Icma.az
close
up
RU
525 ci qəzet Şovinistlərin türk dili təəssübkeşliyi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Şovinistlərin türk dili təəssübkeşliyi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Hacıbəy Heydərli, jurnalist:

- Sosial media vasitəsilə insanları manipulyasiya etmək, dezinformasiya və feyk nyus yaymaq ən asan işdir.

Bu gün bir çox saytda və sosial media hesabında paylaşılan "Bu şəhərdə"nin konsertindəki dava əslində konsertin açılış səhnəsidir. Sadəcə konserti izləməyə gələn bir şəxs həmin videonu yarımçıq paylaşıb və bu videoya 2-3 saat ərzində təkcə "TikTok"da 2 milyona yaxın izlənmə gəlib, daha sonra da saytlarımız bundan xəbər hazırlayıb. Hətta iş o yerə çatıb ki, "Bu şəhərdə" mövzu ilə bağlı açıqlamağa yaymağa məcbur olub.

Qısası, media savadlılığı bu baxımdan çox önəmlidir, sosial mediada yayımlanan hər məlumata şübhəci davranmaq isə labüddür.

Nadir Yalçın, jurnalist:

- Şovinist qüvvələr yenə başlayıb psevdo türk dili təəssübkeşliyinə. Birincisi, bu barədə danışanda diqqətli olun: söhbət Türkiyə türkcəsindən gedir. Türk dili ümumi anlayışdı. Türk dilinin ana dilimizin saflığının qorunmasına mənfi təsirlərindən danışanda damarlarınızı qabardıb adamın üstünə diş qıcamayın. Biz də bilirik ki, Azərbaycan dili türk dili ailəsinə aiddir və türk köklü dildir. Söhbət Türkiyə türkcəsinin məişət səviyyəsində dilə təsirindən, Türkiyə türkcəsində yayımlanan banal serialların dilinin gənc bəylər və xanımların, onlardan törəyən uşaqların dilinə təsirindən gedir. Ay yoldaşlar, hansı evə qonaq gedirəm, uşaqlar Türkiyə türkcəsində danışır. Deyirsən, filan şey bizim dildə nədir? Deyir, bilmiyorum, amcaaaa.

Rus dili ilə də bağlı oxşar vəziyyət mövcuddur. Amma bir məqam var. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi eyni kökdən olduğuna görə, leksik, semantik, qrammatik baxımından təsir özünü daha çox göstərib sosiolinqivistik baxımdan güclü nüfuz edir. Məsələn, bir yazıya baxırsan ki, bütün sözlər Azərbaycan dilində yazılıb. Amma cümlə qrammatik cəhətdən, quruluş baxımından Türkiyə türkcəsinin cümlə quruluşuna uyğundur.

Rus dili ilə bağlı bəla başqadır. Əvvəllər elita, indi isə əksər şəxslər övladlarının rus bölməsində təhsil almağını istəyir. Bu, müxtəlif milli kompleks və travmaların nəticəsidir. Yarım əsrdən çox müstəmləkə altında olmuş xalqın belə düşünməsi normaldır. Dayım uşaqları rus bölməsində oxuyurlar, mənlə söhbət edə bilmirlər. Hərdən elə söz deyirəm, təəccüblə baxırlar.

Rus bölməsini bağlamaqla deyil. Tədris sistemində hər iki bölmə üçün düzgün istiqamət tapmaq lazımdır. Rus bölməsində təhsil alan şagirdin öz ana dilini mükəmməl səviyyədə bilməsini, Azərbaycan bölməsində təhsil alan şagirdin isə xaric dillərə meyllənməsini təmin etmək lazımdır... Bir də ki, bu Türkiyənin seriallarına baxışı azaltmaq... Gedin Nizami küçəsinə, ana dilimizdə çox nadir cümlələr qulağınıza dəyəcək...

lll

- Professor Nizaməddin Şəmsizadəni itirdik...

Adını ilk dəfə 2018-ci ildə dərs cədvəlindən oxudum. Ədəbiyyatşünaslığa giriş - Nizaməddin Şəmsizadə. Ona qədər televiziya kanallarında çıxışlarını dinləmişdim. Xüsusən, Səyyarə Sərrafın "Ovqat", "Könül dünyamız" verilişlərində tez-tez qonaq olurdu. Sevindim ki, tanınmış alim bizə dərs deyəcək. Sonradan məlum oldu ki, səhhəti pisləşib, fənni başqa adam tədris edəcək. Amma onun 2012-ci ildə çapdan çıxan "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi bizim hamımızın yolunda çıraq yandırdı. Məhz o fundamental kitaba görə Nizaməddin Şəmsizadəni özümə müəllim hesab edirəm.

Son dəfə "525-ci qəzet"in redaksiyasına zəng edərkən danışdıq. Kiminsə vəfatı ilə əlaqədar qəzetdə başsağlığı vermək istəyirdi. Bəlkə, yarım saat danışdıq. Yazmaq istədiyi kitablardan danışdı.

Bu ayazlı-şaxtalı fevral günündə onun ölüm xəbərini eşitmək çox ağırdı. Ruhu şad olsun...

Nigar Həsənzadə, şair:

- "İgidlərin sözü" layihəsinin iştirakçısı şair Həsən Kür ilə baş vermiş faciəni ictimaiyyətə təhlil etməyin düzgün olduğunu hesab etmirəm. Hazırda çətin vəziyyətdə olan bir insan haqqında hər hansı müzakirələr və şayiələr, məncə, ən azından etik deyil. Həsən bizə əziz idi və layihənin bütün iştirakçıları ona dəstək olmaq və kömək etmək üçün əllərindən gələni edirdilər... Lakin hər kəs öz hərəkətlərinə görə məsuliyyət daşıyır... Bəzilərimiz döyüşmək üçün, bəzilərimiz təslim olmaq üçün doğulmuşuq, bəzilərinə nə çətinliklər, nə də yoxsulluq qorxu deyil, çünki onlar özlərinə inanırlar, bəziləri isə məğlub olur və yanındakıları da məhv edirlər. Amma hər kəsin üzərində yalnız bir Allah var və yalnız O, hər kəsə hökm edəndir! Mən dua edirəm ki, Uca Allahın iradəsi gerçəkləşsin. Həkimlər hər şeyi edirlər, vəziyyət sabit və ağırdır. Təəssüf ki, gənc, gözəl, istedadlı, dəfələrlə uğur üzünü görmüş Həsən, öz uğursuzluqları ilə mübarizə aparmağa çətinlik çəkdi... kaş elə olmayaydı... Kaş. Allah ona yardımçı olsun. Bütün həkimlərə və ürəyində həqiqi ürək döyünən insanlara minnətdarlığımı bildirirəm. Özünüzü qoruyun!

Asif Nərimanlı, jurnalist:

- Almaniyada federal seçkilərinin nəticələrinə görə Olaf Şoltsun partiyası Sosial Demokratlar Partiyası məğlub olub. 29 faiz səslə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) ittifaqının lideri Fridrix Merts yeni kansler olacaq. "Alman Tramp" adlandırılan Merts sərt proqramları ilə seçilir, xüsusilə miqrantlara qarşı.

Merts Ukraynaya dəstəyi ilə tanınır, lakin seçkidən öncə - Tramp-Putin danışıqlarından sonra onun "Avropanın bir gün Rusiya ilə yaxşı münasibətləri bərpa etmək üçün ciddi cəhdlər göstərməli olacağı" haqda açıqlaması da diqqət çəkirdi. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir, lakin Mertsin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır, çünki onun üçün hazırkı prioritet koalisiya hökumətini formalaşdırmaq və Almaniya ilə bağlı proqramlarını həyata keçirməkdir.

Seçkilərdə əsas diqqətçəkən məqam isə ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının ilk dəfə rekord səs (20 faiz) qazanaraq, ikinciliyə yüksəlməsidir. Dörd il əvvəl AfD cəmi 9,7 faiz səs toplamışdı. CDU/CSU daha az səs toplayan digər partiyalarla koalisiyaya gedərək, AfD-nin hakimiyyətdə təmsil olunmasına imkan verməyəcək, lakin ifrat sağçıların yüksəlişi Almaniya siyasətində dönüş nöqtələrindən biri ola bilər. Və bu nəticə digər Avropa ölkələrindəki ifrat sağçıların da yüksəlişini stimullaşdıra biləcək amillərdəndir. Bu yüksəliş Avropa İttifaqının gələcəyini, ümumilikdə Avropanın güc mərkəzi olmaq strategiyasını da təhlükə altına atır.

Trampın hakimiyyətə gəlişi fonunda Avropada ifrat sağın yüksələcəyi gözləntiləri özünü doğruldur. Bu, Trampın - respublikaçıların Avropanı qeyri-ənənəvi metodlarla nəzarətdə saxlamaq siyasətidir.

Mir Səməd, bloger:

- AYNA xəbərdarlıq edir ki, Bakıda və Abşeronda avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək.

Qəribə açıqlamadır.

Bəs axşam saat ondan sonra işdən çıxanlar, yolda olanlar nə etməlidirlər?

İctimai nəqliyyat belə havalarda hamının evə daşınmasını həyata keçirməli deyilmi?..

Əzizə İsmayılova, jurnalist:

- Bakının, demək olar elə bütün küçələrində hərəkət yenə iflic olub. Sürüşüb avtobusa çırpılan kim, yolun kənarına aşan kim, yolda qalan kim.

Magistral yollarda iki gündür, bəxti xuda - kim kimə dəydi-dəydi yarışı keçirilir. Yolda qalan hər kəs buzun üstündə maşın itələməyə məcburdur. Soruşan yoxdur ki, bir maşını dağın başında neçə metr itələyəcəksən, ay allah muradını vermiş?

Yaranmış vəziyyətlə bağlı cavabdeh qurumlar: "Biz qışa tam hazırıq. Nə qədər desəniz, qum yığıb saxlamışıq. Bütün texnikalar hələ neçə ay əvvəldən hazır vəziyyətə gətirilib - yuyulub, təmizlənib, hər gün təkərləri qaraldılıb, şüşələri silinib. İnanmayan hökumət evinin qarşısındakı nümayişin şəkillərini tapıb bir də baxa bilər - internetdə doludur.

Bundan əlavə, MKİS işçiləri, hərəsinin əlində bir taxta bel, soyuqdan göyərə-göyərə Bakının mərkəzi küçələrdə gücləndirilmiş rejimdə qar kürüməklə məşğuldurlar. Arada, təlimatımıza uyğun olaraq, ciblərindəki duzdan da təmizlədikləri yerlərə səpirlər.

Ümidvarıq ki, sabah mərkəzi küçələrdə elə ciddi problem olmayacaq. Biz buna var gücümüzlə səy göstərəcəyik.

O ki qaldı ara küçələrə, onlar da gün çıxanda ağ günə çıxacaq, tələsmək lazım deyil. Müvəqqəti çətinlikdir. Onsuz da qarşıdan yaz gəlir.

Bir daha bildirmək istəyirik - yeganə problem odur ki, biz qarı nəzərə alsaq da, qar bizi nəzərə almır, yağa-yağa durub. Buna bir "dur" deyən yoxdur.

Vətəndaşlardan xahiş edirik ki, vəziyyəti nəzərə alıb evdən çıxmasınlar. Çıxası olsalar, mütləq özləri ilə bir paçka xörək duz götürsünlər. Yoxdursa, süfrə duzu da olar. Bu, həm sizin, həm də digərlərinin hərəkətini asanlaşdıracaq".

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Bu gün Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısında XRİTDX-nin idarə rəisi Tural Məmmədovun təqdim etdiyi statistika diqqətimi cəlb etdi.

Ötən il dövlət qurumlarına təhlükəsizliklə bağlı 857 audit hesabatları göndərilib. Böyük rəqəmdir.

Xatırlayıram ki, kritik infrastrukturla bağlı 2021-ci ildən başlanan yeni hüquqi islahatlardan öncə bu rəqəmlər çox aşağı olub.

Məsələn, 2021-ci ildə cəmi 205, 2022-ci ildə 553, 2024-cü ildə isə göründüyü kimi, bu rəqəm daha çox artıb.

Xatırladıram ki, kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı qanunvericilikdə audit artıq məcburidir.

Yəni dövlət qurümlarının kiber təhlükəsizlik vəziyyəti mütləq auditdən keçməlidir.

Əvvəllər bəzi dövlət qurumları kiber insidentlərlə bağlı bəzi məqamları da müvafiq qurumlara bildirməkdə maraqlı olmurdular.

Audit dövlətə məxsus informasiya resurslarında informasiya təhlükəsizliyi boşluqları, riskləri və çatışmazlıqları aşkara çıxarıb, tədbirlər görülməsi üçün əsas alətlərdən birisidir.

Cert.gov.az-dan görsənir ki, qurum bu istiqamətdə yeni qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət sektorunda kibertəhlükəsizlikıə bağlı məsələlərdə sistemli yanaşmalar sərgiləyir.

Bu sahədə tədqiqat və araşdırma aparanların bəhrələnməsi üçün də bu dövlət resursunda xeyli faydalı materiallar yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see258

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see129

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see129

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see122

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see121

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see119

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see118

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see117

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see117

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see117

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see116

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see115

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri