Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

525 ci qəzet Qədim türklərdə baçaq kəlməsi və orucluq mərasimi İmran Verdiyev yazır

525 ci qəzet Qədim türklərdə baçaq kəlməsi və orucluq mərasimi İmran Verdiyev yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İmran VERDİYEV
Əməkdar müəllim 

"Qurani-Kərim"də oruc və onun qəti hökm olaraq bəyan edildiyi ayədə buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız!" (Bəqərə, 183). Qəti hökm olaraq bəyan edilən bu prosesin adının, yəni farsca  "oruc" kəlməsinin qədim türk dilində qarşılığının olduğunu bilirdinizmi? Bəs İslamdan öncə türklərdə "oruc"luğun olduğunu necə?

Əvvəlcə, "oruc" sözü haqqında. Bəli, "oruc" sözünün qədim türk dilində "baçaq" adlı qarşılığı olub. Əski uyğur sözü hesab olunur. Mənbələrdə bəzən bu sözün "baçak", "baçağ" və s. kimi yazılması hallarına da təsadüf edilir.  

XI əsrdə yaşamış M.Kaşğarlının məşhur "Divani-lüğat-it-türk" əsərində (I cild, Bakı - "Ozan" - 2006. səh: 410) bu barədə yazılıb ki, "Baçak xristianların orucu"dur. Bizcə, M.Kaşğarlı bu ifadə ilə xristianlığı qəbul etmiş türk əsilli uyğurları nəzərdə tutmuşdur.

Alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloq V.V.Radlov isə bu kəlmənin, ümumiyyətlə, hər hansı bir dindən asılı olmayaraq, orucu bildirdiyini qeyd edir və fikrini "Manixeylərin (manixey dininə tapınan uyğur türklərinin - İ.V.) "Tövbə duası" kitabından gətirdiyi sitatla əsaslandırır.

Burada haşiyə çıxaraq və ehtiyacı nəzərə alaraq manixeylik barədə çox qısa məlumat verməyi məqsədəuyğun hesab edirik. Manixeylik Mani adlanan şəxs tərəfindən III əsrdə Sasani İranında yaranmağa və təbliğ olunmağa başlamışdır. Sonrakı dövrlərdə Çinə qədər bir sıra türk əsilli xalqlar arasında da yayılmışdır. VIII əsrdə Uyğur xaqanlığının rəsmi dövlət dini olmuşdur. M.D.Qıpçaq "Türk əlifbaları (soqd, manixey əlifbası və passe-pa yazısı)" kitabında (Bakı, "MBM nəşriyyatı" - 2012. səh: 14-16) yazır ki, manixeylik (müsəlman teologiyasında zındıqlıq adlanır) bir neçə dünyagörüşün sintezi nəticəsində meydana çıxmış ziddiyyətli bir inam, dünyagörüşüdür. Burada buddizmin, xristianlığın və atəşpərəstliyin doktrinaları və ehkamları bir-birinə qarışmışdır... Manixeyliyin təbliğinin qadağan olunması barədə son fərman XIV əsrdə Çində verildi və manixeylik tarixin arxivinə atıldı".

AMEA-nın müxbir üzvü Ə.Quliyev də "Qədim uyğur türklərinin onomastikası" adlı monoqrafiyasında göstərir ki, baçaq xristian və manixeylərdə "oruc tutmaq", "pəhriz saxlamaq" mənasını bildirir" (səh:50). 

Filologiya elmləri doktoru, professor. N.Xudiyev isə "Qədim türk yazılı abidələrinin dili"  (Bakı, "Elm və təhsil", 2015, səh: 469) əsərində bu barədə yazır ki, "Baçağ (baçak, paçağ) orucluq"... kiçik baçağ - kiçik orucluq; uluğ baçağ - böyük orucluq; baçağ baçamak - oruc tutmak; baçağ olurmak - pəhriz saxlamaq, oruc tutmaq" deməkdir.

Filologiya elmləri doktoru, professor Ə.Rəcəblinin "Qədim türk yazılı abidələri" kitabının (Bakı, "Elm və təhsil" - 2010. səh: 236) IV cildində "baçaq" sözü "oruc", kitabın lüğət hissəsində (səh: 300) isə "bacamaq" sözü oruc tutmaq kimi tərcümə edilir. H.Hadinin "Türkcə Etimoloji Sözlük L-Z" kitabının 381-ci səhifəsində də "baçaq" "oruc" sözünün mənalarından biri kimi şərh olunur. Mehmet Akyılın "Divanü Lügati't-Türk'te Mastar ve Sıfat-Fiil Yapan Ekler, Değişik İşlevleri ve Geçirdikleri Değişimler" (Yakın Doğu Üniversitesi fənn və sosyal Bilimler Enstitusu. Yüksək lisans tezi. Türk dili ve edebiyatı Bölümü. Lefkoşa-2021. səh:16.)  əsərində də "baçaq" "dini oruc" adlandırılır.

Zənn edirik ki, göstərdiyimiz mənbələr və sitatlar fikrimizi sübut etmək üçün kifayətdir. Beləliklə, tədqiqatçıların araşdırmaları farsca "oruc" sözünün qədim türk dillərində qarşılığının ("baçaq") olduğuna şübhə yeri qoymur.

Bəs görəsən, türklərdə İslamdan öncə də baçaq-pəhriz-orucluq olubmu? Axı, söz varsa, onun daşıdığı məfhumun və prosesin olması ehtimalı da var.

Bəli, qədim türklərdə "baçaq" (oruc) tutmaq olub. Bunu rus tarixçi və etnoloqu L.Qumilyovun dünya tarixində türklərin keçmişi, kökü haqda ən yaxşı araşdırma işlərindən hesab olunan məşhur "Qədim türklər" əsərindəki (Bakı-Gənclik-1993. səh: 313) "Manixeylərin (bu dinə tapınan uyğur türklərinin - İ.V.) qanunu pəhriz saxlama günlərini nəzərdə tutur, bu qanuna görə hətta yağ və süd belə yemək qadağandır..." cümləsi də sübut edir. 

Uyğur-türk etnokulturoloji təfəkkürünün məhsulu V-VI əsrlərə aid olan "Xuastuanift"in (tövbə və ya peşmanlıq duasının) bir hissəsinin tərcüməsindən də qədim türklərdə oruc tutmaq adətinin olduğunu görürük. Həmin hissədə deyilir: "...ildə bir dəfə yeddi ibadət adəti var idi, bir ay... oruc tutmaq gərək idi. Yenə mərasim yerində ibadət edib oruc tutaraq ağılla, səmimi qəlbdən tanrı bürhanlarından bir ildəki günahlarımızı bağışlamalarını diləmək gərək idi. Ey tanrım, ibadət başa çatınca otura bilmədiksə, bir aydakı orucu yaxşıca, təmiz tuta bilmədiksə, günahlarımızın bağışlanmasını diləməyə getmədiksə, nə qədər çatışmazlıq oldusa, indi ey tanrım günahlardan azad olaraq yalvarırıq: günahlarımızı bağışla!" (N.Cəfərov: "Türk xalqları ədəbiyyatı". I cild (Bakı, "Çaşıoğlu mətbəəsi" - 2006. səh:185). Burdakı "bir ay... oruc tutmaq gərək idi" sözləri heç bir mübahisəyə yer qoymur. Deməli, hələ İslamdan əvvəl türklərdə Göy Tenqriyə təqvalı olmaq üçün "baçağ olurmaq" (yəni pəhriz saxlamaqla), oruc tutmaq da varmış. Çoxları elə bilir ki, oruc tutmaq ancaq İslamla bağlıdır.  Halbuki türklərin oruc tutması tək İslam dini ilə bağlı deyil, bunun tarixi daha qədimlərə uzanıb gedir. Yəqin ki, "Bəqərə" surəsində 183-cü ayədəki "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi..." ifadəsi də buna işarədir.  

Türkoloq B.Tuncay "Azərbaycan imperatorluğu. Azərbaycanın dövlətçilik tarixinə yeni konseptual yanaşma" adlı əsərində "baçaq" sözünün "oruc" mənasında olduğunu təsdiq etməklə yanaşı yazır ki, "...qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərində, o cümlədən, İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı olmuşdur ki, bu da Göy Tanrı dininin öz terminologiyasına malik təkmil bir din olduğunu sübut edir. Üstəlik də, bu terminlər sayəsində həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı məlumat almaq mümkündür... Bundan başqa, qədim türk dilində digər dinlərdə, o cümlədən, İslamda rast gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir... Bu terminlərdən bir çoxu təktanrıçılığa keçişdən öncə də öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər yeni məzmun və mahiyyət qazanmışlar. Məsələn, din xadimi - tenqirkən, ibadətgah - tenqirlik, qurban - yağışlıq, ibadət - tapıq, sitayiş - tapınmaq, müqəddəs - ıduq, oruc - baçaq, şəriət - törü və ya törə, ruh - qut, günah - yazuq, həmd - alqış, axirət - mengü ajun, mələk - yumışçı, qeyb - örtüklük, ehsan - basan, iblis-yekkə və sairə (səh:91-92). Bu deyilənlər türkoloq, publisist, ssenarist B.Tuncayın "Əməkdar mədəniyyət işçisi", Prezident təqaüdçüsü və Özbəkistan Turan Elmlər Akademiyasının akademiki Y.Oğuzla birgə yazdıqları "Türkün gizli tarixi" əsərində də təkrar təsdiq olunur.

Günah edirəmsə, Allah günahımı bağışlasın. Hərdən mənə elə gəlir ki, deyəsən axı, İslam dini Göy Tenqri dininin zəminləri üzərində formalaşıb. Bu fikri söyləməyimizin əsas səbəbləri son illərdə Məhəmməd Peyğəmbərin türk Peyğəmbərləri soyundan olması, XIII əsrdə yaşamış görkəmli tarixçi Ravəndinin "O (Peyğəmbər), qıyıqgözlü bir türk idi" yazması, M.K.Atatürkün "Əgər araşdırsanız, Peyğəmbərimizin Türk olduğunu sübut edə bilərsiz" söyləməsi (Əlavə bax: M.Qəmərli: "Qaynaqlardan gələn soraqlar" kitabı), M.Peyğəmbərin türkləri və onların qəhrəmanlıqlarını yüksək qiymətləndirməsi, türk dilini öyrənməyi tövsiyə etməsi, özünün də bu dili kamil bilməsi kimi məlumatlar və onun ortada dolaşan "İslamı türklər qoruyacaq" kimi söyləntiləridir.

Bütün bunlar həm bir zamanlar ulu əcdadlarımızın etiqad etdiyi Göy Tanrı dininin öz terminologiyasına malik mükəmməl bir din olduğunu, hələ İslamdan əvvəl ondakı əksər dini terminlərin təmiz qarşılığının türkcəmizdə olmasını sübut edir, həm də uzaq keçmişdən bəri müqəddəs türk dilimizin Quran dili olan ərəb dili ilə "atbaşı getməsindən" (M.Kaşğari) xəbər verir. Bu isə qururvericidir.

Ana dili ulularımızın bizlərə əmanətidir. Qədim, zəngin, ecazkar, türklər demişkən, gözəlim dilimizi sevək, yad təsirlərdən qoruyaq, bu dildə danışdığımıza görə fəxr edək. Unutmayaq ki, dilini bilməyən anasını da tanımaz. "Öz ana dilini bilməyən adamlar şikəst adamlardır" (H.Əliyev).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see254

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see237

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see213

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see189

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see187

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see158

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see157

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see155

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see143

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see135

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri