Icma.az
close
up
RU
525 ci qəzet Dəryadan Dənizə atəşin salamlar

525 ci qəzet Dəryadan Dənizə atəşin salamlar

Icma.az, 525.az saytına istinadən bildirir.

Arzu NEHRƏMLİ

Universitetdə təhsil alan, düşüncələrindəki cavabsız qalan (qeyri-müəyyən qalan da deyə bilərsiniz - ixtiyar sizindir) sualların cavabını çox vaxt auditoriyada dinlədiyi mühazirələrdə deyil, şeirdə, sözdə, ən çarəsiz gündə də qeybətdə tapan, adamdan çox sözə inanan, sözə etibar edən bir dəstə tələbə qızın qəzet redaksiyasına getməyi təsadüf ola bilməzdi. Onları oraya gətirən sözün, şeirin havası idi. Şair ürəyində çağlayan sözün özünə macəra axtarması, sözə qiymət verən adam, ən azından söhbət yoldaşı sorağında olması niyə də təsadüf sayılsın ki...

İllər öncə tələbə qızlar bir-birinə qoşulub, öz sevimli rəfiqələrinin, yəni mənim yazılarımı redaksiya əməkdaşlarına təqdim etməyə, xalqın ən tələbkar təbəqəsi olan bədii ədəbiyyat xiridarlarının mühakiməsinə vermək arzusunda olduqlarını bildirməyə gəlmişdilər...

O vaxtdan bu vaxta çox isti-soyuq yellər əsib, o görüşün üstündən neçə-neçə yel qanadlı illər keçib. Uzaq 1996-cı ildə tələbə dostlarım Rövşanə, Ülkər və Sona ilə dərsdən çıxıb, Bakı Dövlət Universitetinin yaxınlığındakı "Azərbaycan" nəşriyyatının əzəmətli binasının üst mərtəbəsində, göyün yeddinci qatında yerləşən "Ədəbiyyat qəzeti"nin redaksiyasına gəlmişdik. Redaksiyada heç kəsi tanımayan gənc qızların bu mübarək ziyarətinin şöhrət axtarışı ilə deyil, sözünü və düşüncələrini bölüşə biləcəyi insan axtarışı ilə bağlı olduğuna inanmağınızı çox istəyirəm. Bunu da deyim ki, o vaxta, yəni həyəcanla "Ədəbiyyat qəzeti"nin redaksiyasına gəlib çıxana qədər mənim yazılarım bir neçə dəfə və bir neçə yerdə çap olunmuşdu. Hətta televiziyanın çox populyar olan "Ozan" verilişinin tamaşaçıları da Arzu Nehrəmli adında bir şairin varlığından xəbərdar olmuşdular. Ancaq özümü şair kimi təsdiqləmək və tanıtmaq üçün bunlar ilk addımlar, idmançı dili ilə desək (nəzərə alın ki, mənim idmançı karyeram da var, tələbə olanda universitetin basketbol komandasının hücumçusu idim), "isinmə məşqləri" idi. Şeirlərimin "Ədəbiyyat qəzeti"ndə nəşr olunması ədəbi ictimaiyyətin məni tanıya bilməsi istiqamətində atacağım daha qətiyyətli və daha ciddi addım, yəni "qol vurmaq" olacaqdı. Görünür, həyəcanım da bundan irəli gəlirdi...

Di gəl ki, redaksiyada gözlədiyimiz ciddiyyətlə qarşılanmadıq. Biz mənim iki ümumi dəftər dolu şeirlərimi imzası tanınan təcrübəli bir yazıçıya təqdim etmək, müdrik ağsaqqal fikri eşitmək, ustad məsləhəti almaq ümidində idik. Ancaq yazıları qiymətləndirmək üçün bizi qəzetin göy gözlü, sarışın saçlı, bəstə boylu gənc və elə mənim kimi təcrübəsiz bir əməkdaşının üstünə göndərdilər. Nə deyirsiniz deyin, şeir havasında yaşayan dörd tələbə qızın hələ imzasını az adamın tanıdığı bir cavan oğlanın üstünə göndərilməsində nəsə bir zarafat, incə bir oyun var idi. Biz o vaxt bunun fərqində ola bilməzdik.

Beləcə, indi 60 yaşa gəlib çatan tanınmış şair, görkəmli publisist və məşhur dənizçi Faiq Balabəyli ilə tanışlığım məzəli və gözlənilməz təsadüfdən başladı.

İlk tanışlığın davamı da zarafat kimi gəldi. Bir neçə gündən sonra şeirlərim qəzetdə çap edildi. Ancaq şeirlərin müəllifi kimi üç qızın - mənim, Sonanın və Ülkərin bir yerdə çəkdirdiyimiz şəkil verilmişdi. Qəzetə şəkli mən gətirmişdim. Yazılarım çap olunacağı halda mənim şəklim kollektiv şəkildən "kəsilib" səhifəyə tək qoyulmalı idi. Sən demə, şeirlərin müəllifinin, yəni Arzu Nehrəmlinin şəkildəki üç qızdan hansı olduğu gənc əməkdaşın yadında qalmayıbmış və o da işini ehtiyatla görərək yanlışlığa yol verməmək üçün mətbəəyə üçümüzün şəklini "optavoy" göndəribmiş... Yenə sağ olsun durnanı gözündən vuran göy gözlü Faiq: üç tələbə qızın şəklini ədəbiyyat aləminə bir yerdə təqdim etməklə savab yiyəsi oldu!..

...Şeir dəftərlərimi geri almaq üçün redaksiyaya gələndə Faiq təntənəli şəkildə bəyan elədi ki, dəftərlərdəki şeirlərin hamısını diqqətlə oxuyub və bu şeirlər onu möhkəm "tutub". Şeirlərim onu necə "tutmuşdusa", mənə şeirlər kitabımı nəşr etdirməyi tövsiyə elədi və o vaxt heç anlayışım olmayan nəşriyyat məsələlərində cani-dildən yardımçı olacağını dedi. Dedi və haqq üçün, sözünün üstündə durdu. Beləliklə, 1997-ci ildə Faiqin təşəbbüsü ilə "Əbədi sevgi" adlı ilk kitabım dünyaya gəldi. Bu kitabın dünyaya gəlişi Faiqlə ailə dostluğumuzun da təməlinə çevrildi...

Onu da deyim ki, əsl peşəsi dənizçilik olan, gəmi kapitanı vəzifəsində çalışan, yaradıcılığından dəniz dalğalarının səsi duyulan Faiqlə təməlində şeir, ədəbiyyat, kitab olan tanışlığımız mənim başqa bir dənizçi şairlə də ünsiyyətimdə xüsusi rol oynadı. 1990-cı illərdə həmyerlim Hüseyn Sözlünün - Hüseyn Dədənin rəhbərlik elədiyi dənizçilik müəssisəsinə aid gəmidə keçirilən ədəbi görüşlər, şeir-sənət  müzakirələri qarşımda yeni tanışlıq üfüqləri açdı, bu görüşlər zamanı qəlbimə yaxın olan insanlarla tanış oldum. İndi mən bu yazını yaza-yaza o dalğalı xatirələrimin içindən unudulmaz rəfiqəm, mərhum Fərqanənin doğma səsini eşidirəm...

Fəxr edirəm ki, həyatın və dənizin tufanlı dalğaları üstündən keçə-keçə ömrünün müdriklik çağına çatan Faiq Balabəyli indi ədəbi mühitimizdə sözü ötən, sözünə və şəxsiyyətinə qiymət verilən dəyərli insanlardandır. Faiqi bu mərtəbəyə yüksəldən isə onun şair kimi də, insan kimi də torpağa bağlılığı, torpaq qədər müqəddəs olan dəyərlərdən uzaq düşməməsidir. Torpağa və dəyərlərə bağlılıq onun içindəki və şeirlərindəki ümidin də bərəkət dolu münbit mənbəyidir. 

Dənizçinin yuxusuna,

Torpaq ətri girər hər gün.

Yanıb-sönən mayaklarda,

"Ümid" adlı bir közərti,

Görər hər gün...

Faiqin şeirlərini oxuyanda bir daha əmin olursan ki, həyatın ən sərt yoxuşlarında, ən təlatümlü keşməkeşlərində, ən ağır sınaqlarında insanın içindəki ümidin közərtisini sönməyə qoymayan, insanı inamla yaşadan əbədi bir işıq var və o işığı özünü Vətənə, torpağa, düzlüyə, insanlığa fəda etməyə qadir olan qəhrəmanlar sönməyə qoymur, nəsillərdən nəsillərə ötürürlər. Bu dünya həmin fədakar insanlardan, Ağ atlı oğlanlardan heç zaman xali olmayıb. Torpağın üstünə qatı qaranlıq çökəndə bir qəhrəman ağ atına minib qaranlığı, zülməti və zülmü yenir, insanı qaranlıqdan qurtarır, aydınlığa çıxardır. Faiq Balabəylinin şeirlərinin mayası xalqın Ağ atlı oğlan inancından gəlir. Ağ atlı oğlan torpağa və insana bağlılıq, sabaha inam, gələcəyə ümid ilə min illərdir xalqın yaddaşının dərinliyindən bizə doğru yol gəlir. Bizdən sonra da yoluna davam edəcək... 

Ağ atlı oğlan keçər

Gecənin qarasından.

Qurtum-qurtum hey içər

Ömrünün yarısından,

içər yağış suyunu...

Yağış suyu havaya sərinlik, torpağa bərəkət, ürəklərə ümid gətirdiyi kimi, Faiqin şeirinə də həzinlik və səmimilik gətirir. İnsanın içindəki dərdə qarışır, gözündən tökülüb təkcə yanaqlarını deyil, içini, qəlbinin dərinliklərini yuyur:  

Bu, su deyil, dərddir ki,

Duyar baxışlarıyla

Ovuclayıb bu dərdi

Yuyar göz yaşlarıyla,

Yuyar yağış suyunu...

Faiqin bu şeirini oxuya-oxuya yenə dalğaların üstündə ədəbiyyatın, sənətin ocağı başına yığışdığımız ilk görüşlərimizi, bir də Fərqanənin mənə həsr elədiyi şeiri xatırlayıram. Həmin görüşlərin təsirilə Fərqanə mənə təsəlli üçün "Ağla, gəlin!" şeirini yazmışdı. Dinləyənlərin və oxuyanların marağını özünə çəkən bu şeirə az sonra Hüseyn Sözlü kövrək bir mahnı bəstələdi və həmin mahnı müharibədə əzizini itirmiş cavan gəlinlərin dərdinə ortaq, kədərli ailələrin ürəklərinə təsəlli oldu...   

Faiq Balabəylinin 60 illik yubileyini təbrik etmək üçün yaddaşımı səfərbər edib kağıza köçürdüyüm bu yazını Azərbaycan tarixinin əlamətdar bir bayramı - Zəfər Günü ərəfəsində yazıram. Bu bayramın hamımız üçün misilsiz dəyəri var. Ən böyük dəyəri də budur ki, Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı yerdə qalmadı, onların, uğrunda canlarını fəda etdikləri Azərbaycan torpağı düşmən işğalından azad edildi. Bu əziz bayramın mənim üçün fərqli mənası bununla bağlıdır ki, canını Vətənin azadlığı uğrunda fəda edən qəhrəmanımın - həyat yoldaşım, hərbi təyyarəçi Yusif Vəliyevin yarıda qırılmış ömrünün üfüqündə yeni bir günəş doğdu: şanlı Zəfərimiz elan edildiyi gün ilk nəvəmiz dünyaya gəldi. Yeri gəlmişkən, ayağı düşərli Zəfər qızın - nəvəm Dəryanın Dəniz başda olmaqla Faiqin nəvələrinə atəşin əsgər salamları var!..

Faiq Balabəylinin yubileyinə həsr etdiyim yazıda bayram sevincimi səxavətlə bölüşməyim də səbəbsiz və yersiz deyil. Qəhrəman əsgərlərimizə, onların cəsur komandirlərinə ruh yüksəkliyi, qələbəmizə töhfə verən, Vətən uğrunda döyüşən sözlərin sırasında Faiqin də sözü var. Özü də Cəlilabad ləhcəsində:

Bu sazağın üz qarsıyır istisi

somsoyuqdur Kəlbəcərdə İstisu.

Bulud olur yanan qəlbin tüstüsü

Vur də, komandir, vur!

Nə müddətdir sapsarıdır yaşılım

tez əmr ver, düşmənimlə savaşım.

Qoy vurulum, torpağıma qarışım

Vur də, komandir, vur!

Qocalardan qoca tarixin yanında boyu çox qısa olan ömrümüzün xoş təsadüflərindəndir ki, Faiq Balabəylinin 60 yaşını qalib ölkənin vətəndaşları kimi qeyd edirik.

60 illik uzun və eniş-yoxuşlu yolun, demək olar ki, yarısını gözlərimin önündə qət eləyən qədim dostum, yubileyin mübarək! Diləyim budur ki, tale bir də şairlərimizə təsəlli şeirləri yazdırmasın. Şeirimizdən, sözümüzdən güllə səsi, ölüb-öldürmək nidası, ağı göynərtisi gəlməsin. Şeirimizin, sənətimizin mövzusu insana, insanlığa, torpağa, Vətənə sevgi və gözəlliklər olsun! 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri