlaşdıqda onların dilək və arzularına yeganə tərcüman olan türkcəmizdir".

1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman səyyahı A.Haksthauzen isə yazırdı: "Ermənilər öz mahnılarını ermənicə yox, tatar (türk) danışıq dilində qoşur və oxuyurlar, çünki məhz bu dil Cənubi Qafqaz xalqları arasında ünsiyyət, ticarət və anlaşma dilidir. Bu nöqteyi-nəzərdən Azərbaycan dili Avropada geniş işlənən fransız dili ilə müqayisəyə gələ bilər. Bununla bərabər, bu dil xüsusi poeziya dilidir. Çox güman ki, erməni şeirlərinin zəif yayılmasının səbəbi məhz bundadır, ən məşhur erməni şairləri, əsərlərinin geniş yayılması üçün həmişə tatarca (azərbaycanca) yazırdılar". 

Azərbaycan dilinin üstünlüyü XX əsrdə də davam etmişdir. Həmin əsrin əvvəllərində yaşamış erməni yazıçısı və pedaqoqu Q.Acayan bildirirdi ki, indi də "Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir, ona görə də biz türkcə oxuyuruq". Acaryanın bu sözləri danılmaz tarixi həqiqəti əks etdirir.

Ümumiyyətlə, tədqiqatların nəticəsində XVII əsrdən XX əsrin ortalarınadək Anadoluda və Cənubi Qafqazda türk dilinin Anadolu və Azərbaycan ağzı ilə yazıb-oxuyan 400-ə (G.Tarverdiyana görə, 1300 nəfərə) yaxın erməni aşağı müəyyən edilmişdir. 

Əlbəttə, ermənilərin Azərbaycan dilində oxuyub-yazmasında ədəbi-mədəni əlaqələrin təsiri də danılmazdır. Akademik B.M.Jirmunski yazırdı ki, "heç bir milli ədəbiyyat, başqa xalqların ədəbiyyatı ilə canlı, yaradıcı və qarşılıqlı təsirdən kənar inkişaf etməmişdir". Y.Ramazanov özünün "Azərbaycan dilində yazıb-yaradan erməni aşıqları" əsərində qeyd edir ki, qusanların Azərbaycan dilində yazması həm də "ədəbi-mədəni əlaqələrin folklordakı təzahür əlamətlərindəndir". Ə.Yeravanlı da bunu ədəbi əlaqələrin "ən parlaq təzahürlərdən" sayır. Folklorşünas alim H.İsmayılov isə dastanlarda olan şeirlərin ermənilər arasında geniş yayılmasını ermənilərin daima Azərbaycan-türk mədəniyyətinə tarixi bağlılığı, bədii düşüncələrin kasadçılığı üzündən folklorumuza möhtac qalması ilə əsaslandırır. Bunları erməni alimləri özləri də təsdiq edirlər. Ədəbiyyatşünas M.Canaşyan və erməni din xadimi, folklor toplayıcısı, naşir T.Y.Balean yazırdılar ki, erməni "aşıq yaradıcılığı türk təsiri altında olub". A.Arşaruni və M.Nalbandiyan bu təsirin mahiyyətini açıqlayaraq deyirdilər: "Erməni xalqı daim Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə etmişdir, bu ədəbiyyata və folklora həmişə məhəbbətlə yanaşmışdır: "Erməni aşıqları hər zaman azərbaycanlı ustadlarının yaradıcılığına söykəniblər". Ümumiyyətlə, erməni folkloruna Azərbaycan aşıq ədəbiyyatının təsiri, erməni aşıqlarının Azərbaycan aşıq sənətinin ənənələrindən bəhrələnmələri sübuta ehtiyacı olmayan aksiomadır. 

Y.Ramazanov yuxarıda adı çəkilən əsərində erməni aşıqlarının Azərbaycan dilində yazmalarının digər səbəblərindən birini də ermənicənin şeir dili kimi yoxsul (Akademik N.Y.Marr erməni xalqı kimi erməni dilini də hibrid dil adlandırırdı), Azərbaycan dilinin isə poeziya üçün "əlverişli və qabil dil" olmasında, dilimizin zənginliyində, funksional imkanlarının genişliyində, ecazkarlığında, poetikliyində və musiqili ahəngdarlığında görürdü.

Bu həqiqəti erməni akademik M.Abeğyan da etiraf etməyə məcbur olmuşdu. O,"Xalq nəğmələri" adlı əsərində belə yazırdı: "Bədbəxtlikdən dilimiz qafiyə cəhətdən yoxsuldur. Həmahəng sözlər məhdud miqdardadır. Bu səbəbdən də xalq çox zaman qafiyə üçün tanış olduğu türk (Azərbaycan) dilinə müraciət edir". Professor A.Babaxanyan isə əlavə edərək deyirdi ki, "Aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etməkdən ötrü türk dili erməni xalq ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir".

Professor A.Bayramovun da dediyi kimi, "Dilimizin gözəlliyi, emosional-poetik xüsusiyyətləri, axıcılığı, söz sırasının poetik durumu bütün dövrlərdə erməniləri məftun etmiş, onlar hazır söz qəliblərindən və deyimlərdən yetərincə faydalanmışlar. Azərbaycan türkcəsinə aid olan sözlərin başqa dillərdə işlədilməsi yaxşıdır, amma sözləri və sözlərin ifadə etdiyi əşya və məfhumları özlərinə çıxmaları elmi saxtakarlıqdır".

Qədim yəhudi zərb-məsəllərindən birində deyilir: "Sən kimə daha çox inanırsan - mənə, yoxsa öz gözlərinə?" Gözlərimin gördüyü, beynimin dərk etdiyi reallıq isə mənə erməni iddialarından tamamilə fərqli mənzərəni göstərərək deyir ki, ermənilərin saz-söz sənəti heç yerli-dibli olmayıb. Alimlərimizin də dediyi kimi, "bu sənəti erməni etnik mədəniyyətinə gətirən və onu bu xalqa sevdirən xristian türklər" (alban mənşəli) olub.

Filologiya elmləri doktoru İ.Cəfərsoy türkdilli xristian aşıqlar barədə qısa məlumatda bildirir: "Ə.İrəvanlının 1958-ci ildə nəşr olunan kitabında əlli-altmış (onların sayı qat-qat çox olmuşdur - İ.V.) türkdilli erməni aşığının yaradıcılığı haqqında məlumat verilir. Əslində onların çoxu erməni deyildi, xristian qıpçaqlar, peçeneqlər, berendeylər idi". İ.Sarıyeva "Erməniləşdirilmiş türkdilli xristian aşıqlara - Sayat Novadan Qul Eğaza və Aşıq İzaniyədək" adlı məqaləsində yazır ki, "Sayat Nova (Sayat Nəva) başda olmaqla onlarla türk xristian aşıq var. Təbii, bəzi ermənilər olub ki, Azərbaycan aşıqlarının yanında (çox zaman balabançı və ya dəmkeş olaraq - İ.V.) bu sənətə maraq göstəriblər, amma bu o anlama gəlmir ki, aşıq sənəti onlara məxsusdur. Çünki ermənilərdə tarixən aşıq olmayıb". 1912-ci ildə İzmirdə nəşr edilən, həm ermənicə, həm də türkcə yazan erməni aşıqlarının şeirləri toplanmış kitabın müqəddiməsində xristianşünas araşdırmaçı da yazır ki, bunların hamısı mənşə etibarilə türklərdir. Çünki musiqi, poeziya, təhkiyə, rəqs, pantomima və teatr sənəti elementlərini üzvi şəkildə birləşdirən aşıq sənətində türkün milli ruhunun s?si aydın duyulur. Bu ruh erməniyə yaddır. Ona görə onlar sazda nə qədər yaxşı çalıb-oxusalar da, şəmkirli Aşıq Muradın qeyd etdiyi kimi, "bizim kimi oxuya bilmirdilər". Çünki ruh, o ruh deyildi. Min yaşlı "Qabusnamədə" deyildiyi kimi, "onların xarakterində və təbiətində ancaq murdarlıq vardır".

Məhz bunları nəzərə alan məşhur mütəxəssis A.Koroşşenko hələ 1896-cı ildə "Moskva xəbərləri" qəzetində dərc olunan "Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr" məqaləsində qeyd edirdi ki, "...ermənilərin özlərinin xalq musiqisi yoxdur". Onlar yalnız əhatəsində yaşadıqları xalqların folklorunu və musiqisini yamsılamaqla məşğul olmuşlar. "Ozan mədəniyyətindən istifadə edib "qusan sənətini" ortaya çıxarmışlar. Tarixi inkişafın mərhələlərini başa düşməyərək ozan sənətinin aşıq sənətinə keçdiyi anlarda özlərinin ozan sənəti ilə bağlılığını iddia edib tez-tələsik Azərbaycan aşıq sənətini təqlid etməyə başlamışlar". Onlar hətta öz təxəllüslərini də bizim aşıqların təxəllüslərinə bənzətmiş, bizim musiqi alətlərimizdən, şeir formalarımızdan və hacavatlarımızdan istifadə etmişlər. Məlum olduğu kimi, türk aşıqları şeir yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar. Haqverdiyan adlı bir erməni 80-ə yaxın aşıq havacatlarının tamamilə türklərə aid olduğunu yazırdı, sənətşünas və professor Q.Levonyan isə açıq şəkildə etiraf edirdi ki: "Erməni aşıqlarının həm özlərinə götürdükləri adların, həm də onların şeir və mahnılarının adlarının hamısı Azərbaycan dilindədir".

Türk mədəni dəyərlərinə sahib çıxmaq cəhdi erməni xislətinin bariz nümunəsidir. Erməni tarixçisi M.Xorenlinin (V-VI əsrlər) də dediyi sayaq, "İndi olduğu kimi, keçmişdə də elmə, şifahi ötürülən mahnılara həvəsləri olmayan, ona görə də kəmağıl, nadan və vəhşi qalan qədim hayların" tör-töküntülərinin birbaşa piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə aid olan, türkün milli-m?n?vi v? dini-irfani d?y?rl?rl? süsl?nmiş saz-söz sənətini yalandan erməni mədəni mülkiyyəti hesab etməkləri absurddur. Öz yazıçıları V.Papazyanın qeyd etdiyi kimi, "Cahil, savadsız, vəhşi və ilk öncə şüursuz və əsasən soyğunçuluq və quldurluqla məşğul olan, şimal vəhşiləri kimi ov hesabına yaşayan", bədii təfəkkürü yerlə sürünən, bədii-estetik zövqü biabırçı vəziyyətdə olan ermənilərin intellektual-idraki məzmun daşıyan aşıq ədəbiyyatına malik olmasını iddia etməsi doğrudan da gülməlidir. Bu bədbəxtlər başa düşmürlər ki, aşıqlıq "ruh və yaşam biçimidir", bu "geyim" onların əyninə biçilməyib. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor M.Qasımlı müsahibələrinin birində deyir: "Şəmkirdə erməni aşıq Yervant vardı, o, Azərbaycan dilində çalıb-oxuyurdu. Hər dəfə mənə deyirdi ki, erməni dili aşığa uyğun deyil, saza yatmır. Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili ilə söyləyirdi".

Əsl həqiqəti isə erməni tədqiqatçısı və ədəbiyyatşünası S.Palasanyan hələ 1886-cı ildə Sankt-Peterburqda nəşr etdirdiyi "Erməni nəğmələri" kitabında yazmışdı: "Biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik". Bu, bir etiraf idi. Ermənilərin belə etirafları isə çoxdur, lap çox. Biz yazımızda bilərəkdən bu üzdəniraqların etiraflarından da iqtibaslar elədik. Lakin unutmayaq ki, bu etiraflar səmimiyyətdən yox, hayların həqiqət qarşısında aciz qalmaqlarından irəli gəlir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see202

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see165

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri