Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

525 ci qəzet Çıxış yeri olmayan film İlhamiyyə Rza yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hikmət Rəhimovun “Apatiya-2” filmi, deyəsən, 1-ci film qədər müzakirə olunmadı. Odur ki, balansı düzəltmək naminə yazmaq qərarını verdim. "Tem bolle, çto" bu günlərdə filmin baxışına dəvət etmişdi bizi dəyərli Miri Rəsulzadə.

Hə, bir də ona görə yazmaq istədim ki, müəllif nümayişöncəsi çıxışında, tənqid, yaxud tərif, fərq etməz, təki biganə qalmayın, müzakirə edin, yazın - deyə istək bildirdi. Odur ki, fikirlərimi toparlayıb qələmə aldım. Deyəsən, bir az uzun oldu.  İstəsəniz oxuyun, istəməsəniz, oxumayın. Sevgilər, sayğılar, oxuyanlara da, oxumayanlara da...

Etiraf edim ki, “Apatiya”nın nümayişinə getmək qərarından taaa kino nümayiş edilən yerə gəlib çatanadək deyinmişəm ki, əşi, adam da apatiyaya özünü salarmı, bilə-bilə ki, apatiyadır, adı üstündə, bax nə işin var orda?

Vallah günümüz (həyatımız hətta) elə apatiyaya müqavimət göstərməklə keçir. Belə olduğu halda, bəzən, düzən, iznən biz arasında get bu filmə baxmağa ki, nə var nə var, apatiyaya baxmağa, bəlkə də elə apatiyaya düşməyə gəlmişəm.

Bəli, oxumuşdum haqqında yazılanları, bilirdim ki, neqativ hisslər yaradan filmdir, amma “əhvalımın pozulmasına icazə verməyəcəm” və s. bu kimi sözlər deyərək, meditativ təlqinlər edirdim yol boyu.

Yaxşı ki, Həmidin canlı verilişi vardı, gələ bilməyəcəkdi. Mənim apatiyaya düşməyim heç, Həmid apatik olsa, batdım mən... Amma evdən çıxanda dedi ki, verilişi bitirib mütləq gələcəm. Mən də zarafatyana dedim ki, sən nümayişə yox, yalnızca arxamca gələ bilərsən. Çünki o vaxta nümayiş çoxdan bitmiş olacaq... Əlqərəz...

Bir də gördüm ki, Həmid foyedəki izdihamın başı üzərindən mənə əl yelləyir. Onda anladım ki, dost, tanış, çoxdan görmədiyim həmkarlarla ünsiyyətə başım elə qarışıb ki, iki saatın necə keçdiyindən xəbərim olmayıb, nümayişin də bunca gecikdiyini fərq etməmişəm.

- Həmid, axı sənin yerin tutulub, dedim ki, gəlməyəcəksən, Miri də dəvətnaməni başqasına verdi. Gəl kirmişcə çıxaq aradan, heç kim də bilməyəcək, “po anqliyski” gedək... Həm də apatiyaya düşmək istəmirəm e...

- Hə? Düz deyirsən, gedək...

Gedirik, hətta bəzi adamlarla sağollaşırıq da... Amma eyni anda yenidən qayıdırıq zala, ya uzaqdan Mirini görməyimiz, ya da mədəni hadisələrə azarkeşliyimiz qoymur bizi gedək... Miri də sağ olsun, tez əlüstü daha yaxşı yer ayırır bizə.

Təqdimatlar, heyətin səhnəyə çıxması, dost xeyir-duaları, sponsorlara minnətdarlıq, müəllifin - Hikmət Rəhimovun mənə maraqlı gələn çıxışı bitəndən sonra, nəhayət ki, film başlayır.

Başlayır, sürətlə səni öz təsirinə sala bilir və budur maraqla hadisələrin inkişafını izləyirsən, personajlara azarkeşlik edirsən, kiməsə acıyırsan, kiməsə nifrət edirsən, təəssüf ki, sevməyə bir personaj tapa bilmirsən. Əsas qəhrəman Hikmət Rəhimovun canlandırdığı müstəntiq obrazıdır. Müstəntiq xarizmatikdir, güman ki, müsbət qəhrəmandır. Müsbət olduğuna film boyu xəstə və qoca anasına qulluq edərkən, bir də, hoteldə azyaşlı uşağın zorlanaraq öldürülməsinə  dolayısı ilə şərait yaratmış təhlükəsizlik işçisinə verdiyi ifşaedici suallardan əmin olursan. Başa düşürsən ki, bu, müstəntiq üçün növbətçi hal deyil, ümumiyyətlə işinə növbətçi yanaşması yoxdur.   

Qısaca deyim ki, film bütövlükdə  mənfur bir cinayətin baş verməsi ilə başlayıb, cinayətkar bir şəbəkənin aşkarlanması ilə davam edir, həmin şəbəkədən qaçaraq uşaq evini tərk etmiş 2 uşağın, daha doğrusu, onlardan birinin anasına ümidinin hələ də var olduğundan və bu ümidin necə parça-parça olmasından, onunla birgə uşağın bütövlükdə taleyinin də çiliklənməsindən bəhs edir.

Amma spoyler olmayım, özünüz baxsanız yaxşıdır.

Film birnəfəsə bitdi sanki, temporitm yaxşı idi, heç darıxmadım baxanda.

Arada Həmid, adəti üzrə, ucadan şərhlər verirdi, tənqidi fikir söyləyəndə, dirsəyimlə yüngülcə dürtmələyirdim ki, zalım oğlu, qulağıma de heç olmasa, başqaları eşitməsin. O da eynən verilişlərimizdə olduğu kimi, mat-mat üzümə baxıb, nədən narazılıq etdiyimi anlamağa çalışırdı. Əsas odur ki, bütün bunlar fikrimi filmdən yayındırmadı.

Nəhayət, Həmid tərifə bənzər bir fikir deyir: musiqi tərtibatı pis deyil haa, Teymur Kərimov, bizim Timadır görəsən?

- Yox, o deyil, görmədin, cavan oğlan idi səhnəyə çıxan, bizim Tima elə bizim yaşdadır. Həm də soyadı Kərimov deyil axı.

Filmin sonuna yaxın, başa düşürəm ki, sevinməyə tələsmişəm, bayaqdan təriflədiyi musiqinin “Taxt-tacların oyunları”ndakı  musiqiyə bənzədiyini kəşf edir Həmid.

Sonra, Alov qüllələrindən ta evimizədək piyada qət etdiyimiz yol boyu filmi müzakirə edirik.

Mən: Hikmətlə şəxsən tanış deyiləm, amma fürsət olsaydı deyərdim ki, filmin adını dəyiş, olsun Tupik-Kor dalan. Zalım oğlu bir çıxış yeri qoymayıb. Saldı bizi həyatın dibinə. Orda da qoydu. Yaxşı, tutaq ki, biz çıxdıq həmin yerdən, bəs qəhrəmanlar, onlar  ordaca qaldılar axı.

Əlbəttə, deyə bilərsiniz ki, hər filmin “happy end”lə bitmək kimi bir öhdəliyi yoxdur.

Bəli, elə bədbin filmlər var ki, klassikadır, bütün dünyada kassa toplayır, kino tənqidçilərinin uzun uzadı müzakirələrinə rəvac verir.

Razıyam. Amma və lakin, bədbin filmlər, sənət əsərləri, o halda sevilirlər ki, səni həyatın dibinə salsa da, ordan bir mirvari tapıb üzə çıxırsan. Tapmırsansa, heç   qayıtmağının da mənası yoxdur. Elə qal olda.

Hikmət Rəhimov çıxışında deyirdi ki, bu gözəl balaları sevgisizlik öldürdü, sevgisiz uşaq gətirməyin bu dünyaya. Hikmət bəy, bir dəfə də siz öldürdünüz onları, inciməyin... ekranda öldürdünüz. Xilas yeri, çıxış nöqtəsi belə qoymadınız...

Yaxşı, sizi bildik, bu gözəlim məmləkətdə küçələrə düşmüş iki yetim uşağın başına bircə dəfə də olsa sığal çəkən tapılmadımı,  əcaba? Biri işlətdi pulunu yedi, biri qapazlayıb döydü, qovdu, biri satmaq istədi və s. Amma sevmək, tumarlamaq, ac qarnını doyurmaq istəyən olmadı ki, olmadı. Mən buna inanmıram...

Ümumiyyətlə, bir filmdə bir nəfər də olsa müsbət qəhrəman yoxmu? Başa düşürəm, müstəntiqin yan-yörəsində olanlar, sevgilisi, köməkçisi... amma onlar yalnızca müstəntiq adlı baş qəhrəmanın detalları qismində çıxış edirlər.

Müstəntiqin özünü belə, bütün əsabələri ilə bir yerdə müsbət saya bilmirəm, o, yalnızca peşəkardır və bu peşəkarlığına rəğmən, uşaqları xilas edə bilmir. Uduzur yəni... çünki bunu rejissor belə istəyib. Bu yolla mesajını çatdırır. Mesajısa belədir. Sevgisiz uşaq olmamalıdr bu dünyada. O zaman, bir sevən adam çıxarın qarşısına xilas olsun uşaqlar və daha çox inanaq ki, dünyanı sevgi xilas edə bilər.

Filmin əsas mesajından savayı, ikinci dərəcəli məsələlərə dair də suallarım var ki, əslində irad da demək olar bunlara:

Azyaşlılara cinsi təcavüz ağır cinayətdir, əlbəttə, amma bizim ölkədə!!! (yadıma düşür: “sovet ittifaqında seks yoxdur”)... bəli, bizim ölkədə bu hal, şəbəkə səviyyəsində mövcud ola bilməz. Yəni bir hal olar bilər və olur da. Lakin şəbəkə şəklində, mütəşəkkil cinayətkarlığa qədər böyüyə bilməz. Niyəsini uzun uzadı izah edə bilərəm, lakin bu, başqa bir söhbətin mövzusudur. Odur ki, inanmadım.

Daha bir sualım, bu cinayəti törədənin milli mənsubiyyəti barədədir, bu əclaf niyə ərəbdir ki? Öz əclaflarımız azdır bəyəm? Yəni axtarsanız, araşdırsanız, görərsiniz ki, bəli, yazıqlar olsun ki, milləti bizdən olub da, mahiyyəti bizdən olmayan tör-töküntülərdən heç də xali deyilik. Cinayətkarın filmdə  ərəb olması, yumşaq desək, çox populist və spekulyativ yanaşmadır. Üstəlik, siyasi baxımdan da korrekt deyil və başağrısına səbəb olacaq  bir seçimdir. Məsələn, mənim millətimdən olanı cinayətkar kimi versələr, hansısa ekran əsərində  qəzəblənərdim, etiraz edərdim. Gəlin, ümid edək ki, ərəb dünyasının başı daha qlobal işlərə qarışıb və buna fikir verməzlər, diplomatik skandala səbəb olmaz...

Daha bir məqam, cinayətlərini etiraf edən əclafların hamısı niyə o gündədir? Başları yarılıb, üz gözləri qançır. Yəni döyüb boyunlarına qoyublar cinayət əməllərini? Bəs hanı bizim yerli Şerlokların araşdırmaları, təhlilləri, məntiqi yolla əldə edilən nəticə və tapıntıları? Döyülmüş adamın ifadəsinə niyə inanım ki, mən? Yox e, şübhəm yoxdur. Əlbəttə, onlar törədiblər bunu. Özüm görmüşəm, öz gözlərimlə, ekranda, operator göstərib...

Müstəntiq göstərməyib. İstintaq inandırmayıb məni, tamaşaçını...

Bir az da müsbət məqamlar barədə yazım.

Gözəl aktyor seçimi, ifalar, kamera işi, “kartinka”. Yeni kinomuzda ən ciddi nöqsanlardan biri olan “kartinka” problemi burda yox idi. Bu, ümumiyyətlə, Hikmət Rəhimovun işlərinin müsbət tərəflərindən biridir. Bəzən hətta aşırı aludəçilik də var bu “kartinka” məsələsinə.

Ümumiyyətlə, Hikmət Rəhimov ekrana çox yaraşır, fakturası, peşəkarlığı yerində, gördüyü işə sevgisi, nə etdiyini və necə etmək lazım olduğunu yaxşı bilir.

Mən Mədəniyyət Nazirliyinin yerinə olsaydım, Hikmətə çox film sifariş edərdim.

Çünki bacarır.

Çörəyi ver çörəkçiyə, birini də üstəlik.

Sonda çox istərdim ki, müəllif apatiyadan, komediyaya keçsin.  Ən ağrılı problemləri gülərək çatdırmaq və həll etmək kimi uğurlu təcrübələrsə çoxdur. İstər milli kinomuzda, istərsə də dünya kinomatoqrafinda. Bədii həldən gedir söhbət, əlbəttə ki.

Uğurlar diləyirəm bütün heyətə.

İlhamiyyə Rza

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri