Icma.az
close
up
RU
525 ci qəzet Əli Əmirlinin “Ölü doğan şəhər” romanı nəşr olunub

525 ci qəzet Əli Əmirlinin “Ölü doğan şəhər” romanı nəşr olunub

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"On beş pyes", "Hasarın o üzü",  "Pərdəsiz" adlı kitablarda toplanmış onlarla pyesin müəllifi yazıçı-dramaturq Əli Əmirlinin oxuculara təqdim etdiyi növbəti romanı - "Ölü doğan şəhər"də  cərəyan edən hadisələrin zamanı  tarixdir. Bu, 1988-ci ildə erməni təxribatı nəticəsində baş vermiş Sumqayıt hadisələri haqqında ilk və həllik yeganə əhatəli bədii əsər - romandır. Xatırladaq ki, milli hərəkat da elə həmin vaxtlardan etibarən vüsət almışdı.

"Ölü doğan şəhər" kitabının təqdimat hissəsində görkəmli ədəbiyyatşünas-alim Tehran Əlişanoğlu yazır: "...roman oxucunu faktura ilə alır, həm də bu zaman müəllif çox müxtəlif qism və xassəli materiyalara eyni səriştə ilə "girişə", baş vura bilir, ən müxtəlif qatlardan predmet, cisim və mənzərələri eyni ustalıqla mətnə daxil və təsvir edir. "Ölü doğan şəhər" - həmin "Şəhər materiyası"nın bilavasitə küçələrdən, meydanlardan, hündür borulu, göylərə zəhər dağıdan zavod və onun içərisində yalnız gərginlik istehsal edən sexlərdən; beşmərtəbələrin əyri-düz əhatələdiyi məhəllə və bu, ya digər mənzillərinə qonmuş ailələrdən keçən; tramvay yolu və avtobus dayanacaqlarında, bu və ya digər situasiya ətrafında dayanıb-duran, sürüşüb gedən naturallığıdır. "Şəhər elə bil adını eşidib qəfil çıxdı boz üfüqdən, - bir dəfə romanın əvvəlində daxil olan bu məqam: - ...Uzaqdan görünən hündür, alçaq, qalın, nazik borular, islam şəhərlərindəki uca minarələrə oxşayırdılar..." - əsər boyu diqqətdə qalır. Həmin "bozluq" insanların içlərində, həyatından növbənöv mənzərələrdə, dilin-nitqin qabartdığı qatbaqat danışıq naturallığı, sırf məişət görüntülərində izlərini qoyur. "Bu şəhərdə hər kəsin öz ləhcəsi, danışıq şivəsi vardı. Gənclik şəhəri deyilən bu təzə şəhərin əhalisinin hamısı gəlmə idi..." - yazıçı əsərdə hər surətin öz "şəhər ədası" və davranışını tapmağa çalışır. Birbaşa "natura" romanın qurulmasında başlıca ünsür kimi çıxış edir. Şəhərin "havası"ndan çıxmış hər bir surət həm də onun timsalı kimi canlanır..."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri