Icma.az
close
up
RU
525 ci qəzet Elektron siqaretlər tütün məhsullarından da zərərlidir

525 ci qəzet Elektron siqaretlər tütün məhsullarından da zərərlidir

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar ölkədə elektron siqaretdən istifadə edənlərin sayı xeyli artıb. Xüsusən də bu siqaretlərdən istifadə edənlər arasında yeniyetmə və gənclər üstünlük təşkil edir. Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib. Bildirilib ki, son illərdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb: "Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir. Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsalar da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb".

Səhiyyə Nazirliyindən bildirildiyinə görə, veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxdı. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.

Mütəxəssislər deyir ki, elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır. Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır.

Bəzi insanlar hesab edirlər ki, elektron siqaretlər ənənəvi siqaretlər qədər zərərli deyil. Bunu hətta siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edənlər də var. Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onun tərkibinə mütləq nikotin daxil edir və nəticədə elektron siqaretlər də sağlamlıq üçün eyni dərəcədə təhlükəli olur.

Amerikalı alimlər müəyyən ediblər ki, elektron siqaretlərə əlavə edilən nanə və mentol insan orqanizmində ciddi xəstəliklərə səbəb olur. Müşahidələrə görə, elektron siqaretlərdə olan pulegon kimyəvi maddəsi insanda xərçəng yaradır. Bu maddənin tərkibində nanədən alınan yağ var. Həmin yağ əvvəllər konfet və saqqıza əlavə edilirdi. Amma bir il əvvəl ABŞ Qida məhsullarına və dərman vasitələrinə sanitar nəzarət idarəsi tərəfindən onun istifadəsi qadağan edilib. Maddənin qadağan edilməsinə səbəb isə tərkibində orqanizm üçün xərçəng riski yaradan vasitə olmasıdır.

Kopenhagen Universitetinin alimləri də elektron siqaretin orqanizmə zərərli təsirini sübut ediblər. Araşdırmalar göstərib ki, bu siqaretlər ağciyər xəstəliklərini artırır, damarlarda tromb yaradaraq, ürək-damar xəstəliklərinə, cinsi problemlərə, həmçinin ürək tutması, insult, stenokardiyaya səbəb olur.

Həkim-terapevt Şəhla Abbaslının sözlərinə görə,  elektron siqaretin zərərli tərəfləri heç də adi siqaretdən az deyil. Siqaretin insan orqanizmi üçün ən təhlükəli tərəfi onun tərkibindəki minlərlə kimyəvi maddənin, ən təhlükəli isə qətranın olmasıdır. Həkimlər də ən əsas buna görə insanlara siqaretdən imtina etməyi məsləhət görür. Siqaret aludəçiləri isə çıxış yolunu elektron siqaretdən istifadədə görürlər. Amma yanılırlar, siqaretin tərkibində olanlar demək olar ki, elektron siqaretdə də mövcuddur, buxar halına gətirilən nikotin, xüsusi bitki yağları, toksik maddələr və s. Bunlar insan sağlamlığı üçün birbaşa təhlükədir. Adi siqaretdən fərqli olaraq elektron siqaretdə nikotin maye şəklində olur. Elektron siqaret içindəki spiral batareyanın köməyi ilə isinir. İstifadə zamanı onu çəkən insan tütün tüstüsü ilə deyil, tütün buxarı ilə nəfəs alır. Nəticədə nikotin insan orqanizminə daha tez sorulur və müxtəlif xəstəliklərə gətirib çıxarır. Elektron siqaretlərin mayelərinin içərisində olan konsertləndirilmiş maddələr tənəffüs sisteminə ciddi təsir edir.

Həkim-terapevt bildirir ki, insanların elektron siqareti zərərsiz hesab etməsi çox yanlışdır. Ondan istifadə ürəyə ciddi təsir edir. Ürək döyüntülərini artırır, hətta infarkta səbəb olur. Elektron siqaretlərin onkoloji xəstəliklər yaratmaq riski də var. Diş ətinə və dişə təsiri adi siqaretdən az deyil. Elektron siqaret tənəffüs sistemini qıcıqlandırır, ağciyərlərə təhlükə törədir. Ona görə də ondan mümkün olduğu qədər uzaq durmaq lazımdır. Unutmaq olmaz ki, istənilən yad cismin, ağciyərin tanış olmadığı zərərli tüstünün tənəffüs yollarına getməsi zamanla patologiyalara gətirib çıxarır. Bəzi insanlar elektron siqaretdən istifadə edib düşünürlər ki, daha az zərər görəcəklər. Amma təəssüf ki, belə deyil: "İstər adi siqaret, istərsə də elektron siqaret təsirini dərhal göstərmir. Zamanla zərərləri və orqanizmə vurduğu fəsadlar ortaya çıxır. Elektron siqaretin istifadə tarixi artdıqca, onların həqiqətən də ciddi əlavə təsirlərinin olması artıq üzə çıxmağa başlayır".

Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, əsasən, gənc və orta nəslin maraq göstərdiyi elektron siqaretlərin kanserogen effekti adi siqaretdən geri qalmır: "Bəzi insanlar elektron siqaretlərin zərərsiz olduğunu bəhanə edərək, ondan istifadə edirlər. Əslində isə bu, bəzilərinin uydurduğu yalandır. Çünki bu siqaretin tərkibindəki süni, aromatik maddələr həm birbaşa, həm də buxar şəklində nəfəs yoluna daxil olur. Bu da insan sağlamlığı üçün çox ziyandır. Bu səbəbdən elektron siqaretlərin istifadəsindən çəkinmək lazımdır. Təəssüflər olsun ki, son vaxtlar elektron siqaretlər bəzi insanların əlində biznesə çevrildi. Hesab edirəm ki, biz genofondu qorumaq istiqamətində işlər görməliyik. Ümumdünya Səhiyyə Təşkilatı onun ziyanını sübuta yetiribsə və bununla bağlı rəylər ortadadırsa, biz də bəzi ölkələr kimi ondan imtina etməliyik. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı tövsiyələrinə qulaq asmalıyıq. Ölkədə elektron siqaretlərin ziyanlı olması ilə bağlı təbliğat işləri aparılmalı və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. Bu zərərli vərdişdən insanlar əl çəkməlidirlər".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, rəhbəri olduğu birlik elektron siqaretlər çıxandan bəri birmənalı şəkildə bunun əleyhinə olub. İlk dəfə Yaponiyada istehsal edilən və dünya ölkələrinə ixrac olunan, son olaraq Çində, ABŞ-da istehsalı davam etdirilən bu siqaretlər çox təhlükəlidir. Elektron siqaretlərin təhlükəsi heç də tütündən az deyil. Çünki bu siqaretlərdə istifadə edilən yağların mənşəyi və tərkibi bəlli deyil. Elektron siqaretlər hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də sertifikatlaşdırılmayıb. Ümumiyyətlə, siqaret ərzaq malı hesab olunur. Elektron siqaretlər isə nə siqaretdir, nə də elektron mal. Əgər siqaret olsaydı, ona aksiz markası şamil olunardı və dövlət qurumları tərəfindən nəzarət edilərdi. Tütün məmulatlarının reklamı qadağan olduğu halda, bu siqaretlərin satışı ilə məşğul olan şirkətlər külli miqdarda bukletlər yayırlar, sosial şəbəkələrdə və saytlarda özlərinin reklamı ilə məşğul olurlar. Çünki tütün məmulatı deyil.

E.Hüseynov vurğulayıb ki, bu yolla siqaret asılılığından qurtulmaq mümkün deyil: "Siqaret çəkmək məişət narkomaniyasıdır. Ondan qurtulmaq üçün isə sadəcə olaraq, iradə lazımdır. Elektron cihazın istifadəsi, ilk növbədə, psixoloji faktora dayanır. Bununla da vərdişin xəyali ziyansızlığını dərk edərək insanlar bir çox hallarda ondan adi papirosa nisbətən daha çox istifadə etməyə başlayır. Orqanizmin, demək olar ki, fasiləsiz olaraq nikotin və daşıyıcının tərkibinə daxil olan digər maddələrlə təmin olunması ona ciddi ziyan vurur. Nəticədə qan dövranı, sinir sistemi, damarlar, böyrək, qara ciyər əziyyət çəkir. İnsan orqanizminin elektron siqaretə reaksiyası adi siqaretə olduğu kimidir və ondan istifadə zamanı nəfəsə oksidativ stress və xərçəng yaradan birləşmələr gedir. Həmin birləşmələr adi siqaretlərdə olandan az olsa da, xəstəliyi yaratmağa yetərlidir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri